Mayın 6-da Beyləqanın Veteranlar parkında yerləşən, Füzuli rayonundan məcburi köçkün, Qarabağ müharibəsi əlili Bəhmən adlı şəxsə məxsus foto-atelye icra başçısı Vaqif Abdullayevin tapşırığı ilə traktor vasitəsi ilə dağıdılıb
Hadisə gecə təxminən saat 05-radələrində törədilib. Foto-atelyenin əvvəlcə qapısını sındırıb, atelyedə olan əşyaları küçəyə töküblər.
Daha sonra isə traktor vasitəsi ilə dağıdılıb. Foto-atelye sahibinin oğlu Astan Bəhmən oğlu atasına qarşı kobudcasına törədilən haqsızlığa etiraz olaraq özünü yandıraraq intihar etməyə cəhd edib. Sakinlər onu bu fikrindən daşındıra biliblər.
Beyləqan rayon İH başçısı Vaqif Abdullayev təxminən 3 ay əvvəl Beyləqanın Heydər Əliyev parkı və Veteranlar parkındakı oturacaqları təmir etdirmək üçün yığışdırıb.
Amma aradan 3 ay keçməsinə baxmayaraq oturacaqlar təmir olunub parklara qaytarılmır. Parka istirahətə gələn sakinlər oturmağa yer tapmırlar. Şəhər əhli parka gələndə oturacaqsız park asudə vaxtları lazımınca keçirə bilmirlər.
Ancaq icra başçısı insanları, hətta Qarabağ əlilini intihar həddin çatdırıb. Oğlu isə -özünü yandırmaq istəyib.
Bu rayonda zülm ərşə dirənir. Hər həftə V.Abdullayevin özbaşınalıqları haqda məlumatlar gəlməkdədir.
gundemxeber.az FİA.Az-a istinadən xəbər verir ki, Beyləqan sakinləri yeni icra başçısı təyin olunacağı günü gözləyirlər. Onlar bildirirlər ki, rayona ayrılan pullar mənimsənilib, heç bir iş görülməyib.
V.Abdullayev heç kəsi dinləmir, şikayətçiləri qəbul etmir. Mediada gedın məlumatlarda isə bildirilir ki, "Polat Yol Yapı” şirkəti Beyləqan rayon Binnətli kənd bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsindən dövlətin yeraltı sərvətini talayır.
Məlumata görə Binnətli kənd bələdiyyəsinin ərazisi "Texnikabank”ın Beyləqan filialının keçmiş müdiri Bulud Aslanovun adına sənədləşdirilərək, ərazidən çıxarılan min tonlarla qum, çınqıl materialları Bəhrəmtəpə-Mingəçevir yolunu inşa edən "Polat Yol Yapı” şirkətinə satılıb.
Vurğulanır ki, Bulud Aslanovun qum, çınqıl satışında əsas şəriki Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevdir.
İddiaya görə Bulud Aslanovun ərazisindən ümumilikdə 1 milyon manatdan çox qum, çınqıl materialları çıxarılaraq satılıb. Həmin vəsaitin yarı hissəsi Beyləqan rayon icra başçısı Vaqif Abdullayevə, bir hissəsi Bulud Aslanova çatıb.
Bildirək ki, hazırda Bulud Aslanova məxsus ərazidən qum çınqıl çıxarılması işi bitib. Belə ki, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə qum-çınqıl satışına şərikli girən Bulud Aslanovun sonda aldadıldığı məlum oldub.
Bulud Aslanovun yaxınlarına dediyinə görə ümumi satışdan əldə olunan gəlirin 70 faizə yaxını, təxminən 600 min manatı Vaqif Abdullayev tərəfindən mənimsənilib.
Bulud Aslanov pulun düzgün bölüşdürülməsini icra başçısından tələb etdikdə isə, ikinci ona bir az səbrli olmağı, yaxın zamanlarda ona yeni vəzifə veriləcəyini vəd edib. İcra başçısının bu vədindən 4-5 ay keçdikdən sonra Bulud Aslanov aldadığının fərqində olub.
Vaqif Abdullayevə verdiyi vədi xatırladan Bulud Aslanova icra başçısının sözləri şok yaşadıb. Belə ki, məlumata görə, icra başçısı ona "başını aşağı salıb işi ilə məşğul olmağı" məsləhət bilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?