GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » SABİRABADIN "QARA NİYYƏTLİ QARA ATLILARI"

SABİRABADIN "QARA NİYYƏTLİ QARA ATLILARI"

Tarix: 4-08-2018, 15:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 554
SABİRABADIN "QARA NİYYƏTLİ QARA ATLILARI"


“Rayonda qanunlar işləmir və idarəçilik vəzifə sahiblərinin maraqlarına uyğun həyata keçirilir”

Əyalətlərdə məmur özbaşınalığına heç cür son qoyulmur ki, qoyulmur. Rüşvət, korrupsiya, yalan və saxtakarlıq günümüzün ən aktual mövzularından biri olaraq qalmaqdadır. Bütün bunların varlığına baxmayaraq, bu gün də ictimai-siyasi və iqtisadi həyatımızı qaranlığa “qərq edən” səlahiyyət sahibləri və əksər məmur-işbazlar utanıb çəkinmədən günün 24 saatını uğurlarından dəm vururlar, dinamik inkişafın varlığından ağızdolusu danışırlar. Belə olan halda ataların gözəl bir zərb-məsəli yada düşür “Görünən dağa axı nə bələdçi?” Hal-hazırda hər bir sadə Azərbaycan övladının süfrəsində və yaşayışında səfalət və aclıq özünü qabarıq şəkildə göstərməkdədir. Bəli, bunu əyalətlərə getməklə daha çox görmək mümkündür. Ötən həftə yolum Sabirabada düşmüşdü. Rayonun mərkəzi hissəsində bir az gəzib dolaşdıqdan sonra, yaxınlıqdakı çayxanalardan birinə üz tutdum. Hava isti olduğundan sərin və sakit yer axtarırdım ki, bir nəfər mənə yaxınlaşdı və salam verərək “Görürəm ki, nabələdsən, bu rayona bir dəfə gələn hər kəs, ikinci dəfə bura gəlməyi özünə arzu etməz” dedi. Bu gün Sabirabad quldarlıq dövründən heç nə ilə fərqlənmir deyib məni çay içməyə dəvət etdi. Yenicə oturmuşduq ki, ətrafda elə bir səs-küy qopdu ki, gəl görəsən. Bir dəstə adam polis əməkdaşları ilə əlbəyaxaya çıxmışdılar. Bax, kəndçinin günü-güzəranı belədir. Yəni, əkib-becərdiyi məhsulunu heç cür rahat şəkildə sata bilmir. Pulun-paranın olub-olmamasına baxmayaraq, gərək gündəlik polislərə “haqq-hesab” verəsən ki, halal zəhmətinlə əkib-becərdiyin məhsulunu sata biləsən. “Bu heç onların vecinə deyil” deyərək həmsöhbətim sözünə davam etdi. Rayonda qanunlar işləmir və idarəçilik vəzifə sahiblərinin maraqlarına uyğun həyata keçirilir. Nəinki, Nazirlər Kabinetinin çıxarmış olduğu qərarlara, heç Prezidentin sərəncamlarına belə məhəl qoyulmur. Sabirabadda pul hər şey deməkdir, təki pulun olsun! O halda hörmətin də, nüfuzun da olacaq. Rəhmətlik Mirzə Əlkəbər Sabir demişkən – “Pulsuz kişi insanlığı asanmı sanırsan?”. Qardaş indi Sabirabadda vəziyyət belədir. Ünvanlı sosial yardım almaq üçün, gərək pensiya fondu rəhbərliyinin şərtlərini qəbul edəsən. Ya nəğd şəkildə 500-600 manat pul verməlisən, ya da ki, düz bir ili onların olmalıdır. Başqa cür mümkün deyil. Nə edəcəyimizi bilmirik. Əvvəllər yaşadığım Qasımbəyli kəndində sakinlərin dolanışıq yeri əkinçilik idi və çörək pulunu kartof və soğandan çıxarırdılar. Bunu da bizə çox gördülər. Pay torpaqlarımızı əlçatmaz etdilər. Kəndin ərazisindəki yararlı torpaqların hamısı imkanlı şəxslərə satıldı. Bu azmış kimi, vəzifə sahibi olan şəxslər o qədər harınlaşdılar ki, onlar daha çox gəlir əldə etməkdən ötəri Kür və Araz çaylarının təhlükəsizlik zolağı olan bəndlərini dağıtdılar, Tuğay meşələrinin ağaclarını kəsdilər və həmin ərazilərdən əkin sahəsi kimi sitifadə etməyə başladılar. Təhsili barama qurduna “qurban verən” icra başçısından yaxşı nəsə gözləmək olarmı? Bax, əsl faciə budur! Kənd tam orta məktəbinin sinif otaqlarının hər birində barama qurdu saxlanılır, məktəb direktorun fəaliyyətinə gəldikdə isə, bu şəxs ilin on iki ayını Bakının “Vasmoy”un bazarı adı ilə tanınan yerdə tərəvəz satmaqla məşğul olması hər kəsə bəlli olan həqiqətdir. Susursan için yanıb əzab çəkməli olursan. Susmursan… Yuxarı instansiyalarda şikayət edirsən, o halda icra hakimiyyətinə çağırıb söyürlər, döyürlər, sonr da polisə təhvil verirlər. Axı, bütün bunların bir yolu, hansısa sonu olmalıdır.
Nə deyim, beləcə tanışımla sağollaşıb ayrıldım. Bircə onu bilirəm ki, nə qədər ki, biz lal, kar və kor olacağıq, o halda haqqımız-hüquqlarımız ayaqlar altında tapdalanacaq, qul təki istismar olunacağıq. Doğulub boya-başa çatdığım Saatlıda Gülhüseyn Əhmədov icra başçısı olan zaman polis nəkara idi ki, vətəndaşın qarşısını kəssin, hədə-qorxu gəlsin və son anda ondan pul tələb etsin. Yəni, indiki kimi şöbədə girov kimi saxlayıb 1500-2000 manat alıb buraxsın. İctimai iaşə obyektlərindən, marketlərdən, dükanlardan, idarə və təşkilatlardan haqq alsın və aylıq hesaba otuzdursun. Yaxud da dar küçələrdə sınıq-salxaq avtomobilləri, taxıl biçən kombaynları və at arabalrını qovsunlar. Sakinlər indi bilmirlər ki, kasıbçılığın, aclığın dərdini çəksinlər, yoxsa özünü polisdən qorusunlar. Səkkiz il Saatlıya “qənim kəsilən” keçmiş polis rəisi Cəbrayıl Vəliyevin “parçala, höküm sür” idarəçiliyi bu gündə davam etməkdədir. Açıq-aşkar şəkildə fikirini ifadə edən, vətənini sevən insanlar hər cür məşəqqətlərə məruz qalırlar. Ziyalısı manqutlaşdırılan, həkimi və müəllimi rəzil və qorxaq olan bu rayonda, indi saxta vətənpərvərlər meydan sulayırlar. Bu kəslər Saatlının ictimai-siyasi həyatını əllərinə keçirib “fırlatmaq”la məşğuldurlar. Yaxın keçmişimizi və bugünkü günümüzü saxtalaşdırmaqdan ötəri hər nəyə desən əl atırlar. Təbii ki, bu da səlahiyyət sahiblərinin çirkli pulları hesabına baş tuta bilir. Yaxşı xatirimdədir, Dağlıq Qarabağ savaşı dönəmində, daha dəqiq desəm qışın bıçaq kimi kəsən qarlı, şaxtalı günlərində kimisi özünü su kanallarına atırdı, kimlərsə də ruhi-əsəb dispanserlərindən xəstəlik arayışları alırdı. Hələ həyat yoldaşını, anasını önə verərək çarpayıların altında gizlənənləri demirəm. Müharibə dövrü hərbi xidmətə getməsinlər deyə, hər yola belə əl atırdılar. İndi həmin şəxslər səlahiyyət sahiblərinin fəxrinə çeviriblər. Azyaşlı uşaqların yeməyinə göz dikənlərdən yaxşı nəsə gözləmək olarmı? Rayonun istənilən uşaq bağçasına üz-tutan hər kəs acınacaqlı vəziyyətlə rastlaşmalı olur. Su yox, mavi qaz yox, natəmizlik baş alıb gedir. Havaların anomal keçdiyi bir vaxt kondisionerlərdən istifadə olunmur. Gündə bir dəfə yağsız sup və vermeşil yeməyi verilir. İcra hakimiyyətinin yaxınlığında yerləşən və “Dəmiryolu” adı ilə tanınan uşaq bağçasında, uşaqların bağçaya qəbulu üçün 120 manat, aylıq 20 manat pul tələb olunur. Görəsən uşaq bağşalarına ayrılan pullar hara gedir? Buna uşaq bağçalarının müdirləri aydınlıq gətirə bilərlər. Onlar açıq-aşkar şəkildə qeyd edirlər ki, “Vəziyyətin belə bir durumda olmasının günahı, icra hakimiyyəti başçısının humanitar və ictimai-siyasi məsələlər üzrə müavini Reyhan Ocaqovanın atdığı addımlarla bağlıdır. Çünki, əldə olunan pulların hamısı ona gedir. Hətta, işçilərin əmək haqlarına da şərik çıxırlar”. Bəli, uşaq bağçalarında kimi dindirirsən, hər kəs “yuxarı”nı göstərir. İcra hakimiyyətini qınayırlar. Sonra da səlahiyyət sahibi olanlar uşaqların müdafiəsindən, onlara göstərilən diqqət və qayğıdan danışırlar. Odur ki, müdriklər “Utanmayıb oynamağa nə var ki,” deyiblər.

İlham Süleymanov
GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saatlının “qara niyyətli qara atlıları”

    Saatlının “qara niyyətli qara atlıları” ...

    10-10-2017, 13:18

  • 
  • Saatlının qara niyyətli qara məmurları

    Saatlının qara niyyətli qara məmurları ...

    11-09-2015, 16:04

  • 
  • Sağlam idarəçilik, məmuru ictimai qınaqdan xilas edir

    Sağlam idarəçilik, məmuru ictimai qınaqdan xilas ...

    1-08-2016, 23:15

  • 
  • Saatlıda məmur özbaşınalığı

    Saatlıda məmur özbaşınalığı ...

    11-09-2015, 16:02

  • 
  • İsa Qəmbər: Görünən dağa nə bələdçi!

    İsa Qəmbər: Görünən dağa nə bələdçi! ...

    31-01-2017, 20:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu