GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Saatlıda məmur özbaşınalığı

Saatlıda məmur özbaşınalığı

Tarix: 11-09-2015, 16:02 Bölmə :Ölkə Baxış: 0
Saatlıda məmur özbaşınalığı

Pulu və əmlakı əlindən alınmış iş adamı Malik Süleymanov ölümlə təhdid olunub.

Sovetlər birliyi adlanan imperiyanın dağılmasına baxmayaraq hələ də o dövrün eybəcər stroytiplərində və idarəçilik üsullarında qurtula bilməmişik. Şəxsiyyətə pərəstiş, rüşvətxorluq, korrupsiya, yalan və saxtakarlıq günümüzün ən aktual problemlərindən biri olaraq qalır. Bizlər hələ də şuarçılıqdan, bayağı çıxışlardan irəli gedə bilməmişik. Əməli işə söykənməyən şou xarakterli kompaniyalar əyalətlərin sosial-iqtisadi sahələri ilə yanaşı ictimai-siyasi həyatını da qaranlığa bürüyüb, xüsusilə də Saatlıda. Belə ki, gözdən, könüldən uzaq olan problem əsl cəhənnəmi xatırladır. Pulsuzluq adamları nəyə desən əl atmaq məcburiyyətində qoyur. İşverənlik, satqınlıq və yaltaqlıq demək olar ki, adiləşərək artıq xarakterik hal alıb. Təmir-tikinti və abadlaşdırmaya ayrılan milyonlarla pullar icra hakimiyyətinin binası qarşısında salınmış parkda havaya sovrulur. Bir az kənara çıxsan vəziyyətin necə də acınacaqlı olduğunu görəcəksən. Üfünət iyi verən zibilliklər, kol-kos basmış küçələr, dağılmış piyada yolları göz oxşayır. Özünü sanki xarabalıqda hiss edirsən. Demək olar ki, ürək açan heçnə yoxdur. Rayonda kimi dindirirsən narazılıqdan, məmurların ünvanına söyüşdən başqa heçnə eşidmirsən. Əgər əvvəllər gənc və yaşlı təbəqənin nümayəndələri bura işsizlər ordusu da daxildir, günlərini çayxanalarda keçirirdisə qiymətlərin artması hazırda buna da ciddi təsir göstərib. Günün birinci yarısından sonra rayonda bir kimsə gözə dəymir. Ölü bir sükut hökm sürur. Təbii ki, bu da rayonun səlahiyyət sahiblərinə sərf edir. Adam yoxdursa demək problem də olmayacaq. Saatlının səlahiyyət sahibləri kimlərdir? İcra başçısı, polis rəisi, prokuror və məhkəmə sədri Şahin Quliyev. Rayonun sahibləri də iş adamları da bax bunlardır. Maraqları çərçivəsində istədikləri hər bir işi həyata keçirirlər. İdarə, təşkilatlar, dükanlar, iaşə obyektləri, sürücülər, valyuta dəyişənlər, şor satan, yağ satan, balıqçılar, ovçular, bank və bank olmayan kredit təşkilatları bir sözlə nə var hamısı onların gəlir dairəsinə daxildir. Hər hansı bir obyekti sökdürmək, yaxud da çökdürmək səlahiyyət sahibləri üçün

heçdə çətin deyil. İş adamı Malik Süleymanovla bağlı təkcə bir faktı qeyd edək. 2013-cü ildə Malik Süleymanovun şəxsi mülkiyyətində olan mehmanxana icra başçısı Siracəddin Cabbarov tərəfindən sökdürüldü. Özü də heç bir qiymətləndirmə aparılmadan. S.Cabbarov pulu ödənilməsini özü ilə isti münasibətləri olan Rusiyada yaşayan Azərbaycanlı iş adamın üzərinə atdı. Həmin bu iş adamı Malik Süleymanovla 120 000 manata danışıb razılaşsa da, lakin 80 000 manat pul verir. Qalan 40 000 manatını sonra verəcəyini bildirsə də elə o gedən gedir. Və M.Süleymanovla əlaqəni birdəfəlik kəsir. Bu işdə olduqca qəribə nüanslar baş verir. Mehmanxananın söküntüsündən bir müddət keçdikdən sonra başqa bir nəfər peyda olur. Özünü İqtisad Universitetinin professoru adlandıran Mübariz Məmmədov adlı şəxs mehmanxana asc-nin sahibi olduğunu iddia edir. Halbuki, bütün rəsmi sənədlər mehmanxanın həqiqi mülkiyyətçisi Malik Süleymanov və onun aqilə üzvləri olduğu halda. Sözü gedən bu professor elmi işlərlə məşğul olmaq əvəzinə M.Süleymanovdan rayon məhkəməsində iddia qaldırır və ondan 200 000 manat təzminat ödənməsini tələb edir. Üzləşdiyi belə bir hərc-mərclikdən şoka düşən M.Süleymanovda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Şahin Quliyevin sədrliyi ilə keçən prosesdə Malik Süleymanovun xeyrinə qərar çıxarılır (20 000 manat pulun qarşılığında). Buna baxmayaraq iş yenə də dalana dirənir. Çıxartdığı qərarın icrasında aciz qalan Şahin Quliyev Malik Süleymanova bildirir ki, özünü İqtisad Universitetinin professoru kimi təqdim edən şəxs arxalı və havadarlıdır. Buna görə də o, heçnə edə bilmir. Odur ki, get başına çarə qıl, ay Malik. Bəli, bu da haqqı əlindən alınan hüquqları pozulan sadə insanların güvənc yeri kimi baxdığı məhkəmə. Baş Prokurorluq, Korrupsiya Qarşı Mübarizə İdarəsi, Prezident Adminstrasiyası, Milli Təhlükəsizlik Naziri ilaxır və sair. Beləcə Malik Süleymanovun döymədiyi qapı müraciət etmədiyi ünvan qalmadı. Lakin daşdan səs çıxdı, sözü gedən həmin qurumlardan bu günə kimi də səs çıxmır. Haqqın, ədalətin olmadığı bir yerdə yaxşı nəysə gözləmək əlbəttə ki, sadəlövlükdən başqa bir şey deyil. Bir fikir verin qanunsuzluq o həddə çatıb ki, rayon məhkəməsinin sədri Şahin Quliyev bir neçə il əvvəl Malik Süleymanovun xeyrinə çıxartdığı qərarı bu yaxınlarda elə özü tərəfindən Mübariz Məmmədlinin xeyrinə dəyişib. Dünyanın

heç bir yerində belə məhkəmə və Şahin Quliyev kimi sədri yoxdur. Bu da bir daha onu göstərir ki, məhkəmə və eləcə də digər hüquq-mühafizə orqanları ancaq məmurların arxası və havadarı olan işbazların maraqlarını müdafiə edib, onların keşiyini çəkirlər. Qarşıdan parlament seçkiləri gəlir. Artıq onbaşı, iyirmibaşı və yüzbaşılar da hazırdır. Bircə qalır camaatı səsverməyə gətirmək. Bunu da hansı üzlə edəcəklər. Döyüb və söydüklərini, yoxsa işıqsız, qazsız və susuz qoyub bu adla sakinləri soyduqlarına görə. Düz bir ilə yaxındır ki, icra başçısı vətəndaşları qəbul etmir. Sadə insanlar S.Cabbarovun harada olduğundan xəbərsizdir. Kənd təsərrüfatı ilinin elan oluduğu 2015-ci ildə kəndçilər üçün də düşərli olmadı. Yay fəsli girəndə kanallarda su qıtlığı yarandı.

Cəfər

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Saatlıda məmur özbaşınalığı

    Saatlıda məmur özbaşınalığı ...

    3-02-2013, 11:12

  • 
  • Saatlıda ezamiyyə fırıldağı yalan çıxdı

    Saatlıda ezamiyyə fırıldağı yalan çıxdı ...

    4-07-2015, 11:25

  • 
  • Saatlıda 3 otaqlı ev yanıb

    Saatlıda 3 otaqlı ev yanıb ...

    27-04-2016, 08:53

  • 
  • Saatlıda qadın özünü güllələyib

    Saatlıda qadın özünü güllələyib ...

    30-12-2015, 18:08

  • 
  • Saatlıda 29 yaşlı kişi bıçaqlandı

    Saatlıda 29 yaşlı kişi bıçaqlandı ...

    19-09-2019, 13:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu