GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Saatlının “qara niyyətli qara atlıları”

Saatlının “qara niyyətli qara atlıları”

Tarix: 10-10-2017, 13:18 Bölmə :Bölgə Baxış: 422
Saatlının “qara niyyətli qara atlıları”


Bu rayonda əzilib qul kimi istismar edilən sakinlər, sanki dilənməyə məcbur edilirlər

Saatlıda məmur özbaşınalığı səngimək bilmir. Bu səpkidə yazılara dövrü mətbuatda demək olar ki, hər gün rast gəlinir. Ataların gözəl bir məsəli var: “Yüz dəfə eºitməkdənsə, bir dəfə görmək daha yaxşıdır” deyib, əksər mətləblərə aydınlıq gətirmək məqsədilə yolumu adı çəkilən rayona saldım. Saat təqribən 11:00 radələrində rayonun mərkəzi hissəsində “taksi”dən düşdüm. İlk əvvəl üz tutdum Rayon İcra Hakimiyyətinin qarşısındakı parka, ətrafda heç kim gözə dəymirdi. Sanki ölü bir həyat yaşanırdı. Onu da deyim ki, əksər şəhər və rayonlardan fərqli olaraq bu parkda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şərait yoxdur. Açığı ilin hər bir fəsli üçün parkdakı şərait heç cür uyğun gəlmirdi və milyonlarla vəsaitin havaya sovrulduğunu da görmək olurdu. Burada bir qədər var-gəl etdikdən sonra poçtamta tərəf getdim. Oturacaqda bir nəfər oturmuşdu ki, o da olduqca fikirli görünürdü. Öncə yaxınlaşıb ona salam verdim və sanki yuxuda imiş kimi duruxaraq üzümə baxdı. Az sonra ətrafı seyr edib gördü ki, sakitlikdir və ondan başqa bir kimsə gözə dəymir? İnsanlar hara gedib deyə ona sual etdim. Müsahibim dərindən ah çəkərək “Qardaş görürəm ki, bu yerlərə nabələdsən və bizim rayon haqda təəssüratların çox azdır, bəlkə də heç yoxdur. Mənə de görüm, əgər sənin cibin boşdursa, qarnın da acdırsa, o halda sən rayonda qalarsan? Onsuz da istədiyini tapa bilməyəcəksən, o parkı görürsən? Rayonun sosial-iqtisadi inkişafı adı altında ayrılan büdcə pulları bax o kiçik ərazidə yoxa çıxarılıb. İstifadəsiz qalan Gənclər Mərkəzi və İdman Olimpiya Kompleksi, bu gün ac qalan sakinlərin nəyinə lazımdır? İşsizlik və səfalətdən artıq sakinlər gələcəyə olan ümidlərini itiriblər. Burada yaşamaq cəhənnəm əzabından başqa bir şey deyil. Söz və fikir azadlığı da yoxdur. Pulsuz da necə hərəkət edəsən? Sakinlərin belə bir azadlığını da əllərindən alıblar. Bilmirsən dərdini kimə deyəsən, şikayətlərə baxan tapılmır. Elə ki, ölkə rəhbərinə və Mehriban xanım Əliyevaya yazırsan, qardaş onda bilirsən nə olur? Əvvəlcə səni icra hakimiyyətinə çağırırlar, sonra da söyüb, döyüb polisə təhvil verirlər. “Qurban” bayramında sakinlərdən tam əksəriyyətinin pulu olmadı ki, ət alıb evində qazan xörəyi bişirsinlər. Rayonda elə imkanlı məmurlar və iş adamları var ki, bir qoyunun pulunu Allahdan da üstün tuturlar. Həmin şəxslərin zəngin və təmtaraqlı toy məclislərinə diqqət yetirdikdə bəlli olur ki, onlar yüz min
manatlarla pulu şou-biznes əhlinin nümayəndələrinə peşkəş edirlər. Bütün bunlar azmış kimi, üstəlik həmin pullara sitayiş edən kəslər vicdan əzabı çəkmədən məscidlərdə oturub İmam Hüseyn təziyəsinə qulaq asırlar. Hansı üzlə, hansı əməllə? Bir yandan da savadsızlıq baş alıb gedir. Çünki, təhsil kolxoz bazarından heç nə ilə fərqlənmir. Mədəniyyətimizdə Şərqiyyə Məmmədovanın və Reyhan Ocaqovanın girovluğunda çabalayır. Utanmadan, çəkinmədən ağızdolusu kənd təsərrüfatının inkişafından danışırlar. Hansı ki, bu gün kənd təsərrüfatı özünü təzəllül dövrünü yaşayır. Pul yox, toxum yox, texnika yox!. Bu belə olduğu halda, bəs kəndçi neynəməlidir? Ya küçələrə düşüb dilənməlidirlər, ya da ki rayonu tərk etməlidirlər. Adicə Saatlı kəndində düz 20 ildən çoxdur ki, heç bir meliorasiya işləri aparılmır. “Ağa nəzərəm, belə gəzərəm” deyən su təsərrüfatı idarəsinin müdiri Tahir Rzayev, indiyə kimi rayon sakinlərini su üzünə həsrət qoyaraq, ancaq öz biznesi ilə məşğul olmaqdadır. Rayonun içməli su təchizatı da bərbad vəziyyətdədir. Çirkli kollektorlar iy verən suları camaatın əsas istifadə etdiyi kanallara axıdılır. Sakinləri belə bir yolla istismar edib əzab-əziyyət içində öldürürlər. Digər tərəfdən, banklar da günümüzü lap qara edib ki, bunların içərisində “Kapital bank” daha öndə gedir. Görəsən bu bank kimə məxsusdur və onun başında kimlər dayanıb ki, rayon filiallarının rəhbərliyində olanlar heç kimdən çəkinmirlər. Hər cür saxtakarlığa, hər cür qanunsuzluğa əl atırlar. Yalanları elə düzüb-qoşurlar ki, sanki ovuclarının içindəki həqiqətləri söyləyirlər. Ehtiyac üzündən övladlarımızı bu gün məktəbə göndərə bilmirik. Amma, məmurlarımız gəzməli-görməli olan ölkələrdə yeyib-içib keflərini çəkirlər. “Kapital bank”ın rayon filialının müdiri Sakit Zahidov, sanki rayonun yarısını satın alıb. Hansı pullarla, deyə müsahibim bildirdi. Qəm-qüssə içində kədərli həyat sürən, qəlbi nifrət hissi ilə dolu olan müsahibimdən beləcə ayrıldım. Gördüklərim məni dəhşətə gətirmişdi. Ardı var

İlham Süleymanov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saatlının qara niyyətli qara məmurları

    Saatlının qara niyyətli qara məmurları ...

    11-09-2015, 16:04

  • 
  • Saatlının “qara niyyətli atlılar”ı

    Saatlının “qara niyyətli atlılar”ı ...

    23-05-2016, 17:33

  • 
  • Sağlam idarəçilik, məmuru ictimai qınaqdan xilas edir

    Sağlam idarəçilik, məmuru ictimai qınaqdan xilas ...

    1-08-2016, 23:15

  • 
  • Mikayıl Cabbarovun səfəri Saatlıda aranı qatdı: AKSİYA

    Mikayıl Cabbarovun səfəri Saatlıda aranı qatdı: ...

    9-12-2014, 01:17

  • 
  • Tərtərdə büdcə pulları havaya sovrulur İcra başçısının kənd icra nümayəndələrindən rüşvət toplaması da, redaksiyamıza daxil olan ilginc məlumatlardandır

    Tərtərdə büdcə pulları havaya sovrulur İcra ...

    4-11-2016, 14:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu