Klassik Xalq Cəbhəsi Partiyası İran adlanan məmləkətin zindanlarında Yeni GAMON liderləri: Lətif Həsənli, Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə və Şəhram Radmehrin aclıq aksiyası keçirmələri ilə bağlı Bəyanat qəbul edib.
KXCP-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, bəyanatda deyilir:
"Uzun illərdir soydaşlarımız Güney Azərbaycanda mövcud fars şovinizminə qarşı apardıqları əzmkar mübarizə ilə milli mücadilə tariximizə şanlı səhifələr yazırlar.
Son günlər Yeni GAMOH liderlərinin İran adlanan məmləktinin zindanlarında Güney Azərbaycanın istiqlalı uğrunda keçirdikləri aclıq aksiyaları ilə qəddar siyasət yürüdən fars sovinizminin simasını, türklərə qarşı apardığı anti-insani siyasətini beynəlxalq aləmə bir daha nümayiş etdirdirdilər. Artıq dünyanın hər yerindən Azərbaycan türkünün haqq səsi eşidilir. Lakin iqtidarda olan fars şovinizmi amansız siyasətindən əl çəkmir, qeyri farsların assimliyasiya siyasətini, insanların feodal qaydalarla cəzalandırılmasını davam etdirir.
KXCP, dünyanın bütün mütərəqqi insanlarını, beynəlxalq təşkilatları, demokratik dövlətləri İran adlanan məmləkətdə insan haqlarının qorunmasına, vətndaşların ana dilində təhsil almalarına, qeyri farslara qarşı assimlyasiya siyasətini durdurmağa çağırırıq.
KXCP aclıq aksiyası keçirən Yeni GAMOH liderlərinə müraciət edərək azad və mütərəqqi insanların Sizlərələ qürur duyduğunu, keçirdiyiniz aclıq aksiyasının artıq mövcud mərhələdə öz töhfələrini verdiyini qeyd edərək, uzunmüddəli aclıq aksiyasının səhhətinizdə yaratdığı son dərəcə ağır problemlərdən narahatlığını bildirir.
KXCP, bu müqəddəs davanın uğurla başa çatması üçün Sizin kimi mübarizlərin sağlamlığına və varlığına Millətimizin böyük ehtiyacı olduğunu nəzərə alaraq açlıq aksiyasını dayandırmağı məqsədəuyğun hesab edir".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?