GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Oqtay Gülalıyev KXCP sədrliyinə namizəd oldu: "KXCP-nin nüfuzunu bərpa edəcəm"

Oqtay Gülalıyev KXCP sədrliyinə namizəd oldu: "KXCP-nin nüfuzunu bərpa edəcəm"

Tarix: 4-05-2018, 12:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 451
Oqtay Gülalıyev KXCP sədrliyinə namizəd oldu: "KXCP-nin nüfuzunu bərpa edəcəm"


Oqtay Gülalıyev: "Mənim üçün ən böyük Elçibəyçilik haqqa və xalqa xidmət etməkdir"

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 2018-ci ildə növbəti qurultayını keçirmək barədə qərar verib. Qarşıdan gələn qurultayda təşkilatda ciddi dəyişikliklərin olacağı gözlənilir.

KXCP-nin 2015-ci ildə keçirdiyi qurultayda hazırkı sədr Mirmahmud Mirəlioğlunun növbəti qurultayda namizəd olmayacağını bəyan etməsindən sonra, təşkilatın sədrliyinə namizədlərin kimlərin olacağı təşkilat üzvlərini düşündürən əsas məsələlərdən biri olub. Bu gün KXCP Ali Məclisinin keçmiş üzvü, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev KXCP sədrliyinə namizəd olduğunu bəyan edib.

Sozcu.az-ın verdiyi xəbərə görə, bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün "facebook" səhifəsində yazaraq məlumat verib.

Həmin yazını olduğu kimi təqdim edirik:

"Dostlar, bilirsiniz ki mən hüquq- müdafiə fəaliyyəti ilə məşğulam. Haqqı, hüququ tapdanan insanlarımızın yanında olmaq, onların hüquqlarını qorumağa çalışıram. Fərqindəyəm ki, ölkədə avtoritar rejim dəyişməyincə insanlarımızın hüquqarı hər addım başı pozulacaq. Seçkilər saxtalaşdırılacaq, ölkədə monorxiya güclənəcək, dövlət büdcəsi talan edilib oğurlanacaq, monopoliya və korrupsiya qeyri- rəsmi səviyyədə dövlət siyasətinə çevriləcək. Bu siyasətə etiraz edənlər davamlı şəkildə repressiyaya məruz qalacaq, şərlənib həbs olunacaq, ölkədə siyasi məhbuslar problemi həll olunmayacaq. Fərqindəyəm ki, nəticələrə qarşı deyil, onu doğuran səbəblərə qarşı mübarizə aparmaq lazımdır. Diktaturadan demokratiyaya keçidi təmin etmək üçün insanlarımız təşkilatlanmalı, fəal olmalı və haqqına sahib çıxmalıdır. Mübarizəyə xalq qoşulmalıdır...

Mübarizəmizin effektini, gücünü artırmaq, daha çox insanlarımızı mübarizəyə qoşmaq üçün mən bir qərara gəldim. İstəyirəm həmin qərarı üzvü olduğum Klassik Xalq Cəhbəsi Partiyasının (KXCP) üzvləri və sizlərlə bölüşüm. Özümün, dostlarımın, əqidədaşlarımın müzakirə və tövsiyyələrindən sonra qərara gəldim ki, üzvü olduğum Klassik Xalq Cəhbəsi Partiyasının sədrliyinə namizədliyimi irəli sürüm. Bəri başdan deyim ki, mən heç bir zaman partiya sədri olmaq iddiasında olmamışam. Amma düşdüyümüz vəziyyət, ölkəmizin və xalqımızın taleyi bizi məcbur edir ki, daha fəal, mübariz, məsuliyyətli və qətiyyətli olaq. Daha çox insanları mübarizəyə qoşaq. Belə olmasa xalq olaraq qələbə əldə etməyimiz çətin olacaq...

Bu ilin 2- ci yarısında KXCP- nin növbəti qurultayının keçirilməsi nəzərdə tutulur. Mən hazırda partiyada heç bir vəzifə tutmuram, sıravi üzvəm. Xeyli vaxtdır ki, partiya rəhbərliyində təmsilçiliyim yoxdur. Bilirəm, bir çoxlarınız düşünə bilər ki, bu vəziyyətdə uğur qazanmaq çətindir. Amma mən fədakar cəhbəçilərin, xalqımızın dəstəyinə, apardığımız mübarizənin dürüst və haqlı olduğuna söykənərək bu marafona qoşuluram. Digər tərəfdən KXCP sədri, hörmətli Mirmahmud Mirəlioğlu partiyanın 2015- ci ilin avqust ayında keçirilən sonuncu qurultayında bəyan edib ki, o bundan sonra partiyanın sədri olmayacaq və növbəti qurultayda namizədliyini irəli sürməyəcək. Hələ ki, heç kim partiya sədrliyinə namizədliyini irəli sürməyib. Mən partiyanın Nizamnaməsi, qanunlar və etik çərçivədə mübarizəyə qoşulub partiyanın fəalları, qurultay nümayəndələri ilə görüşüb onlara fikirlərimi çatdıracam. Partiyanın sədri seçilərəmsə, qısa vaxtda KXCP- nin fəaliyyətinin güclənməsi, əvvəlki əzminin və nüfuzunun bərpası, eləcə də ölkə həyatına təsir imkanlarının artması, mübarizə meydanının önündə olması yolları ilə bağlı onlara fikirlərimi çatdıracam. Bir sözlə gözəl bir seçki kapmaniyası aparmağa, ölkədə rəqabətli seçki mədəniyyətinin formalaşmasına çalışacam. Milli demokratik düşərgənin toparlanmasına, təşkilatlanmasına və güclənməsinə çalışacam.

Dostlar, mən vaxtilə Əbülfəz Elçibəyin yaratdığı AXCP Gənclər Komitəsinin və Bütöv Azərbaycan Birliyi (BAB) Gənclər Təşkilatının sədri olmuşam, onun təyinatı ilə hər iki təşkilatın gənclər siyasətini aparmışam. Elçibəylə birgə addımlamaq böyük qürur idi. Amma onun arzuladığı, millətimizin nicatı olan arzuların reallaşması uğrunda mübarizə aparmaq daha böyük qürur və məsuliyyətdir. Biz müstəqilliyimizi bərpa etsək də ölkəmizdə demokratiyanı qura bilməmişik. 25 ildir xalqımız dikaturadan əziyyət çəkir. Amma mən inanıram ki, xalqımızın köməyi və iştirakı ilə biz diktaturaya qalib gələcəyik. Əlbəttə fərqindəyəm ki, bunun üçün daha çox çalışmalıyıq. Onun da fərqindəyəm ki, cəmiyyətə, topluma yönəlik yanaşmamızda, fəaliyyətimizdə müəyyən korrektələrə ehtiyac var, idarəetmə təkmilləşməlidir. Bizim üçün siyasi partiyalar xalqımızın təşkilatlanması üçün vasitədir. Ən böyük davamız xalqımızın azadlıq və hürriyyət davasıdır.

Fəaliyyətimi şəffaflıq, aşkarlıq və fikir prüalizmi çərçivəsində qurduğumdan istədim ki, sizlər də bu qərarımı biləsiniz. Bundan sonra da bütün gücümü, bilik və bacarığımı ölkəmizdə haqq- ədalətin bərqərar olmasına, azad, demokratik cəmiyyətin qurulmasına sərf edəcəm. Sizləri diktaturadan demokratiyaya keçidin bərpa olunması istiqamətində apardığımız haqq savaşında, azadlıq və demokratiya mübarizəsində bizlərə dəstək olmağa çağırıram. Mən inanıram ki, Elçibəyin də dediyi kimi biz qalib gələcəyik! Xalqımız layiq olduğu azadlığına qovuşacaq. Ölkəmizdə qanunların şah olduğu, insan hüquq və azadlıqların təmin olunduğu demokratik bir cəmiyyət qurulacaq. Mən buna bütün varlığımla inanıram. Sizlərin də inanmasını istəyirəm. Mübarizəmizin daha da qətiyyətlə, məsuliyyətlə davam etməsini arzulayıram!

Mənim üçün ən böyük Elçibəyçilik haqqa və xalqa xidmət etməkdir. Məzlumun yanında, zalımın önündə olmaqdır. Şərə qarşı mübarizə aparmaqdır.

Yolumuz Rəsulzadə- Elçibəy yolu, mübarizəmiz haqq davası, məqsədimiz demokratiya və Cümhuryyətçilik prinsipini bərpa etmək, Azad, Demokratik, Bütöv Azərbaycan qurmaqdır!

Tanrı bu yolda hamımıza yardımçı olsun!

Apardığımız haqq mübarizəsində hamınıza uğurlar arzulayıram!"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib

    Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu ...

    4-08-2015, 11:44

  • 
  • Bu gün KXCP-nin qurultayıdır - FOTO - YENİLƏNİR

    Bu gün KXCP-nin qurultayıdır - FOTO - YENİLƏNİR ...

    1-08-2015, 10:31

  • 
  • KXCP Əlgüşad Gülalıyevlə bağlı qanuna zidd və ədalətsiz məhkəmə qərarına etiraz edir

    KXCP Əlgüşad Gülalıyevlə bağlı qanuna zidd və ...

    4-11-2014, 17:58

  • 
  • KXCP Ali Məclisinin növbəti sessiyası keçirilir

    KXCP Ali Məclisinin növbəti sessiyası keçirilir ...

    17-11-2013, 12:26

  • 
  • KXCP Ali Məclisi toplandı

    KXCP Ali Məclisi toplandı ...

    29-06-2015, 10:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu