GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağsuda Ənvər Seyidəliyev fəhlələri “inqilaba sürükləyir”-ŞOK OLAY---VİDEOFAKT

Ağsuda Ənvər Seyidəliyev fəhlələri “inqilaba sürükləyir”-ŞOK OLAY---VİDEOFAKT

Tarix: 25-06-2018, 14:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 192
Ağsuda Ənvər Seyidəliyev fəhlələri “inqilaba sürükləyir”-ŞOK OLAY---VİDEOFAKT


“Dəfələrlə RİH-nin qarşısında öz etirazımızı bildirsək də, hər dəfə “Bundan artıq maaş verməyə imkanımız yoxdur deyə cavab veriblər”
Bir neçə həftə bundan öncə Ağsu Rayon Yolyaşıllaşdırma İdarəsində çalışan fəhlələr, adı çəkilən bu qurumda baş verən çoxsaylı qanunsuzluqlarla bağlı GundemXeber.az saytına şikayət etmişdilər. Belə ki, onlar ünvanladıqları müraciətlərində bildirirdilər ki, “Bu gün idarənin ştat cədvəlində 100 nəfər fəhlənin çalışması göstərilsə də, gündəlik cəmi 12 nəfər fəhlə işə çıxır və rəhbərlik hər gün bizi sanki “qul” kimi işlədirlər. Özləri rahat şəkildə dövlət büdcəsindən maaş alırlar və bizi isə, 3-cü müqavilə əsasında işləməyə vadar edirlər. Əgər üç il bundan əvvəl əməkhaqqı olaraq ayda 250 manat maaş alırdıqsa, son iki ildir ki, 130 manat əmək haqqı alırıq. Bu da bənzəri olmayan haqsızlığa imza atmaq deməkdir. Dəfələrlə RİH-nin qarşısında öz etirazımızı icra başçısı Ənvər Seydəliyevə bildirsək də, hər dəfə bizə “Bundan artıq maaş verməyə imkanımız yoxdur” deyə cavab veriblər. İcra başçısının müavini vəzifəsini daşıyan İqbal Mikayılov isə bildirir ki, “Bu iş xoşunuza gəlmirsə, o halda işləməyin və hara da istəyirsiniz şikayətinizi ünvanlayın. Onsuz da son anda biz deyən olacaq” deyir. Hər gün səhər saat 09:00-dan axşam 18:00-a qədər iş saatımız olsa da, rəhbərlik bizi iş saatından artıq işləməyə məcbur edir. Yəni, yay aylarında qazon otların biçilməsi, ağacların sulanması və s. işlərində gecə saatlarına qədər işlədirlər. Hətta, bayram günlərində də işləməyə vadar edirlər. Bu qədər ağır iş rejimində çalışsaq da, əmək haqqımızı 130 manatdan artıq artırmırlar. Hansı fəhlə üz-üzə qaldğı problemlə bağlı icra başçının müavini İqbal Mikayılovun qəbuluna getdikdə, “İşdən azadsınız, gedə bilərsiniz” deyə cavabını eşitməli olur”.

Elə ki, GundemXeber.az saytının əməkdaşı şikayətçilərlə görüşür və o halda adı çəkilən qurumda “çalışan” və kartla maaş alan şəxslərdən biri ümumi vəziyyətdən xəbərdar olur. Çox keçmir ki, həmin şəxs baş tutan görüşün məğzi ilə bağlı İcra Hakimiyyətini məlumatlandırır. Bundan sonra əməkdaşımız qarşı tərəf olaraq icra başçısı Ənvər Seydəliyevin və müavini İqbal Mikayılovun mövqeyini dinləmək məqsədilə icra hakimiyyətinə üz tutur. Bir çox məsələlərdə ittiham olunan icra başçısının və onun müavininin əvəzinə, ünvanlanan suallara Ağsu Rayon Yolyaşıllaşdırma İdarəsinin müdiri Namiq Mürsəlov cavab verir və o, “Mən deyilənləri tamamilə təkzib edirəm və onu bildirirəm ki, şikayət edən işçilər altı saat olmaqla hər həftənin yalnız beş gününü işləyirlər. Deyilənlərə cavab olaraq onu da vurğulayım ki, bayram günləri və qeyri iş günləri onları heç kim məcburi işə cəlb etmir. Ağacların suvarılması, qazon otların biçilməsi ilə bağlı fəhlələrin iddia etdikləri iddialar da tamamilə ağyalandır. Onlar günün 24 saatını deyil, yalnız altı saatını suvarma ilə məşqul olurlar. İsti hava şəraitində suvarma işləri aparmaq mümkün olmur” deməyi də unutmur. Bu cür açıqlamalar, heç də inandırıcı açıqlamalar deyil.

Ümumiyyətlə, Ağsu Rayon Yolyaşıllaşdırma İdarəsində baş verən çoxsaylı qanunsuzluqlarla bağlı, bu günədək ayrı-ayrı mətbu orqanlarda silsilə tənqidi açıqlamalar dəfələrlə işıq üzü görüb. Bugünkü problemlərin varlığına gəlincə isə onu deyə bilərik ki, fəhlələrin sadaladıqlar faktlar əslində əsl həqiqətlərdir. Çünki, respublikamızın rayonları içərisində Ağsu rayonu bəlkə də yeganə rayondur ki, bu rayonda ailə-klan idarəçiliyi hökm sürür, sosial problemlər aşıb-daşır. Əgər yolyaşıllaşdırma idarəsininin müdiri Namiq Mürsəlovun kimliyi haqda da müəyyən araşdırma aparılarsa, o halda aydın olacaq ki, bu şəxs ya Ənvər Seyidəliyevin yaxın qohumudur, ya da ki, ona bu və ya digər yollarla bağlı olan şəxsdir. Digər tərəfdən, Ağsu Rayon Yolyaşıllaşdırma İdarəsində ştat cədvəli üzrə 100 nəfər fəhlənin olması, onlardan gündəlik 12 nəfərinin işə çıxması da, əsl həqiqətlərdir. Hətta, lazımi araşdırmalar aparılarsa o halda o da bəlli olar ki, adı ştat cədvəlində gedən, amma əmək haqqı kartları başqa şəxslərdə olan fəhlələrin çoxu, ya Ənvər Seyidəliyevin, ya da ki, onun müavini İqbal Mikayılovun tapşırığı əsasında işə götürülən şəxslərdirlər.
GundemXeber.az-ın əldə etdiyi məlumatlara görə, Ağsu rayonu Ənvər Seyidəliyevin yaxın qohum-əqrəbası tərəfindən ələ keçirildiyindən, büdcəsi talandığından, bu gün bu rayonda yaşanan qanunsuzluqların tayı-bərabəri yoxdur. (Məqaləni GundemXeber.az saytına istinad etmədən yerləşdirmək, əslində istifadəçinin oğru və savadsız olduğunu təsdiq edən halın varlığıdır) Adicə bir faktı vurğulayaq ki, Ənvər Seyidəliyevin bacısı oğlu sabiq ƏƏSMN-i Səlim Müslümov daşıdığı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, bu şəxsin büdcəni hansı yollarla talan etməsi hər kəsə bəyan oldu. Hazırda Ənvər Seyidəliyev də oxşar addımlarını atdığından, bu gün o, Rayon Yolyaşıllaşdırma İdarəsində çalışan fəhlələri “inqilaba sürükləmək”dədir. İnanırıq ki, ölkənin siyasi rəhbərliyi Ağsuda idarəetməni həyata keçirən bu şəxsin əməllərini diqqətdə saxlayıb, çox yaxın vaxtlarda müvafiq qərarını da açıqlayacaq.Hər kəs təqdim etdiyimiz VİDEO-ya baxmaqla, yəqin ki, baş verənlərlə bağlı daha ətraflı məlumatları əldə edə biləcək.
Problemlərin varlığını diqqətdə saxlayacağıq.



Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağsunun İcra başçısna qarşı şok iddialar

    Ağsunun İcra başçısna qarşı şok iddialar ...

    26-08-2013, 11:14

  • 
  • Bakı Mədəniyyət və Turizm İdarəsində maaş böhranı

    Bakı Mədəniyyət və Turizm İdarəsində maaş böhranı ...

    25-11-2013, 17:40

  • 
  • Səlim Müslümovun rayonundan üsyan anonsu

    Səlim Müslümovun rayonundan üsyan anonsu ...

    23-01-2013, 10:11

  • 
  • Ağsu bir tayfanın əsarətində

    Ağsu bir tayfanın əsarətində ...

    13-01-2013, 12:38

  • 
  • Səlim Müslümovun qohumlari Ağsunu çapıb talayır

    Səlim Müslümovun qohumlari Ağsunu çapıb talayır ...

    17-01-2013, 10:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu