GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəydə icra başçısının “Müsibəti-Fəxrəddin” dramı davam edir – yeni faktlar

Gədəbəydə icra başçısının “Müsibəti-Fəxrəddin” dramı davam edir – yeni faktlar

Tarix: 7-05-2018, 10:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 450
Gədəbəydə  icra başçısının “Müsibəti-Fəxrəddin” dramı davam edir – yeni faktlar


İcra başçısı Ramiz Yediyarov blokadaya aldığı obyektdə Qarabağ qazisinin maşınını girov saxlayır...

gundemxeber.az musavat.com-a istinadla bildirir ki, Gədəbəyin icra başçısı Ramiz Yediyarov rayonda çalışan sahibkar Fəxrəddin Bağırova qarşı qanunsuzluqlarını davam etdirir. 6 ay əvvəl sahibkarın obyektinin qarşısına 1 maşın daş tökdürən başçı ticarət məkanının qapı-pəncərəsini, darvazasını hördürüb. Ötən müddət ərzində obyektin işi iflic olub, sahibkar Fəxrəddin Bağırov Bakıya gələrək rəsmi qurumlardan dəstək ümidi ilə ayları, günləri sayır.

10-a yaxın işçi də Gədəbəydə avara-sərgərdan gəzib-dolanır, sahibkarın Bakıdan geri qayıdacağını, iş yerlərinin qapı-pəncərələrinin, darvazalarının açılacağı günü gözləyirlər. Həmin işçilərdən biri də obyektdə sürücü işləyən 2 övlad atası, Qarabağ qazisi Şahin Bağırovdur. Sahibkar Fəxrəddin Bağırovun qardaşı olan Şahin Bağırov da digər işçilər kimi 6 aydır işsizdir, çıxılmaz durumdadır. Maşını icra başçısının qapı-pəncərəsini, darvazasını hördürdüyü obyektdə girova çevrilib. İşçilər obyekt Ramiz Yediyarovun qanunsuz göstərişi ilə blokadaya salınandan sonra hasardan aşmaqla oranı tərk edə bilsələr də, ağır tonnajlı nəqliyyat vasitəsini hasardan bu üzə keçirmək müşkülə çevrilib.

“Yeni Müsavat”ın 23 noyabr 2017-ci il tarixli sayında
“Gədəbəyin icra başçısı ”Müsibəti-Fəxrəddin"i yenidən yazır ..." sərlöhvəli reportajda (http://musavat.com/news/gedebeyin-icra-bascisi-musibeti-fexreddin-i-yeniden-yazir-reportaj-fotolar-video_485354.html http://musavat.com/news/gedebeyin-icra-bascisi-musibeti-fexreddin-i-yeniden-yazir-reportaj-fotolar-video_485354.html) bu haqda geniş söhbət açmışdıq. Hazırda vəziyyət dəyişməyib. Sahibkarın qardaşı Şahin Bağırov da çıxılmaz durum barəsində dövlət rəhbərliyinə məktub yazıb. Qarabağ müharibəsi veteranı Şahin Bağırovun prezident, ali baş komandan İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş nazir Novruz Məmmədova, müdafiə naziri Zakir Həsənova, baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova açıq müraciətində deyilir:

- Hörmətli cənablar, hörmətli Mehriban xanım.
1992-ci il mayın 6-da könüllü olaraq Milli Orduya yazılmışam. Sapyor - minabasdıran olmuşam. Gədəbəy cəbhəsində gedən bütün döyüşlərdə iştirak etmişəm. 1993-cü ildə Qalankənddə, yeni yolun üstündə 2 erməni əsgəri öldürmüşəm. 1994-cü ildə kəşfiyyatın qrupunun tərkibində Krasnoselskdən Berd rayonuna gedən asfalt yola 2 ədəd tank əleyhinə - “TEEM-57" mina, ondan 15 metr aralı 4 ədəd ”Ozem-72" markalı piyada əleyhinə mina basdırmışam. Həmin minalara 10-dan çox erməni düşüb. Göyəlli kəndində gedən döyüşlərdə 1 erməni əsgərini öldürüb meyitini gətirmişəm. Həmin dığanın qolunda “A Cidois” yazılmışdı. 1994-cü il avqustun 5-6-da Sümüklü postu uğrunda gedən döyüşlərdə həlak olmuş Hüseynov Aqil Baxşəli oğlunun meyitini erməni postunun yanından mən gətirmişəm. Sərhəd boyu 2 mindən çox mina basdırmışam.

“Mən ona görəmi döyüşdüm ki, bu gün Gədəbəyin icra başçısı gəlib mənə qoruduğum torpaqda yaşamağa imkan verməsin?”

Hörmətli cənablar, hörmətli Mehriban xanım.
Bunlar mənim müharibədə iştirakımdan yadımda qalanlardı. İndiyədək bu barədə danışmamışam. Düşünmüşəm ki, nə eləmişəm, vətənim, millətim üçün eləmişəm. Heç kimə buna görə minnət qoymamalıyam və qoymuram da. Amma bu gün başıma gələnlər məni vadar edir ki, döyüş yolum ilə bağlı belə açıq yazım.

Mən ona görəmi döyüşdüm ki, bu gün Gədəbəyin icra başçısı Ramiz Yediyarov gəlib mənə qoruduğum torpaqda yaşamağa imkan verməsin? Mənim yeganə dolanışıq yerim olan avtomobilimi qardaşım Fəxrəddin Bağırovun obyektində qoyub qapısını hördürsün? Bu adamın mən döyüşəndə 25 yaşı olub. Amma kolxozun fermasında müharibədən gizlənib, fərarilik edib. Mənim nə evim var, nə torpağım var, 6 aydır ki, artıq iş yerim də yoxdur! Müharibə ucbatından ali təhsil də almamışam. 9 və 10 yaşında körpə uşaqlarım var. Mən ona görəmi döyüşmüşəm ki, Yediyarov kimi fərari və rüşvətxor məmur gəlib mənim bu 2 uşağıma çörək qazanmağa imkan verməsin? 6 aydır mənim maşınım girovluqdadır. Əkin mövsümüdür. Mən toxumu neçə daşıyım? Ramiz Yediyarov bu gün rayonun yarısına saxta veteranlıq verdirib hər birindən min manat rüşvət alır. O adamların çoxunu şəxsən tanıyıram, müharibə vaxtı Rusiyada alver edirdilər. Soruşsunlar görək mənim dediyim bu döyüşlərin hansında iştirak ediblər?

Özü müharibəyə getməyən, üstəlik müharibədən yayınan 500 nəfərdən artıq adama saxta veteranlıq verən bu adamın həqiqi müharibə iştirakçısı kimi mənə və ailəmə qarşı törətdiyi qanunsuzluqlara dözə bilmirəm. Cənab prezident, siz keçirdiyiniz iclasda dediniz məmurların vətəndaşı sıxışdırması yolverilməzdir. Bir icra başçısı isə müharibə iştirakçısının çörəyini kəsməkdən sanki zövq alır. Bu, sizin siyasətinizə qarşı çıxmaqdır. Mən döyüşlərdə sağlamlığımı da itirmişəm. Başağrısındsan, bel ağrısından gecələr yatmıram. Bir tərəfdən də Yediyrovun bu qanunsuzluqları məni əsəbiləşdirir. Bu haqsızlığa son qoyulmasını xahiş edirəm.

Vətəni Yediyarovun kef içində böyüyən oğlu müdafiə etməyəcək. O, öz atası kimi qaçıb gizlənəcək. Vətəni mənim kirayədə, şoferliklə, əziyyətlə böyütdüyüm oğlanlarım müdafiə edəcək. Sizdən xahiş edirəm, mənim vəziyyətimlə maraqlanın. Bir vətəndaş, bir keçmiş döyüşçü kimi sizdən xahiş edirəm - Yediyarov haqda tədbir görün. Qardaşımın obyektinin qapısının açılmasına və mənim avtomobilimin oradan çıxarılmasına yardımçı olun".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəyin icra başçısı yolkəsənlik edir - qonşunun yolunu kəsib, sahibkarın obyektinə yol açır – QALMAQAL, VİDEO

    Gədəbəyin icra başçısı yolkəsənlik edir - ...

    8-12-2017, 14:25

  • 
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib

    İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib ...

    10-01-2018, 12:45

  • 
  • İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib - FOTOLAR

    İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib - ...

    14-03-2018, 19:57

  • 
  • İcra başçısı Avropaya mühacir göndərməkdə ittiham olundu

    İcra başçısı Avropaya mühacir göndərməkdə ittiham ...

    2-04-2018, 14:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (333)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu