GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Lənkəran rayonunun İstisu qəsəbəsindəki dövlət əmlakı necə yoxa çıxıb?

Lənkəran rayonunun İstisu qəsəbəsindəki dövlət əmlakı necə yoxa çıxıb?

Tarix: 25-07-2018, 22:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 520
Lənkəran rayonunun İstisu qəsəbəsindəki dövlət əmlakı necə yoxa çıxıb?


Məhəbbət Babayevin "qoçular"ı Lənkəran rayonunun İstisu qəsəbəsində "at oynadır"

Son zamanlar əyalətlərdə məmur özbaşınalığı, məmurların himayə etdiyi sıravi vətəndaşların digərləri üzərində hökmüranlıq iddiaları aşırı dərəsədə artmaqdadır. Bir də görürsən, heç bir səlahiyyəti olmayan kimsə digər həmkəndliləri üzərində ağalıq iddiasına düşür, onların mülkünü, əmlakını və ya evinə bir tikə çörək apardığı obyektini müxtəlif kombinasyalarla, yerli icra hakimiyyəti məmurlarının köməyi ilə ələ keçirmək fikrinə düşür. Hətta əksər hallarda belələri məqsədinə nail olur. Bu cür hadisələrdən biri də Lənkəran rayonunun İstisu qəsəbəsində baş verib.
Belə ki, bu günlərdə Lənkəran rayonunun İstisu qəsəbə sakini Ağayev Qulamhüseyn Sultanhüseyn oğlu Millətinsəsi.info saytının redaksiyasına şikayət məktubu ilə müraciət edib. O bildirir ki, uzun illər yaşadığım qəsəbədə çayxana işlətmişəm:
"Mən Yeni Azərbaycan Partiyasının cənub bölgəsində yaradıcılarından biri olmuşam və hal-hazırda da partiyanın üzvüyəm. Vaxtilə partiyanın qəsəbə təşkilatının sədri işləmişəm. Bu çayxananı atam Sultanhüseyn kişi 1969-cu ildən işlədib, həmin dövrə aid bütün sənədlər, hesab-faktura və s. hamısı indi də durur. 1992-ci ildə, atam rəhmətə gedəndən sonra çayxananı mən işlətməyə başladım. Çayxana o vaxtki "Raypo"nun nəzdində fəaliyyət göstərib. Müstəqillik dönəmində isə çayxana Rayon İaşə Şöbəsinə tabe idi. 1995-ci ildə öz vəsaitim hesabına çayxananı yenidən tikdim. Rayon İaşə Şöbəsinin işçilərindən və ərazi icra nümayəndəliyindən ibarət komissiya tikintini yoxlayıb və istifadəyə verilməsi barədə qərar verib".

Şikayətçi qeyd edir ki, 2005-ci ildə deputat Hadi Rəcəblinin vasitəsilə "İstisu"yu Şabanov Yaroğlan Musarza oğlu, atası Şabanov Musarza Məhəmməd oğlunun adına özəlləşdirdi. Özləri deyir ki, deputata külli miqdarda rüşvət veriblər. Mənim çayxanamı da söküb, yenidən tikdilər. Mənə də dedilər ki, burda sən işləyəcəksən və RİŞ-ə ödədiyin vəsaiti də bizə ödəyəcəksən. 2008-ci ildə Yaroğlan Rusiyada müəmmalı şəkildə öldürüldü. Ondan sonra Musarza mənə illik hesab oxudu, hər il üçün min manat... İndi mən başa düşə bilmirəm, əgər bu çayxana Musarza və ya onun oğlanları tərəfindən özəlləşdirilibsə, bu barədə ən azı mən məlumatlı olmalıyam. Çünki mən və atam bu çayxananı 50 ilə yaxındır ki, işlədirik. Rayon İaşə Şöbəsi qanuna əsasən özəlləşdirmə zamanı burada uzun müddət işləyən bir vətəndaş kimi, çayxananı ilk olaraq mənə təklif etməlidirlər. Mən təklifdən imtina etsəm, başqa kiməsə təklif edilməli və ya auksiyona çıxarılmalı idi. Lakin bunların heç biri baş verməyibsə, Musarza bu çayxananı necə özününküləşdirib, indi də mənə haqq qoyur?

M.Şabanov 1978-82-ci illərində kənd soveti və sovxoz direktoru işləyib, ona görə də imkanları yaxşıdır. O illərdə M.Şabanova "Sosalist Əməyi Qəhrəmanı" adı və Lenin ordeni verilməli idi. Lakin o, "Yardımlı şəlaləsi" adlı ərazidə gənc bir qıza qarşı əxlaqsız hərəkətlər etdiyinə görə ittaham edildi və həmin ad və ordenin ona verilməsi təxirə salındı. Musarzanı işdən çıxartdılar və o da, getdi Rusiyaya, oğlanlarının yanına. Mənimlə işlədiyi dövrdə - 2013-cü ildə də, bu obyekti əxlaqsızlıq yuvasına çevirmək istədi, bir neçə dəfə yüngül əxlaqlı qadınlar gətirdi, kənd camaatının etirazından sonra problem həll edildi. Bu hadisədən sonra oğlu Güloğlan onu "İstisu"dan uzaqlaşdırdı.

Son vaxtlar Musarza yenidən "İstisu"ya qayıdıb və mənə hesab qoyub ki, ildə mənə 3-4 min manat pul verməlisən. Bu isə o deməkdir ki, məni işdən qovurlar. Çünki o obyekt il ərzində heç min manat pul çıxarmır. Mən Musarzaya dedim ki, mənim əlimdə sənədlərim var, sən məni burdan qova bilməzsən. O, isə cavabında dedi ki, mənim oğlum İsmayıl Moskvada söz sahibidi, pulu var, kim dinsə, pulla susduracam. Mən isə ona bildirdim ki, sən puluna güvənirsən, mən isə dövlətimə və onun qanunlarına. Musarza Şabanov rayonda əsasən rayon icra hakimiyyəti başçısı Taleh Qaraşovun birirci müavini Məhəbbət Babayevə güvənir. Mən hər dəfə hər hansı bir yolla haqqımı tələb edəndə Musarza qaçır Məhəbbətin yanına, ona pul verərək hamını susdurur, bu səbəbdən də mən haqqımı təmin edə bilmirəm. Məhəbbət dəfələrlə mənim üstümə polis göndərib, qorxudur ki, əl çəkim bu çayxanadan. Musarza mənə deyir ki, tüpürüm sənin qanunlarına, mənim pulum sənin qanunlarında çox güclüdür. Mən isə dövlətimə və onun qanunlarına güvənməkdə davam edirəm və inanıram ki, haqq nazilər, üzülməz, dövlətimin qanunları və qüdrəti mənim haqqımı bərpa edəcək.

Şabanov İsmayıl Məmmədrza oğlu Rusiyada antiazərbaycan təbliğatı aparır, talış dilində müsahibələr verir və vaxtaşırı Ermənistana səfərlər edir. Bu səbəbdən də İsmayılın Azərbaycana gəlməsinə qadağa qoyulub. Şikayətçi bildirir ki, bu ailə məni dədə-baba çayxanamdan didərgin salıb, ailəmin çörək gələn obyektini əlimdən alıb. Məni artıq çayxanaya yaxın belə buraxmırlar.

Q. Ağayev məktubunda qeyd edir ki, bu barədə Prezidentə və Birinci Vitse-prezidentə müraciət edib, onlardan kömək istəyib.
Qeyd edək ki, vətəndaşın işlətdiyi obyekt dövlət əmlakı olduğundan o özəlləşdirilərkən ilk növbədə onu işlədən kollektivə və ya icraçıya təklif edilməlidir. Əgər vətəndaş obyekti özəlləşdirməkdən imtina edərsə, yalnız o halda obyekt açıq hərraca çıxarıla və ya başqasına təklif edilə bilər. Lakin Q.Ağayev bildirir ki, onun işlətdiyi obyektin "kötük" sənədlərini ortaya çıxarmırlar. Deməli bu işdə maraqlı tərəflər var və proses qeyri-qanuni şəkildə həyata keçirilib. Bu istiqamətdə araşdırmalarımız davam edir, yaxın günlərdə araşdırmanın nəticələrini dərc edəcəyik. Anons olaraq bildirək ki, araşdırmalar zamanı Lənkəran rayonunda dövlət əmlakının özəlləşdirilməsi prosesində ciddi qanun pozuntularnın, mənimsəmələrin olduğu üzə çıxıb. Bu barədə əldə etdiyimiz faktlar tam təsdiq olunduqdan sonra ictimaiyyətə məlumat verəcəyik.
P.S. Məsələ ilə bağlı deputat Hadi Rəcəblinin mövqeyin öyrənməyə çalışsaqda, bu mümkün olmadı. Yazıda adları çəkilən hərkəsin mövqeyin dərc etməyə hazırıq.
http://bakunews.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lənkəran sakininin nişanlısına söz atan şəxs onu bıçaqlayıb

    Lənkəran sakininin nişanlısına söz atan şəxs onu ...

    20-04-2017, 16:38

  • 
  • Minik maşını mikroavtobusla toqquşdu: yaralananlar var

    Minik maşını mikroavtobusla toqquşdu: ...

    10-02-2016, 19:25

  • 
  • Lənkəranda “İstisu”nun tikintisində müəmmalar – Araşdırma

    Lənkəranda “İstisu”nun tikintisində müəmmalar – ...

    12-06-2018, 16:56

  • 
  • "Unibank”da məni 4 saat girov saxladılar” - GİLEY

    "Unibank”da məni 4 saat girov saxladılar” - ...

    26-05-2018, 12:43

  • 
  • Lənkəranda qatar piyadanı vurdu

    Lənkəranda qatar piyadanı vurdu ...

    28-09-2015, 18:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu