GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 1 saylı Kliniki Tibbi Mərkəzdə nələr baş verir?

1 saylı Kliniki Tibbi Mərkəzdə nələr baş verir?

Tarix: 12-06-2018, 15:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 985
1 saylı Kliniki Tibbi Mərkəzdə nələr  baş verir?


Hal-hazırda “Semaşko”da qol qoyulan çoxsaylı qanunsuzluqlar peşəkar mütəxəssislərin narazılığına səbəb olmaqdadır

Bu günlərdə redaksiyamıza “Semaşko” adı ilə tanınan və respublikamızda ən böyük səhiyyə müəssisələrindən biri hesab olunan 1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı ilginc məlumatlar daxil olub. Həmin məlumatlarda sözügedən səhiyyə ocağında davam edən qanunsuzluqların “pik nöqtə”yə çatdığı qeyd olunur. Bu da uzun müddətdən bəri adı çəkilən tibb ocağında çalışan peşəkar mütəxəssislərin haqlı narazılıqlarına səbəb olmaqdadır.

İttihamlar, çirkli oyunlar və çoxsaylı maxinasiyalar

Adı çəkilən bu səhiyyə müəssisəsində yaşananlarla bağlı redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, kliniki mərkəzin baş həkimi Ədalət Dadaşov daşıdığı vəzifəyə təyin olunduqdan sonra o, əsas fəaliyyətini xalqın sağlamlıq durumunu daha da yaxşılaşdırmağa deyil, sanki şəxsi maraqlarının təmin olunması yöndə müəyyən addımlarını atmağa başladı. Baxmayaraq ki, dövlətimizin dövlət səhiyyə müəssisələrinə göstərdiyi diqqət və qayğı hər il artmaqda davam edir. Amma, bəzi şəxslərin söylədiklərinə görə Ədalət Dadaşov bir baş həkim olaraq, göstərilən diqqət və qayğılara kölgə saldığından, bu gün də həkim adı ilə uzlaşmayan addımlarını atmaqdadır.
Ədalət Dadaşov Klinik Tibbi Mərkəzə baş həkimi təyin olunduqdan sonra, təqribən 25-30 illik iş təcrübəsi olan peşəkar həkimləri təcrübə adıyla 6 aylıq rotatsiyaya göndərdiyi də söylənilir. 30 illik iş təcrübəsi olan peşəkar həkimlərin adı çəkilən səhiyyə müəssisəsində 2-3 illik iş təcrübəsi olan gənc həkimlərdən rotatsiya adıyla təcrübə öyrənmələri, görəsən hansı məntiqə uyğun gəlir? Belə olan halda cavab hər kəsə gün təki aydın olur. Baş həkim bu cür addımlarını atmaqla, əslində rotasiyaya getməkdən imtina edən həkimlərdən əlavə hansısa maraqlarını təmin etmək üçün imkan yaratdığı da iddia olunur.
Baş həkimin özəl dərman firmalarının gətirdikləri dərmanların Klinik Tibbi Mərkəzdə reklam olunması məqsədilə, həmin firmaların rəhbərləri ilə “işbirliyi” yaratdığı, hətta onların nümayəndələrinin xəstəxanada sərbəst fəaliyyət göstərmələri üçün, firmaların böyük-kiçikliyindən asılı olaraq onlardan altı aydanbir təqribən 1000-3000 manat məbləğində “haqq-hesab” aldığı da söylənilir. Dərman firmaları fəaliyyətlərinə görə dövlətə vergi ödədikləri halda, Ədalət Dadaşovun onlardan əlavə “vergi” tutduğu da iddia olunur. Buna görə də, son bir il ərzində dövlət tərəfindən bu səhiyyə müəssisəsinə ayrılan dərmanların yalnız 15%-nin xəstələrə verilməsi haqda məlumatlar eşitmişik. Bundan əlavə, adı çəkilən səhiyyə müəssisəsində müalicə alan bəzi xəstələrin danışdıqlarına görə, onların müalicəsi həyata keçirilərkən əsas analizlər deyil, yalnız adi analizlər götürülür. Çünki, dövlət tərəfindən analizlər üçün verilən “reaktivlər”in xəstəxanada olmadığı, ərzaq təchizatının isə olduqca aşağı səviyyədə olduğu söylənilir.
Adları Klinik Tibbi Mərkəzdə gedən, özləri isə özəl klinikalarda çalışan həkimlərin Ədalət Dadaşovla hansısa maraqlar çərçivəsində razılığa gəlmələri də iddia olunur. Məsələn, müəyyən iddialara görə həkim-anistozoloq Əliyev Nəcəf “Elmed” klinikasında, həkim-anistozoloq İbrahimov Gündüz “Oksigen” klinikasında, həkim-anistozoloq Lətifov Hacı “Lanşet” klinikasında, həkim-cərrah İbrahimov Mirzə “Medilüx” klinikasında, həkim Cəbrayılova Rəna 4 saylı stomatoloji mərkəzdə işlədiklərinə görə, baş həkimin onların vasitəsilə şəxsi maraqlarını təmin etdiyi də söylənilir.
Bundan əlavə, Ədalət Dadaşov Tibb Universitetinin Tədris-Cərrahiyə korpusunda işləyən, özü isə analıq məzuniyyətində olan Aytən Qırxlarovanı bir müddət bundan öncə Klinik Tibbi Mərkəzdə cərrah-həkim vəzifəsinə işə götürür. Aytən xanım üçillik analıq məzuniyyətində olsa da, bu gün də onun adının xəstəxananın ştat cədvəlində işdə getdiyi söylənilir. Bütün bunlardan əlavə onu da qeyd edək ki, Ədalət Dadaşov 2008-ci ilin sentyabr ayından 2016-cı ilə kimi Klinik Tibbi Mərkəzdə cərrahiyə şöbəsinin müdiri vəzifəsində işləyib. Həmin vaxtlarda YAP-ın “Semaşko” xəstəxanası üzrə dayaq dəstəsinin sədri Fətəli Fətəlizadə, ona partiya sıralarına daxil olmasını təklif etdikdə o, buna təhqiramiz sözlərlə kəskin etirazını bildirir. Elə ki, 2016-cı ilin may ayında baş həkim vəzifəsinə əvəzləyici təyinatı alır, o zaman o, təcili olaraq partiya sıralarına daxil olur və çox keçmir ki, Fətəli Fətəlizadə şöbə müdirliyindən azad olunur. Bir qədər keçdikdən sonra isə, baş həkim onu YAP-ın “Semaşko” üzrə dayaq dəstəsi sədri vəzifəsindən də uzaqlaşdırtdıra bilir. Halbuki Fətəli Fətəlizadə ötən 24 il ərzində dayaq dəstəsinin sədri vəzifəsini daşıyıb 1992-ci ildən YAP-ın aktivlərindən biri olub.
Söylənilən iddialarda o da qeyd olunur ki, o, xalqını və xəstələri bir növ pula “qurban vermək”lə bu gün də şəxsi maraqlarını həyata keçirməyə çalışır. Bundan əlavə o da iddia olunur ki, Kliniki Mərkəzi sanki şəxsi biznes obyektinə çevirib. Hətta, adı çəkilən vəzifə sahibi insanların taleyi ilə oynayaraq, həyat üçün qorxunc və faciəli üsullara əl atmaqdan çəkinmədiyi də söylənilir. Belə ki, Kliniki Tibbi Mərkəzə Ədalət Dadaşovun baş həkim təyinatından sonra, xəstəxanaya “Hepatit-C” diaqnozu ilə daxil olan hərbi çağırışçıların sayı artmaqdadır. Baş həkim imkanlı şəxslərin hərbi çağırışçı olan xəstə övladlarına “Hepatit-C”-nin daşıyıcısı diaqnozunu qoydurur ki, guya onlar hərbi xidmətə yararlıdırlar. Başlıca məqsəd xəstə gənclərin sağlam ad ilə hərbi xidmətə getmələrinə və hərbi bilet almalarına imkan yaratmaq olur. Halbuki tibbi nomenklaturada “Hepatit-C” daşıyıcı diaqnozunun ümumiyyətlə olmadığı bildirilir. Tibbi nomenklaturada “Hepatit-C” yalnız subklinik forma kimi gedir. Əgər çağırışçıya “Hepatit-C” subklinik diaqnozu qoyularsa, o halda həmin gənc hərbi xidmətə yarasız şəxs hesab olunar. Buna görə də, adı çəkilən vəzifə sahibi həmin gənclərin imkanlı valideynlərindən müəyyən məbləğdə “şirinlik” alaraq, onları hərbi xidmətə yararlı şəxs kimi qeyd etdirir. Tərəflər arasında belə bir razılığın əldə olunması ona hesablanır ki, çağırışçı gənc hərbi xidmətdən qayıtdıqdan sonra hansısa vəzifəyə gedərsə, o zaman heç bir problemlə üz-üzə qalmasın.
Onu da unutmaq olmaz ki, “Hepatit-C” xəstəsi olan çağırışçı hərbi xidmətdə olub üzünü təmizləyərkən, diş fırçasından istifadə edərkən, yaxud da hansısa səbəb üzündən zədə alıb müəyyən qədər qanını axıdarsa və onun qanından digər əsgər yoldaşlarından birinin üstünə azacıq olsa belə düşərsə, o halda həmin əsgər də “Hepatit-C” xəstəsi olacaq. Söylənilən iddialarda o da qeyd olunur ki, xəstə çağırışçı gənclər Ədalət Dadaşovun şəxsi tapşırığı ilə hava-damcı şöbəsində çalışan Kamran Nəsibova təhkim olunur ki, bu yöndə sirr heç yana yayılmasın. Bu isə son dərəcə təhlükəli məqamların varlığından xəbər verir. Çünki, hərbi çağırışçı adı çəkilən şöbədə yatan xəstələrlə kontaktda olduqlarından, onların digər xəstəliklərə yoluxma ehtimalı böyük olur.
Onu da qeyd edək ki, Kliniki Tibbi Mərkəz 1970-ci ilin əvvəlində ümummilli lider Heydər Əliyevin xüsusi göstərişi və təşəbbüsü ilə inşa olunub. Həmin vaxtdan Nazirlər Kabinetinin qərarı var ki, infeksion xəstəliklər şöbələrinin birləşdirilməsi heç bir sanitariya-epidemioloji qaydalara uyğun gəlmir. Çünki hava-damcı, mədə-bağırsaq və xüsusi təhlükəli infeksiyalar şöbələri müxtəlif profilli şöbələrdir. Adları çəkilən bu şöbələr birləşdirilərək əvəzində bir şöbə yaradılıb və bir şöbə müdiri saxlanılıb. Bu gün əslində üç şöbəyə rəhbərlik edən Gülnarə Babayeva həmin şöbələrdə çalışan həkimləri aidiyyəti üzrə deyil, başqa şöbələrə təhkim etməkdədir. Həkimlər yaşananlarla bağlı baş həkim Ədalət Dadaşova müraciət etsələr də, o, “Gülnarə Babayeva şöbə müdridir, deməli onun özü belə məsləhət bilir” deyə cavab verdiyi də söylənilir.
Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən infeksion xəstəlikləri şöbələrinin birləşdirilməsi də təklif olunmayıb. Ayrı-ayrılıqda fəaliyyət göstərən infeksion xəstəlikləri şöbələrinin birləşdirilməsi, məhz baş həkim Ədalət Dadaşovun təklifi əsasında həyata keçirildiyi iddia olunur. O, Səhiyyə Nazirliyinə “bu şöbələrdə xəstələr azlıq təşkil edir” deyə təklifini çatdırır və səbəb də, belə bir halın varlığını göstərir. Halbuki il ərzində təqribən hava-damcı şöbəsində 400-500 nəfər, mədə-bağırsaq şöbəsində 1200-1300 nəfər, xüsusi təhlükəli infeksiyalar şöbəsində isə 400-450 nəfər xəstələrin müalicə olunduqları bildirilir. O halda sual oluna bilər ki, bəs bu şöbələrin birləşdirilməsi nə qədər zəruri idi? Əslində adları çəkilən şöbələrdə xəstələrin azlıq təşkil etməsi haqda Səhiyyə Nazirliyinə verilən məlumatların, həqiqəti əks etdirmədiyi də iddia olunur. Bəzi mütəxəssislər adıçəkilən şöbələrin birləşdirilməsinin sanitariya-epidemioloji qaydalara və normativ tələblərə zidd olduğunu da bildirirlər. Görəsən belə bir addımların atılmasında baş həkim Ədalət Dadaşovun və şöbə müdiri Gülnarə Babayevanın marağı nələrdən ibarətdir? Bakı Baş Səhiyyə İdarəsinin müvafiq əmrinə əsasən 8-ci korpusda infeksion şöbələr qeyri-qanuni birləşdirilsə də, əmrdə konkret göstərilib ki, şöbənin işçiləri iş yerlərini dəyişmədən əmrlə tabe olduğu şöbədə çalışmalıdırlar. Ancaq, baş həkim və şöbə müdiri birləşərək işçiləri eyni vaxtda həm hava-damcı şöbəsində, həm mədə-bağırsaq şöbəsində, həm də xüsusi təhlükəli və zoonoz xəstəlikləri şöbələrində işlədirlər. Məsələn, bir tibb bacısı eyni vaxtda 1-ci, 2-ci və 3-cü mərtəbələrdə olan zoonoz, mədə-bağırsaq və hava-damcı xəstəsi olan xəstələrə sistem qoşur. Elə ki, xəstələrin sistemi qurtarır, o halda onlar tibb bacılarını mobil telefon vasitəsi ilə çağırırlar. Bu da hər an XƏSTƏXANAdaxili infeksiyaların baş qaldırmasına səbəb ola bilər. Uzun illər ərzində səhiyyə sahəsində çalışan və pensiya yaşı tamam olan həkimlərin, hətta tibb bacılarının belə rəhbərliklə müqavilə sənədlərini uzatmaları zamanı müəyyən problemlərlə üz-üzə qalmaları da, bu gün daha çox müzakirə olunan mövzulardandır. Belə ki, bəzi şəxslərin iddialarına görə müqavilə sənədlərinin bir il müddətinə uzadılması, xeyli miqdarda “rüsum” hesabına başa gəlir. Bəzən də, “rüsum”u ödəməyə imkanı olmayan həkimlər əsəbdən, müəyyən gərginlikdən və s. dünyalarını dəyişməli olurlar. Onlardan ixtisasca nevrotoloq Vidadi həkimin və nevropotoloq Səlim həkimin (Allah hər ikisinə rəhmət eləsin!) olduqları söylənilir. İnanırıq ki, məqalənin dərcindən sonra cənab Oqtay Şirəliyev sadalanan olayların varlığına xüsusi diqqət yetirəcək. Bütün bunlar da Ədalət Dadaşovun şəxsi maraqlarının təmin olunması yöndə atdığı addımların varlığını sübut edir.
Məqalədə sadalanan faktlarla bağlı adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

GündemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xəstəxanada müdhiş olay: xəstə qaçarkən dünyasını dəyişdi

    Xəstəxanada müdhiş olay: xəstə qaçarkən dünyasını ...

    10-12-2013, 16:10

  • 
  • 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) biabırçılıq-VİDEO

    1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) ...

    12-02-2018, 19:31

  • 
  • Gədəbəy səhiyyəsi “ölüm ayağında”

    Gədəbəy səhiyyəsi “ölüm ayağında” ...

    4-04-2017, 23:03

  • 
  • Bakı-Sumqayıt yolunda ölən tələbələrin sayı 5-ə çatdı: 20 yaralı var

    Bakı-Sumqayıt yolunda ölən tələbələrin sayı 5-ə ...

    9-03-2017, 15:24

  • 
  • Saatlıda səhiyyə problemi... - NARAZILIQ VAR...

    Saatlıda səhiyyə problemi... - NARAZILIQ VAR... ...

    31-08-2015, 19:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu