GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İcra başçısı Avropaya mühacir göndərməkdə ittiham olundu

İcra başçısı Avropaya mühacir göndərməkdə ittiham olundu

Tarix: 2-04-2018, 14:58 Bölmə :Cəmiyyət Baxış: 366
İcra başçısı Avropaya mühacir göndərməkdə ittiham olundu


Koalisiya rəhbəri Gədəbəy RİH başçısı Ramiz Yediyarovu rayonu əşirət qanunları ilə idarə eləməkdə suçladı: “Azərbaycandan kənarda olanların əməlləri ilə sizin əməllərinizdə fərq varmı?..”

“İctimai Nəzarət Koalisiyası”nın (İNK) sədri Rasim Məmmədov Gədəbəy İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun rayonda sahibkarlara qarşı hərəkətlərini sərt şəkildə tənqid edib. Koalisiya sədri bildirib ki, Ramiz Yediyarovun yerli sahibkarlara qarşı atdığı addımlar ölkə prezidentinin sahibkarlığa qarşı çağırışlarına ziddir, bir çox hallarda böyük qanunsuzluqlarla müşahidə edilir.

Rasim Məmmədov rəhbəri olduğu Koalisiyanın bir qrup üzvü ilə rayondakı durumu yerində araşdırmaq üçün Gədəbəyə yollanıb. Onun sözlərinə görə, Gədəbəy İcra Hakimiyyətinin rəsmiləri Koalisiya üzvlərinə qarşı özlərini məmur etikasına sığmayan tərzdə aparıblar. O, icra başçısını rayonu əşirət qanunları ilə idarə etməkdə suçlayıb. Bildirib ki, başçı rayonda sahibkarlara qarşı qanunsuzluqlar etməklə iş yerlərinin bağlanmasına nail olur, əhali arasında narazılıq yaradır. Rayonda baş verən qanunsuzluqlarla bağlı İNK rəsmi qaydada prezidentə, 1-ci vitse-prezidentə, Prezident Administrasiyasına, Baş Prokurorluğa, Dövlət Təhlükəsizilik Xidmətinə müraciət ünvanlayıb: “Gədəbəydə sadə və kasıb bir ailənin övladlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının qarşısı cinayətkarcasına dayandırılıb. 6 aya yaxındır ki, Gədəbəydəki sahibkarın fəaliyyəti haqda əksər sayt və qəzetlər yazıblar. Dövlət Təhlükəsizliyi Xidmətinin Gədəbəy şöbəsi, Rayon Prokurorluğu, bütün aidiyyəti qurumlar və orqanlar bu haqda məlumatlandırılıb. Ancaq Ramiz Yediyarov elə bir vəziyyət və şərait yaradıb ki, sahibkarın nəinki qapısı açılmayıb, sahibkar öz əmlakını, texnikasını içəridən götürə bilmir. Öz şəxsi mülkiyyətinə girə bilmir.

Bu gün bunu hər kəs görür. Bu gün ölkədə seçkidir. Xalq prezidenti dəstəkləyir. Hətta qapısı bağlanan sahibkar, evi uçurulan vətəndaş da prezidenti dəstəkləyirlər. Niyə görə bu məsələ öz həllini tapmır?

Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhülkəsizliyi Xidməti və digər qurumlar var. Baxın görün, bir ailənin, bir sahibkarın fəaliyyətinə iflic ediblər. 10 nəfər işçi, hansılar ki, orada işləyirdilər çörəksiz qalıb. Kommunal xərclər, vergilər ödənilmir. Bütövlükdə Azərbaycan mediası bu mövzunu işıqlandırır, amma buna reaksiya verilmir. Yüksək vəzifəli rəsmi şəxslərlə söhbətlərimdə bu məsələni demişəm və bu insanlar açıq-aşkar deyirlər ki, bizim Ramiz Yediyarova gücümüz çatmır, onlar dövlətə təzyiq edirlər. Yəni onlar artıq ölkənin prezidentinin verdiyi tövsiyə, tapşırıqları, xalqa olan münasibəti heç cürə dəyişmək istəmirlər. Köhnə qaydalarla, bürokratik əngəllərlə çalışırlar”.

Rasim Məmmədovun dediyinə görə, Ramiz Yediyarov İNK-in xanım üzvlərini təhqir etməkdən də çəkinmir: “İctimai Nəzarət Koalisiyasında şəhid anaları, milli qəhrəman anaları, tanınmış mətbuat nümayəndələri var. Ramiz Yediyarov iclasda utanmadan deyir ki, heç onları qoymadıq avtobusdan yerə düşsünlər, ayaqları torpağa dəysin. Deyib ki, Rasim Məmmədov küçə qadınalrının arxasında gizlənir. Mən buradan istəyirəm müraciət edəm. Bu gün bir dövlət məmuru, prezidentin səlahiyyətli nümayəndəsi, bir rayonun ağsaqqalı analara qarşı belə fikirlər işlətməsi hansı məntiqə sığır?”

İNK sədri Gədəbəy sakinlərinə müraciət edib: “Əziz Gədəbəy camaatı, sizin gözünüzün qarşısında bir ailəni bədbəxt edirlər. Hamımız da biganəyik. Biz Ramiz Yediyarovun ailəsinə, övladlarına hörmətlə yanaşırıq, onun səviyyəsinə düşüb heç kimin barəsində təhqir işlətmirik. Bildirmək istəyirəm ki, Azərbaycandan kənarda olanların əməlləri ilə Ramiz Yediyarovun əməllərində hansı fərq var?”

Rasim Məmmədov xaricdə olan bəzi şəxsləri şərəfsiz adlandırıb, deyib ki, bunu bilirlər: “Həmin şərəfsizlər Ramiz Yediyarov kimi məmurların əməllərinə görə yetişir. Ramiz Yediyarov, siz Bağırov qardaşlarını həmin o şəxslərə çevirə bilməyəcəksiniz. Bağırov qardaşları son nəfəsinə qədər prezidenti dəstəkləyəcəklər. Çünki onlar bilirlər ki, siz prezidentə xəyanət edən bir insansınız. Heç bir məhkəmə qərarı olmaya-olmaya, rüşvətlə topladığınız pulla Fəxrəddin Bağırovun dükanının qapı-pəncərəsini hördürmüsünüz. 6 aydır ki, onu vergi ödəməkdən qanunsuz olaraq məhrum etmisizniz. 10 vətəndaşı ac qoymusunuz.

Sahibkarı borclandırmısıznız. Oradakı sement, şpaklyovka materialları zay olub, ən əsası sahibkar öz şəxsi mülkiyyətinə girə bilmir. Cənab prezidentin iqtisadiyat üzrə köməkçisi Natiq Əmirovun imzası ilə o adamlar sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Siz kimsiniz, Ramiz Yediyarov? Siz cənab prezidentin göstərişi, onun köməkçisi Natiq Əmirovun imzası ilə 7 ildir fəaliyyət göstərən sahibkarın işini iflic etmisiniz? Yoxsa bu adamları da Avropaya göndərmək istəyirsiniz? Sizin dövlətçilikdən bir xəbəriniz varmı? Sizin pul yığmaqdan, yer satmaqdan başqa hansı bir işini var?"/fia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • Gədəbəydə icra başçısı ilə xalq arasında uçurum yaranıb

    Gədəbəydə icra başçısı ilə xalq arasında uçurum ...

    21-11-2014, 23:57

  • 
  • Gədəbəy şefi müəllimlərdən 100 manatdan yığdırır: I vitse-prezidentə dosye - Təfsilat

    Gədəbəy şefi müəllimlərdən 100 manatdan yığdırır: ...

    2-06-2017, 18:54

  • 
  • İcra başçısından sahibkara qarşı plakat sabotajı

    İcra başçısından sahibkara qarşı plakat sabotajı ...

    26-01-2016, 17:28

  • 
  • Ramiz Yediyarovun heykəl dəyişmə “maxinasiyası”

    Ramiz Yediyarovun heykəl dəyişmə “maxinasiyası” ...

    2-12-2014, 23:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (491)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu