Bir neçə gün öncə sabiq millət vəkili, əslən Yardımlıdan olan xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəklərdə Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun ünvanına sərt ifadələr işlətmişdi. Xalq şairi yazırdı ki, doğulduğu və təhsil aldığı kənd orta məktəbində görüş keçirməsinə Ayaz Əsgərovun göstərişi ilə qadağa qoyulub. Yalnız Prezident Adminstrasiyasından müdaxilə edildikdən sonra görüş baş tutub.
AXC-nin 100 illiyi ilə bağlı olaraq keçirilməsi planlanan bütün tədbirlərə Ayaz Əsgərov müdaxilə edib. Gundeminfo.az olaraq bildirmişdik ki, icra başçısının bgu və ya digər fəaliyyətləri ilə bağlı ən yüksək dairlərdə müzakirələr aparılıb. gundemxeber.az xəbər verir ki, gundeminfo.az-a bu gün daxil olan informasiyada isə rayonda ziyalılara qarşı, bacarıqlı kadrlara qarşı edilən repressiyalardan bəhs edilir. Həmin faktları təqdim edirik:
Yardımlıda ən böyük kadr itkisi məhz 2006-dan sonrakı illərin payına düşür. Bir fikir verin, vaxtilə Heydər Əliyevin xeyir-duası ilə Rusiyada təhsil alan Elşad Cəlilov, Prezident İlham Əliyev cənablarının göstərişi ilə rayon Qaz İstisimar Sahəsinə ixtisaslı mühəndis kimi işə götürülən Ramiz İsmayılov, savadlı, bacarıqlı həkim kimi şöhrət qazanmış tibb elmləri namizədi Nazim Nəzərov və s. peşəkar kadrların bir çoxu indi ya Allahın ümidinə qalıblar, ya da ki, Yardımlıdan didərgin düşüblər. Belələrinin sayı onlarladır, hər birinin də “Əmək kitabçası”ndakı fəaliyyət ardıcıllığına baxanda onların belə tez, cavan yaşında işdən uzaqlaşdırıldıqlarına heyifsilənməyə bilmirsən. Əksəriyyətini də yuxarılara şikayət etməsinlər deyə, guya başqa iş verəcəkləri ilə aldadıb, susdururlar. Doğrudur, rəsmiyyətə qalanda onların böyük əksəriyyəti öz ərizəsi ilə işdən çıxıb, amma nəzərə alanda ki, Yardımlıda işsizlik tüğyan etdiyi bir vaxtda bu sayda insanın işdən (vəzifədən) öz xahişi ilə çıxması absurddur, yəni məntiqə uyğun deyil.
Çox uzatmayacağam, 2016-cı ildən üzü bəri işdən çıxan (və ya müxtəlif üsullarla aldadılıb öz ərizəsi ilə çıxarılan) kadrların siyahısını Sizə təqdim edərək, onların hər birinə səbr və təmkin arzulayırıq. Və fürsətdən istifadə edib dağ şəraitində min cür əziyyətlərə sinə gərib, ucqarlığın çətinliklərilə üz-üzə qalmış Yardımlı əhalisinə sayğı ilə yanaşan, diqqət göstərən insanlara minnətdarlığımızı bildiririk.
Buyurun, 2006-cı ildən üzü bəri vəzifədən çıxan kadrların siyahısına nəzər salın:
1-Afət Quliyeva- RİH başçısının müavini işləyib, 2-Siyasət Süleymanov- RİH başçısının müavini işləyib, 3-Etibar Fərruxov- RİH başçısının müavini işləyib, 4-Habil Ağaşov- RİH-də baş memar işləyib, 5-Cahid Zairov- RİH-də baş memar işləyib, 6-Adil Məmmədov- RİH mülkü müdafiə qərərgahının rəisi işləyib, 7-Cəbrail Əkbərov- RİH-də aparıcı iqtisadçı işləyib, 8-Məzlum Mənsimov- RİH ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləyib, 9-Qadir Cəfərov- RİH-də Hüquq şöbəsinin müdiri işləyib, 10-Elgiz Heydərov- RİH-də hüquqşünas işləyib, 11-Rəşad Nəbiyev- RİH-də inispektor işləyib, 12-Mirxan Səfərov- RİH-də baş zootexnik işləyib, 13-Elməddin Əhmədov- RİH başçısının köməkçisi işləyib, (2006-2008) 14-Anar Aslanov- RİH başçısının köməkçisi işləyib, (2008-2010) 15-Kamal Aşurov- Rayon Təhsil şöbəsinin müdiri işləyib, 16-Tərxan Əsgərov- DSK-nın sədri, sonradan QİS-də işləyirdi, 17-Cavanşir RZAYEV- ƏSMM-nın direktoru işləyib, 18-Elşad Cəlilov- ƏSMM-də direktor müavini işləyib, 19-Nicat Əliyev- ƏSMM-də məsləhətçisi işləyib, 20-Mirzə Eyvazov- ƏSMM-də məsləhətçi işləyib, 21-Əlisa Səlimov- ƏSMM-də şöbə müdiri şöbə müdiri işləyib, 22-İlqar Quliyev- Rayon Elektrik şəbəkəsinin direktoru işləyib, 23-Nazim Nəzərov- Rayon Səhiyyə şöbəsinin müdiri işləyib, 24-Rafiq Ataşov- Şahmat məktəbinin direktoru işləyib, 25-Taleh İbayev- Torpaq şöbəsinin müdiri işləyib, 26-Hüseyn Alışov- Rayon Qaz İstisimar sahəsinin müdiri işləyib, 27-Ramiz İsmayılov- Rayon Qaz İstisimarı Sahəsində mühəndis işləyib, 28-Həmid Əzimov- Sanitar Epidemialogiya mərkəzinin direktoru işləyib, 29-Zakir Cəbiyev- Maliyyə şöbəsində büdcənin rəisi işləyib, 30-Şahmur Mirzəyev- Torpaq şöbəsinin müdiri işləyib, 31-Füzuli Bağışov- Meşə təsərrüfatı idarəsinin direktoru işləyib, 32-Seyfəddin Abdulov- Kommunal müəssisələr kombinatının mühəndisi işləyib, 33-Fəxrəddin Rzayev- Komunal müssisələri kombinatının direktoru işləyib, 34-Sakit Alışov- Rayonun poçt xidmətinin rəisi işləyib, 35-Rəzzaq Qasımov- Yardımlı şəhər ərazi nümayəndəliyinin baş mühasibi işləyib, 36-Ağaşirin Şirinov- Urağaran kənd ərazi nümayəndəsi işləyib, 37-Haşım Vəliyev- Horavar kənd ərazi nümayəndəsi işləyib, 38-Həqiqət Bədirov- Yolocaq kənd ərazi nümayəndəsi işləyib, 39-Vəzir Məmmədov- Ostayır kənd ərazi nümayəndəsi işləyib 40-Zeynal Xurşudov- Perimbel kənd ərazi nümayəndəsi işləyib, 41-Hamlet Əliyev- Şəfəq kənd ərazi nümayəndəsi işləyib, 42-Adil Ağayev- Şəfəq kənd ərazi nümayəndəsinin müavini işləyib, 43-Yağnəli Əliyev- Kürəkçi kənd ərazi nümayəndəsi işləyib, 44-Fərhad Miriyev- Arvana kənd ərazi nümayəndəsi işləyib, 45-Məhərrəm Qəhrəmanov- Şilavangə kənd ərazi nümayəndəsi işləyib, 46-Mənsurə Əsgərova- Şiləvəngə kənd ərazi nümayəndəsinin müavini işləyib, 47-Yaşar Nəzərov- Peştəsər kənd ərazi nümayəndəliyində baş mühasib işləyib, 48-Seyidxanım Talıbova- Alçıbulaq kənd məktəbinin direktoru işləyib, 49-Ağakərim İsmayılov- Ərsilə kənd ərazi nümayəndəsi işləyib, 50-İnqilab Hacıyev- Yolocaq kənd məktəbinin direktoru işləyib, 51-Mirağa Ağayev- Horoni kənd məktəbinin direktoru işləyib, 52-Əhliman Hüseynov- Separadi kənd məktəbinin direktoru işləyib, 53-Pənah Ağayev- Vərov kənd məktəbinin direktoru işləyib, 54-Fərhad Məmişov- Vərgədüz kənd məktəbinin direktoru işləyib, 55-Rövşən Mahmudov- Urağaran kənd məktəbinin direktoru işləyib, 56-Zifeyir Şirinov- Şiləvəngə kənd məktəbinin direktoru işləyib, 57-Bafadin Nəsirov- Dəlləkli kənd məktəbinin direktoru işləyib, 58-Mahmud Mahmudov- Qaraqaya kənd məktəbinin direktoru işləyib, 59-Damət Nəzərov- Mirimli kənd məktəbinin direktoru işləyib, 60-Əkbər - Məlikli kənd məktəbinin direktoru işləyib, 61-Əşrəf Fərziyev- Arus kənd məktəbinin direktoru işləyib, 62-Məmmədzadə Məmmədov- Bürzümbül kənd məktəbinin direktoru işləyib, 63-Füzuli İmanov- Porsova kənd məktəbində direktor işləyib və s. Əziz oxucular, etiraf edək ki, biz Yardımlının bu sayda kadr itkisinə bir ad tapıb qoya bilmədik. Siz deyin, son beş ildə Yardımlının kadr kapitalının başına gətirilən bu müsibətə nə ad qoymaq olar?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?