GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Ziya Məmmədovun yol cinayəti

Ziya Məmmədovun yol cinayəti

Tarix: 27-12-2012, 08:48 Bölmə :İqtisadiyyat Baxış: 891
Ziya Məmmədovun yol cinayəti
2 il əvvəl istifadəyə verilən 360 milyonluq Bakı-aeroport beton yolunda təmirə başlanıb

gundemxeber.az Bir neçə il öncə Dünya Bankının təqdim etdiyi "Yol nəqliyyat hadisələri nəticəsində ölüm hallarına qarşı mübarizə: Avropa və Mərkəzi Asiyada yolların təhlükəsizliyinin təmin edilməsi" adlı hesabatında diqqəti çəkən bir sıra məqamlar var. Onlardan biri də Azərbaycanda yolların normal vəziyyətdə olmaması nəticəsində baş verən qəzaların ölkə iqtisadiyyatına vurduğu ziyanla bağlı aparılan hesablamadır.
Dünya Bankının ekspertləri yol təhlükəsizliyi ilə bağlı Azərbaycanın ən acınacaqlı ölkələr sırasında olduğunu bildirmişdilər. Qeyd olunurdu ki, Azərbaycanda insanların yol-nəqliyyat qəzalarında alınan bədən xəsarətləri nəticəsində vəfat edə bilməsi ehtimalı bir çox Qərbi Avropa ölkələrindən 3-4 dəfə yüksəkdir. Nəqliyyat vasitələri parklarının kiçik və nəqliyyat vasitələrindən istifadə etməklə adambaşına qət edilən məsafənin nisbətən az olmasına baxmayaraq Azərbaycanda bu istiqamət üzrə ölüm hallarının Avropa ölkələrindən yüksək olmasının səbəbləri sırasında isə ilk yerdə yol infrastrukturunun yüksək səviyyədə olmaması göstərilib. Qeyd edilib ki, yol-nəqliyyat hadisələri zamanı Azərbaycan iqtisadiyyatına da külli miqdarda ziyan dəyir: "Azərbaycan kimi ölkələrdə nəqliyyat hadisələrinin insan həyatına təsiri ilə yanaşı onun iqtisadi və sosial dəyərləri yüksəkdir. Azərbaycanda ölkə iqtisadiyyatı nəqliyyat xərcləri nəticəsində hər il 1,2 mlrd dollar itirir".
Dünya Bankının ekspertləri bunu Azərbaycanda yol şəbəkəsinin ümumi keyfiyyətinin zəif olmasıyla bağlayıblar. Onlar qeyd edirdilər ki, yol infrastrukturunun inkişafı üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılsa da, hətta dövlət əhəmiyyətli yollarda belə ciddi problemlər mövcuddur.
Əslində Azərbaycanda yolların hansı vəziyyətdə olduğunu bilmək üçün hansısa rəsmi sənədə və ekspert qiymətləndirmələrinə ehtiyac yoxdu. Yolların vəziyyəti göz qabağındadır. Hər il büdcədən və beynəlxalq maliyyə təşkilatlarından, xarici banklardan alınan 100 milyonlarla, hətta milyardlarla manat avtomobil yollarının yenidənqurulmasına və təmirinə xərclənmək adı ilə silinsə də, vəziyyət dəyişmir. Bu da vəsaitlərin əhəmiyyətli hissəsinin korrupsiyanın yeminə çevrildiyini söyləməyə əsas verir. Təsadüfi deyil ki, nəinki Avropa, hətta postsovet ölkələri arasında da Azərbaycan yolların vəziyyətinə görə, son cərgələrdə yer alır.
Əslində burda da təəccüblü nəsə yoxdur. Azərbaycanda avtomobil yolları əsasən Nəqliyyat Nazirliyi yanında «Azəryolservis» ASC-nin istismarındadır. Yəni sahəyə ayrılan pullar nəqliyyat naziri Ziya Məmmədovun və onun sevimli kadrı Cavid Qurbanovun sərəncamı ilə xərclənir.
Ziya Məmmədov isə o nazilərdəndir ki, 5 manatlıq layihəni 500 manat rəsmiləşdirməkdə, hətta sonradan bunu «özünəməxsus» şəkildə «əsaslandırmaqda» heç bir problem görmür. Yolları çəkmək, sonradan qazıb bir də çəkmək nəinki magistral yollarda, hətta paytaxtın içində ənənəvi işlərindən birinə çevrilib. Hansı ki, bu işlərə külli miqdarda dövlət vəsaitinin silindiyinə şübhə yoxdur.
Qeyd edək ki, bu sahədə qanunvericiliyin təkmil olmaması da Ziya Məmmədov kimi korrupsioner məmurların əl-qolunu açır. Belə ki, beynəlxalq təcrübəyə əsasən, qanunvericilikdə əsaslı təmir olunmuş yolun istifadə müddətinin nə qədər olması, həmçinin yeni çəkilmiş yolun istismara veriləndən neçə il sonra cari və hansı müddətdən sonra əsaslı təmir oluna biləcəyi dəqiq şəkildə göstərilir. Bu, yolların keyfiyyətinə, xərclənən vəsaitlərin isə şəffaf və səmərəli istifadəsinə nəzarət baxımından olduqca mühüm hüquqi normadır. Məsələn, hazırda ABŞ-da yolların dərəcəsindən asılı olaraq təmirarası müddətlər 8-14 il, Rusiyada 5-12 intervalında dəyişilir. Əksər ölkələrdə isə 20 il istismar edilən yollarda cari, 20 ildən çox istifadə olunan yollarda isə əsaslı təmir işləri aparılır.
Azərbaycanda isə yeni çəkilən yolun istismara verilmə dövrü ilə ilk cari və əsaslı təmir dövrü arasında zaman intervalı, həmçinin fəaliyyətdə olan yolların təmirarası müddətləri müəyyən edilməyib. Bu da Nəqliyyat Nazirliyinin rəsmilərinə korrupsiya üçün əlavə imkanlar açır. Daxili vicdan hissini itirənlərin nəinki 4-5 il gözləməyə səbri çatır, hətta ictimaiyyətdən utanıb-çəkinmədən eyni yolu təmir etmək adı ilə bir ildə 4-5 dəfə dağıdıb, yenidən çəkirlər. Azərbaycanda elə bir yol tapmaq mümkün deyil ki, onu son 3-5 ildə ən azı iki dəfə təmir, həm də əsaslı təmir etməsinlər.
Ölkənin ən bahalı və keyfiyyətli yolu hesab olunan İpək yolunda istismara veriləndən cəmi 3 il sonra iri çalalar peyda olmağa başladı ki, bu da orda təmir işlərinə əsas yaratdı. Bakı-Ələt yolunda son 5 ildə artıq üçüncü dəfədir irihəcmli təmir işləri aparılır. Bakı-Şamaxı yolunun açılışından bir-neçə ay keçməmiş təmir işlərinə ehtiyac yarandı.
Paytaxtın daxilindəki yolların az qala 4-5 aydan bir dağıdılıb, yenidən qurulması gözümüzün qabağında baş verdiyindən, statistikanı xüsusi olaraq sadalamağa ehtiyac duymuruq. Hətta belə bir fikir formalaşıb ki, “Azəravtoyolservis”in işi yolları qazmaqdan, bir qədər sonra təkrar qazmaqdan ibarətdir, qurum başqa iş görmür. Qanunvericilikdə qadağanın olmaması, sahəyə rəhbərlik edən şəxslərin isə acgözlüyü milyardlarla vəsait «xərclənən» yolların tez-tez belə dağıdılaraq, yenidən çəkilməsinə və deməli, büdcə vəsaitlərinin «göyə sovrulmasına» şərait yaradır...
Uzağa getməyək, son günlər yenidən diqqət mərkəzində olan yeni Bakı-aeroport yoluna sərf olunan vəsaitlərə nəzər salmaq kifayətdir ki, deyilənlərə əmin olasan. Uzunluğu 13,2 km. olan bu yolun çəkilməsinə nə az, nə çox düz 360,6 milyon manat ayrılıb. 2010-cu ildə tam istifadəyə verilən bu yolun hər kilometrinin 27 milyon manata (34 milyon dollara) başa gəlməsi o deməkdir ki, Ziya Məmmədov-Cavid Qurbanov cütlüyünü belə «uğura» görə, heç şübhəsiz Ginnesin Rekordlar Kitabına salacaqlar (Məsələ ondadır ki, Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, indi təzə yolun salınması xərclərinin ən ucuzu hər kilometr üçün 142 min dollara, ən bahalısı isə 1 milyon 832 min dollara başa gəlir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər pul xərclənə bilər.). Ekspertlər iddia edir ki, bu qədər vəsait hesabına Bakı-aeroport yoluna qızıl örtük çəkmək mümkün idi.
Ancaq üstündən 2 il keçməyib ki, Ziya Məmmədov-Cavid Qurbanov cütlüyü bu «qızıl yolu» da dağıtmaq qərarına gəlib. Belə ki, təxminən iki həftədir yolda «təmir», daha doğrusu söküntü başlayıb. Yolu iki hissəyə ayıran beton arakəsmə sökülür və dəmir arakəsmə ilə əvəz olunur. Həmçinin işıqlandırma sistemi də sökülüb. Həmişəki kimi cəmi 2 il əvvəl istifadəyə verilən yolda bu işlərin aparılmasına nə ehtiyac olduğu qaranlıqdır. Sual olunur: Əgər yolu beton plitələrlə ikiyə bölməyin hansısa ziyanı varsa, niyə bunu 2 il əvvəl fikirləşməmişdilər? Dövlət büdcəsinə milyonlarla manat ziyan vuran bu «yalnışlıq» - cinayətə görə kim cavab verəcək?
Bu işin görülməsinə nə qədər vəsait ayrıldığı barədə məlumatımız olmasa da, şübhə etmirik ki, söhbət yenə 10 milyonlarla manatdan gedir. Bir kilometr yola 34 milyon dollar «xərcləyənlər» yenidənqurma adı altında görülən işləri «qəpik-quruşla»milyonlarla yekunlaşdırmayacaq ki! İlin sonudur. Neftdən gələn pulları bir yerə yazıb, ortadan çıxarmalıdırlar, ya yox!
Azpolitika.info
Murad MƏMMƏDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda bu il baş verən yol qəzalarında 971 nəfər ölüb

    Azərbaycanda bu il baş verən yol qəzalarında 971 ...

    18-11-2013, 11:32

  • 
  • Azərbaycanda bu ilin 8 ayında baş verən yol qəzalarında 254 piyada ölüb

    Azərbaycanda bu ilin 8 ayında baş verən yol ...

    20-09-2013, 13:20

  • 
  • Azərbaycan ödənişli yolların tətbiqinə hazırlaşır

    Azərbaycan ödənişli yolların tətbiqinə hazırlaşır ...

    2-08-2013, 14:29

  • 
  • Qubada ağır yol nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

    Qubada ağır yol nəqliyyat hadisəsi baş verib, 2 ...

    13-12-2014, 23:44

  • 
  • Şabranda ağır yol-nəqliyyat hadisəsi: 1 ölü, 4 yaralı

    Şabranda ağır yol-nəqliyyat hadisəsi: 1 ölü, 4 ...

    12-01-2015, 02:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu