GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məharət Mustafayev harada gizlənir? – Gəncədə “torpaq satan” kimi tanınan sabiq rəisdən ŞİKAYƏT

Məharət Mustafayev harada gizlənir? – Gəncədə “torpaq satan” kimi tanınan sabiq rəisdən ŞİKAYƏT

Tarix: 19-09-2018, 09:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 629
Məharət Mustafayev harada gizlənir? – Gəncədə “torpaq satan” kimi tanınan sabiq rəisdən ŞİKAYƏT


Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi barədə şikayətlərin ardı-arası kəsilmir. Şikayətlərin böyük hissəsi torpaq alqı-satqısı, satılmış ərazilərə görə müvafiq sənədlərin təqdim olunamaması, verilmiş sənədlərin bir çoxunda isə uyğunsuzluqların aşkar edilməsi ilə bağlıdır.

İddia olunur ki, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayev vətəndaşları aldadaraq onlara torpaq yeri ayıracağına dair vəd verib, əvəzində isə külli miqdarda pul toplayıb. Şikayətçilər M.Mustafayevi sabiq başçı Elmar Vəliyevin “sağ əli” kimi qələmə verir və bildirirlər ki, memarlıq idarəsinin rəisi bütün qanunsuz əməllərini xüsusi himayə altında həyata keçirib. Lakin M.Mustafayevin Elmar Vəliyevin iradəsindən kənar bir çox qanunsuzluqlara əl atdığını iddia edənlər də var.

Bu fikirdə olanların sözlərinə görə, M.Mustafayev onu iş başına keçirmiş Elmar Vəliyevin özünü də dəfələrlə aldadıb, gizli şəkildə şəxsi maraqlarını təmin etməyə çalışıb. “Məharət Mustafayev xaraktercə fırıldağa meyilli adamdır. Gördüyü işlərin demək olar ki, hamısında bu və ya digər formada problemlər üzə çıxır. O şəhərdə görünəndə şikayətçilər ətrafına toplaşırdı. Hər dəfə də müxtəlif bəhanələrlə aradan çıxırdı” – deyə, Gəncə sakinləri bildirir.

Şikayətçilər M.Mustafayevin rəhbərlik etdiyi idarənin əməkdaşlarının da müxtəlif dərəcələrdə qanunsuz torpaq alverində iştirak etdiklərini deyirlər: “Memarlıq və Şəhərsalma İdarəsi Məharət Mustafayevin şəxsi kontoru kimi fəaliyyət göstərirdi. O, işçilərini məcbur edirdi ki, gedib torpaq alan müştərilər tapsınlar. Hətta onlara öhdəlik də qoyurdu. Əməkdaşları şirnikləndirdiyindən onlar da tədricən qanunsuzluqlara sürükləndilər. İdarənin demək olar ki, bütün əməkdaşları torpaq alverçisinə çevrilmişdilər. Hərəsinin bir dəftəri var idi. Kimdən nə qədər pul aldıqlarını və nə qədər torpaq yeri ayrılacağını qeyd edir, ayda bir dəfə isə Məharət Mustafayevlə “sverkaya” gedirdilər. Mustafayevin qanunsuz torpaq alverinin bir çoxunda Ramin adlı əməkdaşı yaxından iştirak edib. Ramin onun ən yaxın işçilərindən hesab olunurdu və daha çox pul gətirdiyindən xüsusi hörmətə malik idi. Araşdırma aparılarsa, Raminin özünün nə qədər qanundan kənar addımlar atdığı müəyyən olunar. Bu adamlar satdıqları torpaqlara görə lazımi sənədləri də verməyiblər. Verəndə də məlum olub ki, ciddi texniki xətalar var və ya bir sənəd bir neçə nəfərə verilib. Elə sərəncamlar var idi ki, nömrələri də üst-üstə düşürdü. Sonra Məharət Mustafayev hansı yollarlasa həmin sənədləri dəyişirdi. Verdikləri sərəncamlarda isə Elmar Vəliyevin deyil, Gəncə şəhər Nizami və Kəpəz rayonları icra başçılarının imzası dayanır. Əsasən isə Nizami rayonundan verilmiş sənədlərdir”.

Şikayətçilər Memarlıq və Şəhərsalma İdarəsinin torpaq alveri ilə məşğul olan digər əməkdaşlarının da adlarını çəkərək onların da M.Mustafayevin korrupsiya əməllərində iştirak etdiklərini bildirlər: “İndi onların hansına söz deyiriksə, “Pulları Məharət Mustafayevə vermişik” deyirlər. Məharəti isə tapa bilmirik”.

Şikayət məktubunda bildirilir ki, Məharət Mustafayev Gəncə şəhərinin yeni icra başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunduqdan sonra aldadılan vətəndaşlar onun axtarışına başlayıblar. Məsələ ilə bağlı Gəncədəki tanışlarımızla əlaqə saxladıq və onlar da bildirdi ki, Məharət Mustafayevlə bağlı Gəncədə ciddi qalmaqallar ortaya çıxıb.Şikayətçilərin sayı isə getdikcə artır.

Əldə etdiyimiz məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi sakinlərin çağırışına heç bir reaksiya vermir. Onun heç bir nömrəsinə zəng çatmır. Vətəndaşlar Məharət Mustafayevi tapa bilmədikləri üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşırlar.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Məharət Mustafayevin qanunsuz əməlləri və vətəndaşları aldatması ilə bağlı hazırda araşdırmalar aparır. Şikayətçilərin bir neçəsi Mustafayevin əməlləri ilə bağlı Baş Prokurorluğa müraciət ediblər./missiya.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabiq icra başçısını həbs etməkdən vaz keçildi

    Sabiq icra başçısını həbs etməkdən vaz keçildi ...

    16-03-2015, 11:38

  • 
  • Kərəm Həsənovla Elmar Vəliyevin Gəncədə ortaq biznesləri…

    Kərəm Həsənovla Elmar Vəliyevin Gəncədə ortaq ...

    26-05-2018, 13:08

  • 
  • Elmar Vəliyevin yerinə kim göz dikib?

    Elmar Vəliyevin yerinə kim göz dikib? ...

    20-01-2014, 13:45

  • 
  • Cavid Qurbanovun adı 1 miyonluq maxinasiyada

    Cavid Qurbanovun adı 1 miyonluq maxinasiyada ...

    20-12-2012, 14:09

  • 
  • Elmar Vəliyevin səhhəti ilə bağlı son xəbər…

    Elmar Vəliyevin səhhəti ilə bağlı son xəbər… ...

    7-07-2018, 16:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu