Onun ölkənin ikinci şəhərinə rəhbərlik etdiyi dövrdən əhalisi zülmətə qərq olub.
Qeyri-qanuni tələblər, süründürməçilik, mülkiyyət hüquqlarının pozulması, qəbula gedənlərin geri qaytarılması, büdcə təşkilatlarından pul yığılması E.Vəliyev dövrünə aiddir.
Bu günlərdə onun Gəncə flarmoniyasına müəllimlərə məcburi bilet satdırması növbəti gərginliyə səbəb olub. Müəllim maaşı dolanışığa yetmədiyi halda bilet bazarı açılıb.
Gəncənin təhsil işçiləri haqq səsini ucaldaraq E.Vəliyev istibdadına etiraz ediblər. Amma təhsil naziri Ceyhun Bayramov tərəfindən heç bir addım atılmayıb.
Nazirlik Gəncə ŞİH-nə xəbərdarlıq etmir ki, müəllimlərin məvacibi ilə flarmoniyanı doldurmazlar. Belə ki, mətbuatda artıq məlumatlar var.
Universitetlərin, kolleclərin və orta məktəb müəllimlərinin E.Vəliyev tərəfindən məcburən flarmoniyada keçirilən bütün konsertlərdə iştirakına başlanıb.
Hər bir təhsil müəssisəsinə 50 manat civarında olan konsert biletləri məcburi qaydada göndərilir.
Maraqlıdır, öz müavini Sevda Qurbanəliyeva, işçiləri Həsən Məmmədov və Yadigar Bədəlov vasitəsilə bütün təhsil müəssisələrinə zəng edərək biri 50 manatdan bilet verir.
Müəssisə rəhbərləri də həmin biletləri məcburi qaydada müəllimlərə satır. Konsertin müddəti keçmiş olsa da dəxli yoxdur, pulu alınır.
Flarmoniyanın tutumundan 2 dəfə çox adama bileti məcburi şəkildə satırlar. Gəncə “xan”ı bilir ki, bu konsertlərə heç kim gəlmir. Ona görə, yerlərin sayı 1200 olmağına baxmayaraq, 2000-dən artıq bilet satılır. Biletdə sıra və yerin nömrəsi, habelə biletin seriyası ağardıcı ilə ağardılıb.
Həmin nömrə ilə biletin hansı müəssisəyə verildiyini müəyyənləşdirib, həmin işçiləri işdən çıxaracaqlar.
Bundan başqa, hər həftə “Kəpəz” futbol komandasının biletlərini müəllimlərə məcburi şəkildə satıblar.
Tələbə və müəllimləri dərsdən çıxarıb məcburi qaydada futbola, iməciliyə, küçə süpürməyə, hansısa bir obyektin açılışına aparırlar.
Hansı müəssisə müdiri bu biletləri götürməsə və ya pulunu bir gün gecikdirsə onda "kef " başlayır.
Həmin şəxs ya vəzifəsini itirir, ya da ən yaxşı halda iclaslarda icra başçısı Elmar Vəliyevin söz ehtiyatında olan biabırçı təhqir və söyüşlərə tuş gəlir.
İcra başçısının leksikonunda olan söyüşlərin sayına və rəngarəngliyinə görə respublikada məşhurdur.
İndi təsəvvür edin, bir ayda əgər 4-5 konsert olarsa ,onda kasıb müəllimlərin aylıq maaşları heç bilet pulunu ödəmir.
Bu gün 1200 nəfərdən çox tamaşaçı tutan flarmoniya artıq Gəncə şefi və flarmoniyanın direktoru Samir Cəfərov üçün külli miqdarda qazanc mənbəyinə çevrilib.
Müəllimlər və valideynlər sual edirlər ki, təhsil naziri hara baxır: “Burdan müraciət edirik Ceyhun Bayramova. Deyirik ki, bu təhsil müəssisələrinə kim nəzarət edir?
Bu təhsil müəssisələri Elmar Vəliyevin nəzarətindədirmi yoxsa cənab nazir, sizin? Bu biabırçılığa son qoymaq lazımdır.
Gah kukla teatrı, gah dram teatr, indi də ortaya flarmoniya çıxıb. Axı bu millət yazıqdır?!
Uşaq bağçaları, orta məktəblər, kolleclər, peşə məktəbləri, universitetlər, səhiyyə idarələri, xəstəxanalar, bütün müəssisələr bilet problemini yaşayır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?