GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Heydər Əsədovun çevrəsi hədəfdə - HƏBSLƏR....

Heydər Əsədovun çevrəsi hədəfdə - HƏBSLƏR....

Tarix: 3-05-2018, 10:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 518
Heydər Əsədovun çevrəsi hədəfdə - HƏBSLƏR....


“Aqrolizinq”in sədri işdən çıxarıldı; Elşən Məmmədovu “ASAN Xidmət” Mərkəzinin direktoru əvəz etdi; ASC-nin fəaliyyətinə dair məlumatlar niyə sirr kimi saxlanılır?
Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov vəzifəsindən azad edilib. Bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb. ASC-nin yeni sədri Seymur Mövlayev təyin olunub. S. Mövlayev bundan əvvəl 3 saylı "ASAN Xidmət" Mərkəzinin direktoru olub.


“Bağlı qutu”da nələr baş verib?

“Aqrolizinq” ASC fəaliyyətinə dair məlumatları qapalı saxlayan qurumlar arasındadır. Xüsusilə keçirilən tenderlər, alqı-satqılar, lizinq əməliyyatları barədə bu qurumdan məlumat almaq demək olar ki, qeyri-mümkündür.

Belə ki, 2013-cü ilin oktyabrında kənd təsərrüfatı naziri Heydər Əsədov təyin edildikdən sonra “Aqrolizinq” ASC-də Hesablama Palatası ciddi yoxlamalara başladı. Yoxlamaların nəticəsindən aydın oldu ki, ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları olub. Bu səbəbdən yoxlama materialları Baş Prokurorluğa göndərildi. Məlumat yayıldıqdan az sonra “Aqrolizinq”in sədri Əli Bayramovun öz ərizəsi ilə işdən getdiyi məlum oldu. Eyni zamanda qurumun bir neçə rayon şöbəsinin rəisi işdən qovuldu, barələrində cinayət işləri qaldırıldı. ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri həbs edildi. Bundan sonra qurumun müxtəlif rayonlar üzrə filiallarında ciddi qanunsuzluqların aşkarlandığına dair məlumatlar yayıldı, həbslər aparıldı. Ancaq nə qədər qəribə də olsa, Əli Bayramov istintaqa cəlb olunmadı. Mümkündür ki, bu dəfə yoxlamalar daha ciddi dairəni əhatə etsin və həbslər olsun...

2010-cu ildə “Aqrolizinq”də Prezident Administrasiyası tərəfindən aparılan yoxlamaların nəticələrini əks etdirən məlumat açıqlanmışdı. Həmin məlumatdan aydın olur ki, qurumda korrupsiya, dövlət vəsaitlərini mənimsəmə, dövlət əmlakını talama kimi hallar 2008-2009-cu illərdə də geniş yayılıbmış. H.Əsədov nazir təyin olunandan sonra “Aqrolizinq”in fəaliyyətində şəffaflıq yaranacağına dair gözləntilər özünü doğrultmadı.

Hesablama Palatasının 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində ASC-nin fəaliyyətini və ümumilikdə 246,2 milyon manat məbləğində vəsaiti əhatə edən auditinin nəticələri göstərir ki, “Aqrolizinq”də dəyişiklik çox cüzidir. Palata müəyyən edib ki, ASC tərəfindən bəzi istiqamətlər üzrə 2014-cü ildə artıq xərclərə yol verilib.

Müəyyən edilib ki, kənd təsərrüfatı texnikaları üçün 2014-2016-cı illərdə alınmış ehtiyat hissələrinin rayon bölmələrinə və kənar şəxslərə verildiyi rəsmiləşdirilsə də, onların dəyəri ASC-nin istifadəsində olan texnikaların qalıq dəyərinə əlavə edilməyib və sair.

Bundan əlavə, ötən il mətbuatda “Aqrolizinq” ASC-nin lizinq yolu ilə fermerlərə satdığı texnikanın qiymətində əvvəlki ilə nisbətən 50 faizədək bahalaşma baş verdiyi, bunun isə həmin texnikanın H.Əsədovun qardaşının şirkətlərindən alınması ilə bağlı olduğuna dair faktlar yer alıb. Sabiq nazir bu faktlarla bağlı əsaslı bir açıqlama verməyib.

“Aqrolizinq”in şübhəli tenderləri

Tenderlərin rəsmi reyestrindən isə aydın olur ki, “Aqrolizinq”in ötən il “Traktora asılan və qoşulan müxtəlif kənd təsərrüfatı texnikalarının satın alınması” üzrə “Networks Europe L.P.” şirkəti ilə dəyəri 7 milyon 110 min 894.20 manat təşkil edən müqavilə imzalayıb. Çox maraqlıdır ki, İnternet axtarış resurslarında bu şirkət barədə 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçməsi və ünvanından başqa heç bir məlumat yer almayıb. Daha maraqlısı budur ki, 2016-cı ildə KTN-in bu şirkətdən 6,5 milyon manatlıq vaksin almasına dair mətbuatda məlumat gedib. “Yeni Müsavat”ın bu şirkət və onunla bağlanan müqavilə barədə nazirlikdən məlumat almaq üçün göndərdiyi sorğuya bu günədək cavab verilməyib.

2017-ci ildə “Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası, mineral gübrələr və cins heyvan alışına 372,19 milyon manat vəsait xərcləyib. Bunun 342,5 milyon manatı 102 min ədəd kənd təsərrüfatı texnikasının alışına yönəldilib. Bundan başqa, 2017-ci ildə 65,5 min ton mineral gübrələr, 7 min baş iri buynuzlu cins heyvan alınıb. Ümumilikdə, 2017-ci ildə “Aqrolizinq”ə dövlət büdcəsindən 200 milyon manat ayrılıb.

Ötən il ASC-yə qaytarılan vəsaitlərin həcmi 172,19 milyon manat təşkil edib. Bunun 99,42 milyon manatı ASK texnikasının lizinqindən, 3,27 milyon manatı texnoloji avadanlığın lizinqindən, 49,87 milyon manatı mineral gübrələr və pestisidlərin satışından, 16,26 milyon manatı servis xidmətlərindən, 3,46 milyon manatı digər xidmətlərdən daxil olub.

Aqrar istehsalçılarla dövlət arasında əsas vasitəçi qurum olan “Aqrolizinq” ASC-nin açıqladığı konsolidə edilmiş maliyyə hesabatında isə qeyd olunur ki, qurum 2017-ci ildə 21,7 milyon manat məbləğində ziyana düşüb. Bu, 2016-cı illə müqayisədə 10,7 milyon manat çoxdur. Hesabata görə, ötən il qurumun gəlirləri 41,6 faiz artaraq 180,8 milyon manat təşkil edib. Bunun 111,1 milyon manatı kənd təsərrüfatı avadanlığının satışından, 49,5 milyon manatı gübrə satışından, 16,4 milyon manatı heyvan satışından və sair əldə edilib. Şirkətin əməliyyat mənfəəti 13,3 milyon manat təşkil edib. Ötən il ərzində ASC valyutaların mübadilə məzənnəsinə görə 14,4 milyon manat zərərə düşüb.

1,6 milyard manatdan çox dövlət vəsaiti xərclənib

Hökumətin hesabatından aydın olur ki, “Aqrolizinq” 2005-2017-ci illərdə texnika, avadanlıq və mineral gübrələrin alınması üçün 1,5 milyard manatdan çox vəsait əldə edib. Bu ilin fevralında isə dövlət başçısının sərəncamı ilə quruma kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat ayrılıb. Bu qədər böyük vəsaitlər hesabına alınan texnikadan, gübrədən, cins heyvanlardan səmərəli istifadə olunduğunu söyləmək, təəssüf ki, mümkün deyil. Fermerlərin yazda ASC-dən gübrə, payızda texnika əldə etmək arzusu gözlərində qalır. Gübrə və texnika “dost-tanış” prinsipi əsasında verilir. Bütün bunlar “Aqrolizinq” ASC-nin fəaliyyət prinsiplərində kəskin dəyişikliklərin olunmasını zəruri edir.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, yeni təyin olunan nazirin əsas vəzifəsi məhz “Aqrolizinq” kimi yerlərdə birbaşa sahibkarlarla işləyən qurumların fəaliyyətində dönüş yaratmaqdır: “Bu istiqamətdə real tədbirlər həyata keçiriləcəksə, kənd təsərrüfatında hansısa irəliləyişlərdən danışmaq mümkün olacaq. ”Aqrolizinq" ən qeyri-şəffaf fəaliyyət göstərən qurumlardan biri olub. Bu qurumun fəaliyyətində korrupsiya elementləri kifayət qədər yüksəkdir. Faktiki olaraq dövlətin aqrar istehsalçılar üçün yaratmaq istədiyi imkanlardan istifadə, demək olar ki, mümkün olmayıb. Buna görə də burada təkcə təsəvvürün deyil, bütövlükdə yanaşmanın dəyişməsinə ehtiyac var".

Ekspert deyir ki, “Aqrolizinq”in reputasiyası çox bərbaddır: “Yeni sədrin əsas vəzifəsi bu reputasiyanı müsbətə doğru dəyişmək, quruma olan inamı bərpa etmək olmalıdır. Bunun üçün şəffaflıq və hesabatlılıq əsas məsələlərdən biri olmalıdır. Həmçinin ”Aqrolizinq" tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasına ehtiyac var. Çünki qurumun yerlərdəki infrastrukturu elə bərbad formalaşıb ki, rəhbərliyin dəyişməsi bəzi hallarda regionlarda problemlərin həllini tapmaması ilə nəticələnə bilər. Buna görə də vətəndaşla qurumun təmsilçiləri arasında birbaşa təmasların minimuma endirilməsinə ehtiyac var"./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Aqrolizinq” ASC-nin filial müdiri həbs olundu

    “Aqrolizinq” ASC-nin filial müdiri həbs olundu ...

    23-10-2013, 11:18

  • 
  • “Aqrolizinq” fermerlərin pulunu alıb… texnikanı isə vermir

    “Aqrolizinq” fermerlərin pulunu alıb… texnikanı ...

    3-10-2013, 11:47

  • 
  • “Aqrolizinq” ASC-də baş verənlərlə bağlı cinayət işi açılıb

    “Aqrolizinq” ASC-də baş verənlərlə bağlı cinayət ...

    3-02-2014, 20:48

  • 
  • Heydər Əsədovun Şəkidəki adamının müdhiş talanı

    Heydər Əsədovun Şəkidəki adamının müdhiş talanı ...

    8-05-2014, 10:43

  • 
  • "Aqrolizinq"rəhbəri Əli Bayramovu İsmət Abbasov da xilas edə bilmir

    "Aqrolizinq"rəhbəri Əli Bayramovu İsmət ...

    13-11-2013, 12:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu