Pensiya təminatında sağlam idarəçilik yaradan Sosial Müdafiə Fondunun müdiri Hafiz Miriyev sakinlərin dərin rəğbətini qazanıb Bir müddət bundan əvvəl, təsadüfən yolum Saatlıdan keçdi. Yaxın tanışlarımdan biri ilə görüşdükdən sonra, Mərkəzi Bazarın qarşısındakı çayxanalardan birində əyləşdik. Ətraf ərazilərdə insanlar çox idi, sanki hər kəs qələbəlik hissini yaşanırdı. Tanışım bəlkə də, nə deyəcəyimi əvvəlcədən hiss etmişdi. O, əlini çayxanalarda oturanlara tərəf uzadaraq dedi: “Gördüyün bu adamların hamısı işsizdirlər. Onlar günlərini çayxanalarda domino və nərd oynamaqla keçirirlər. Başqa heç nə haqda düşünmürlər. Günorta saat 12:00-da-13 radələrində hərə dağılışıb öz evinə gedir. Camaatı heç cür qınamaq da olmur. Nə etsinlər axı?. Rayonda ürək açan, gözoxşayan bir şey yoxdur. İşsizlik ucbatından yoxsulluq adamları dilənçi vəziyyətinə salıb. Saatlıda idarəçilik ancaq bir qrup məmur oliqarxın maraqlarına xidmət edir. Günün birinci yarısından sonra, rayonda sanki ölü bir sükut hökm sürür. Əslində cəhənnəm əzabı yaşadan bu cür acınacaqlı durum, rayonun səlahiyyət sahiblərinə sərf edir. Çünki adam yoxdursa, demək problem də olmayacaq deyə tanışım bildirdi. Tanışımın bu cür ruh düşkünlüyü ilə danışması, məni heç cür təəəccübləndirməyə bilməzdi. Axı necə olsa da, ucdantutma məmurların hər birinə pis də demək olmaz. Eyni zamanda, rayonda görülən işlərə də kölgə salmaq olmaz. Axı, bu cür yanaşma ən azından vicdansızlıq olar. Yaxşı xatirimdədir ki, 2006-cı ildə Saatlıda olarkən rayon bir növ xarabazarlığı xatırladırdı. İndi həmin ərazilərdə parklar salınmış, bu gün də yenidənqurma işləri aparılmaqdadır. Əvvəlki xarabazarlıq demək olar ki, heç bir əsər-əlamət qalmayıb. Sakinlərin məşğulluqla bağlı problemlərinin həlli istiqamətində də, bir sıra layihələr həyata keçirilib. Əldə etdiyim məlumatlara görə, son 6 ay ərzində 300 nəfərdən çox sakin bir müddət bundan əvvəl yaradılmış “İNKİŞAF” MMC-də, yaşıllaşdırma, təmizlik idarələrində və təşkilatlarda işlə təmin olunublar. Bu gün Dövlət Sosial Müdafiə Fondu, Saatlı rayon şöbəsinə rəhbərlik edən Hafiz Niftalı oğlu Miriyev, nə Şakir Həsənovun, nə də ki, Tahir Rzayev kimilərinə tay deyil. Yəni, bu gün onun adı rayonda hörmətlə çəkilir. Ona qarşı formalaşan belə bir münasibətə səbəb nədir? İlk növbədə onun vətənpərvərliyi, mərdliyi və gözəl əxlaqlı olmasıdır. Onu digərlərindən məhz belə bir xüsusiyyətlər fərqləndirir. Hafiz Miriyev kasıb və zəhmətkeş ailədən böyüyüb. Məhz, onun aldığı tərbiyə, onu müəyyən qanunsuzluqlara qol qoymaqdan çəkindirir. Orta məktəbi fərqlənmə ilə başa vuran Hafiz Miriyev, belə bir savadı ilə həmin il də ali məktəbə daxil olur. Düzdür, Hafiz Miriyevlə şəxsən tanışlığım olmasa da, amma onun xeyirxahlığı haqqında rayon sakinlərindən çox eşitmişəm. Ürəyitək, qapısı da istənilən sakin üçün hər zaman açıq olub. Təmiz və sadə həyat tərzi keçirən Hafiz Miriyev özü ac olsa da, imkanı daxilində yetimə, kasıba və müalicəyə ehtiyacı olan hər kəsə qarşı olduqca mərhəmətli olur. Onun imkansızlara əl tutması, ən böyük savab işlərdən biri hesab olunmalıdır. Bu cür xeyirxahlığı nə məşədi, nə hacı, nə kərbəlayı, nə də ki, axund olanlar etmirlər. Özlərini dindar adlandıranlar, din pərdəsi altında var-dövlət toplamaqla məşğul olurlar. Hafiz Miriyev isə, məşədini də, hacını da atdığı addımları ilə qazanıb. O, Saatlıda kifayət qədər nüfuzu olan idarə rəhbərlərindən bəlkə də birincisidir. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Hafiz Miriyev, bu gün alıntəri ilə qazandığı halal çörəyini yeməkdədir. 2008-ci ildən fondun müdiri vəzifəsində işləməsinə baxmayaraq, onun atasının tikdirdiyi uçuq evdən başqa demək olar ki, heç nəyi yoxdur. Çünki, Hafiz Miriyevin ailədə görüb-götürməsi, dövlətə məhəbbət hissi və Prezidentə sadiqliyi ona çirkin yollarla pul toplamağa imkan vermir. Bəli, Saatlıda elə məmurlar var ki, qapısını vətəndaşların üzünə bağlayaraq gözəgörünməz olurlar. Məmur da var ki, oturduğu binanın hər tərəfinə bir mühafizəçi qoyur və vətəndaşlardan qaçaq düşmək üçün, qoçu dəstələri də saxlayır. Amma, Hafiz Miriyev belələrindən deyil. Rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən bu şəxsin, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda formalaşmalarında danılmaz xidmətləri də olub. Narkomaniya ilə bağlı rayonda keçirilən tədbirlərdə Hafiz Miriyevin etdiyi məruzələr, daim diqqət mərkəzində olub. Onun yeniyetmə və gənclərə tövsiyəsi o olub ki, həyatda ləyaqətli və şərəfli yaşasınlar. O, qazandığı uğurların hər birini savadı və çalışqanlığı ilə əldə edib. Hafiz Miriyevin başlıca prinsipi rüşvətsiz və korrupsiyasız idarəçiliyi həyata keçirməkdir. Məhz onun sayəsində pensiya təminatında, bu gün böyük uğurlara da imza atılıb. Həqiqətə söykənən bu kimi reallıqları tanışımın diqqətinə çatdırdım və ətrafda baş verənlərə açıq gözlə baxmağı məsləhət bildim. Yaxşıya yaxşı, pisə isə... demək lazımdır
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?