GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nazir ola bilməsi üçün... HƏRƏKƏTƏ KEÇİB

Nazir ola bilməsi üçün... HƏRƏKƏTƏ KEÇİB

Tarix: 18-07-2018, 11:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 480
Nazir ola bilməsi üçün... HƏRƏKƏTƏ KEÇİB


Bu gün ictimaiyyətin, o cümlədən medianın diqqəti, əsasən, Gəncədə baş verən hadisələrə, terror aktlarına yönəlib. Buna görə də digər sahələrdə baş verən bəzi maraqlı proseslər diqqətdən kənarda qalıb. Müdafiə Sənayesi Nazirliyində gedən prosesləri də bunlardan biri hesab etmək olar.

Belə ki, müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından sonra bu postu tutmaq uğrunda ciddi mübarizə başlayıb. Ölkənin müdafiəsi üçün əhəmiyyət kəsb edən bir sahənin uzun müddət rəhbərsiz qalmayacağından, son dövrlər bu mübarizənin əsl savaşa çevrildiyi iddia edilir.

gundemxeber.az azpolitika.info-ya istinadla bildirir ki, nazir postuna potensial namizədlər kimi isə mərhum Yavər Camalovun müavinləri olmuş Yəhya Musayevin və Tofiq Rəfiyevin, eləcə də aparat rəhbəri Üzeyir İsmayılovun adları çəkilir.

Bunların içərisində ixtisasca mühəndis-konstruktor olan, hələ 1972-1976-cı illərdə SSRİ Hərbi Sənaye Kompleksinin (HSK) “Azon” zavodunda böyük mühəndis, konstruktor, aparıcı mühəndis, 1981-1992-ci illərdə SSRİ HSK-nın Elektron Hesablayıcı Maşınlar, Bakı Radio və “Alunit” zavodlarında istehsalat şöbəsinin rəisi, xüsusi konstruktor bürosunun rəis müavini, baş mühəndis, 1992-ci ildən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsində şöbə rəisi işləyən, 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinə gətirilən Tofiq Rəfiyevin müdafiə sənayesi naziri postunu tutmağa daha uyğun namizəd olduğu bildirilir.

Ancaq həm yaşlı olması, həm nazirliyin daxilində, hakimiyyət içərisində ciddi dəstəyinin olmaması onun şanslarını azaldır.

Namizədlərdən biri kimi adı çəkilən aparat rəhbəri Üzeyir İsmayılovun ən ciddi dəstəyi isə məhz nazirliyin daxilindədir. Üzeyir İsmayılov mərhum nazirin qardaşı Əlikiram Camalovun kürəkənidir. Müdafiə Sənayesi Nazirliyində Ü.İsmayılovdan başqa işləyən mərhum nazirin yaxın qohumları çoxdur. Mətbuatda yayılan məlumatlara görə, Y.Camalovun qaynı Tacəddin Mirzəyev, qardaşı Əlihüseyn Camalov, dayısı Pirverdi Məmmədov və başqaları nazirlikdə işləyirlər. Ona görə də postlarını sığortalamaq üçün qohumların Ü.İsmayılov üzərində dayandığı bildirilir. Camalovların bağlı olduğu hakimiyyət daxilindəki dairələrin də Ü.İsmayılovun namizədliyini dəstəklədiyi bildirilir.

Ancaq rəhmətə gedən bir nazirin yerinə yaxın qohumunun gətirilməsinin ictimaiyyət tərəfindən yaxşı qarşılanmayacağı perspektivi onun şanslarını aşağı salır.

Üçüncü və əsas namizəd kimi isə Yavər Camalovun vəfatından sonra nazir postunun həvalə olunduğu Yəhya Musayev hesab olunur. Hazırda müvəqqəti nazir səlahiyyətlərini icra edən Yəhya Musayevin hakimiyyət daxilində də ciddi dəstəklərinin olduğu məlumdur. Eyni zamanda nazir səlahiyyətlərini icra etməsinin ona həm də rəqiblərini zərərsizləşdirmək imkanı qazandırdığı bildirilir. Yəhya Musayevin bu imkanlardan maksimum yararlanaraq, rəqiblərini sıradan çıxaracağı və nazir postunu tutmağa nail olacağı ehtimal edilir.

Düzdür, mərhum nazirin nazirlikdə vəzifə tutan qohumlarının Yəhya Musayevin namizədliyinə qarşı olduğu bildirilir. Ancaq bunun Yəhya Musayev üçün ciddi problem yaradacağına az ehtimal verilir. Bu zaman mərhum nazirin də son vaxtlar Y.Musayevlə münasibətlərinin o qədər yaxşı olmadığı, ancaq onu işdən çıxara bilmədiyinə diqqət çəkilir. Hətta mediada yayılan bəzi məlumatlarda Yavər Camalovun vəfat etdiyi gün – 24 iyunda mərhumla müavini arasında mübahisə yaşandığı iddia olunur.

Ancaq bu iddiaların nə qədər doğru olduğunu söyləmək çətindir. Ən azı ona görə ki, Yəhya Musayev mərhum nazir Yavər Camalovun kadrı kimi vəzifədə yüksəlib. 1959-cu ildə Bakı şəhərində anadan olan Yəhya Musa oğlu Musayev ixtisasca mühasibdir. Yavər Camalov harda işləyib, Yəhya Musayev də orda olub. Yavər Camalov 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru olanda Yəhya Musayev onun baş mühasibi olub. 2003–2006-cı illərdə “Azneft” İstehsalat Birliyində baş direktor işləyən Yavər Camalov əvvəlcə Yəhya Musayevi İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi. sonra isə özünə müşavir götürüb. Yavər Camalov müdafiə sənayesi naziri postuna təyin olunduqda isə Yəhya Musayevi özünə müavin gətirib.

Müdafiə Sənayesi Nazirliyində də Yəhya Musayev mərhum nazirin «sağ əli» sayılıb. Təsadüfi deyil ki, Müdafiə Sənayesi Nazirliyində (MSN) tikinti-təmir işlərindən tutmuş, nazirliyə, tabeliyindəki zavodlara müxtəlif avadanlıqların alınmasına qədər, bütün pullu işlərə Yəhya Musayev nəzarət edib. Bu üzdən də Yəhya Musayevin mətbuatda ən çox adı hallanan nazir müavinlərindən biri olduğunu söyləyə bilərik. Bu məlumatların əksəriyyətində Yəhya Musayevin adı “qara işlərdə” hallanır.

Belə ki, nazirliyin işçiləri tərəfindən mətbuata ötürülən məlumatlarda MSN-ə ayrılan vəsaitlərə alınan avadanlıqların qiymətlərinin süni şəkildə şişirdilməsində, nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan vəsaitlərin qaranlıq məqsədlərə sərf edilməsində də Y.Musayevin adı hallanıb: “Həmin vəsaitlər demək olar ki, bütövlükdə zavod direktorları tərəfindən nəğdləşdirilir və nazirin müavini Yəhya Musayevə qaytarılır. Eyni zamanda, nazirliyin tabeliyində olan müəssisələr iri məbləğdə kreditlər götürməyə vadar edilir və kreditlərin taleyi qaranlıq qalır… Nazirliyin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodlar böyük məbləğlərdə kredit götürüblər. Həmin kreditlərin 70-80 faizi nəğdləşdirilərək nazirliyin rəhbərliyinə rüşvət olaraq verilib. Zavodlar alınmış kreditlərin rüşvət hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayıblar. Halbuki, həmin vəsaitlər təmir-tikinti adı ilə mənimsənilib.”

MSN-lə bağlı mətbuata şikayətlərdə, Y.Musayevin adı həmçinin müdafiə sənayesinin inkişafına ayrılan büdcə vəsaitlərinin təyinatından kənarlaçşdırılmasında, yeni alınan avadanlıqların qiymətlərinin şişirdilməsində də hallandırılıb: “Zavodların hesab açdıqları banklar yoxlanılarsa, həmin nəğdləşmə əməliyyatları görünər. Zavodlar həmin vəsaitləri kobud maliyyə səhvlərinə yol verərək silirlər”.

Bunun sübutu kimi hələ də davam edən “MTN işində” Y.Musayevin adının hallanmasına diqqət çəkilir. Söhbət MTN-çilərin əməliyyatının sonunda 2 milyon aldığı iş adamı Kamal Seyfullayevlə bağlı epizoddan gedir. Həmin işin istintaqı zamanı məlum olmuşdu ki, Kamal Seyfullayev tikinti-təmir işləri ilə məşğul olub. “Bakı Tikinti” və “Alfa” MMC-nin rəsmi müdiri və faktiki sahibi olmasa da, həmin şirkətlərin fəaliyyətlərinə rəhbərlik edib. Müdafiə Sənayesi Nazirliyindən böyük sifarişlər alıb, hesabına tez-tez 10 milyonlarla pul girib-çıxıb. Məhz hesabındakı növbəti milyonlar, daha dəqiqi 18 milyonu nağdlaşdırarkən MTN-in əlinə düşüb, 2 milyon verməklə canını qurtarıb.Ancaq məlum olub ki, onun kimi iş adamları vasitəsilə MSN-də təmir-tikinti işlərinə ayrılan pulların böyük hissəsi nağdlaşdırılaraq götürülür. Məlumatlarda nazirlikdə bu işlərin Yəhya Musayevdən məlumatsız həyata kemirilməsinin qeyri-mümkün olduğu bildirilib.

Bundan əlavə Yəhya Musayevin böyük biznes şəbəkələrinin mövcudluğuna iddialar mövcuddur. Belə ki, Azərbaycanda öz fəaliyyətinə 2011-ci ildə başlamış “RETEMS GROUP” şirkətlər qrupunun da Yəhya Musayevə məxsus olduğu bildirilir. Qeyd edək ki, “RETEMS GROUP” tərkibində bir neçə altbölümü birləşdirərək, qida məhsullarının idxalı və ixracı, tikinti, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, tekstil, logistika və nəqliyyat xidmətləri sahəsində çalışır.
Biznesin müxtəlif istiqamətlərində fəaliyyət göstərən “RETEMS GROUP”-un şirkətləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Bu məqsədlə şirkətin xaricdə də çoxlu əməkdaşları işləyir. “RETEMS GROUP”-un rəsmi saytındakı məlumatlara əsasən onun illik dövriyyəsinin 100 milyonlarla dollarla ölçüldüyünü söyləmək olar.

Bundan əlavə mətbuatda Yəhya Musayevin Türkiyədə də 100 milyonlarla dəyəri olan böyük biznes qurduğuna dair məlumatlar yayılıb. Bu biznesin idarəçiliyini isə nazir müavininin İlqar adlı qaynının həyata keçirdiyi bildirilir…

Yəhya Musayevin adı həmçinin oğluElvin Musayevin dəyəri 100 min dolları aşan avtomobillərlə də gündəmə gəlib. Elvin Musayevə məxsus bütün avtomobillərin dövlət nömrə nişanlarının “123”-lə bitdiyi iddia edilir(Fotoları aşağıda verilib-red.).

Bir sözlə Yəhya Musayevin keçmiş fəaliyyətinə dair məlumatlar onun nazir təyin olunması önündə əsas maneə hesab olunur. Buna görə də onun nazir postunu tutması üçün rəqiblərini sıradan çıxarması əsas şərt hesab olunur. Bacaracaqmı?

Qeyd olunanlarla bağlı, nazir müavini Yahya Musayevi dinləməyə, mövqeyini işıqlandırmağa hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müdafiə sənayesi naziri postuna şanslı namizədlərin adı bilindi

    Müdafiə sənayesi naziri postuna şanslı ...

    6-07-2018, 12:00

  • 
  • Nazir Yavər Camalovun oğlu Türkiyədə öldü

    Nazir Yavər Camalovun oğlu Türkiyədə öldü ...

    16-09-2017, 12:07

  • 
  • Yavər Camalovun nazirliyi ləğv olunacaq

    Yavər Camalovun nazirliyi ləğv olunacaq ...

    23-02-2016, 16:19

  • 
  • Prezident müdafiə sənayesi nazirinin vəfatı ilə bağlı başsağlığı verib

    Prezident müdafiə sənayesi nazirinin vəfatı ilə ...

    25-06-2018, 10:27

  • 
  • Yavər Camalovun Moskva gizlinləri

    Yavər Camalovun Moskva gizlinləri ...

    13-06-2013, 14:39


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu