GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Elmar Vəliyevin yerinə kim göz dikib?

Elmar Vəliyevin yerinə kim göz dikib?

Tarix: 20-01-2014, 13:45 Bölmə :Ölkə Baxış: 1 178
Elmar Vəliyevin yerinə kim göz dikib?
Gəncənin icra başçısı məzuniyyətdən istefaya yollanacaq?

«Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev yaxın günlərdən vəzifəsindən kənarlaşdırılacaq. Buna səbəb onun Prezidentin etimadını doğrultmamasıdır»
Bu barədə Gəncədəki etibarlı mənbə məlumat verib. Qaynağın bilgisinə görə, E.Vəliyev təyinatından sonra ölkənin ikinci şəhərinin abadlaşdırılması kampaniyasına başlasa da prosesi hakimiyyətin əleyhinə böyük narazılıq dalğasına çevirib. Şəhərdə aparılan kütləvi söküntülər yerli əhalinin qəzəbinə səbəb olub. Bunu Gəncədən hər gün Prezident Administrasiyasına edilən yüzlərlə şikayət məktubları da təsdiq edir.Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi, general Rasim Musayevin qalmaqallı istefasından sonra icra başçısı Elmar Vəliyev hədəfə gəlmişdi. Xatırladaq ki, mətbuatda polis rəisi ilə icra başçısının əlbəyaxa dava etməsi barədə məlumatlar yayılmışdı. Prezidentin icra başçılarının müşavirəsində danlamasından təsirlənib huşunu itirən icra başçısı bir neçə gün Bakıdakı klinikalarda müalicə almışdı.
Mənbənin məlumatına görə bir neçə il ərzində dövlət büdcəsindən və Prezidentin Ehtiyyat Fondundan Gəncənin abadlaşdırılmasına ayrılan vəsaitlər təyinatı üzrə israf olunmayıb. Nəticədə şəhərin sökülərək dağıdılan küçələrinin böyük bir hissəsini təmir etmək, yenidən qurmaq mümkün olmayıb. Seçki ərəfəsində Gəncədə yeni obyektlərin, müəssisələrin, parkların açılışı planlaşdırılsa da işlərin qrafik üzrə getməməsi səbəbindən tədbirlər baş tutmayıb. Nəticədə Prezident Qərb bölgəsində səfərdə olsa da Gəncəyə baş çəkməyib.
Qaynağın məlumatına görə ilin sonunda Gəncədə Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovun iştirakı ilə ASAN Xidmət Mərkəzinin, «Qaçkınkom» sədri Əli Həsənovun iştirakı ilə 25 binadan ibarət qaçqın şəhərciyinin, nəqliyyat naziri Ziya Məmmədovun iştirakı ilə Dəmir Yol Vağzalının açılışı həyata keçrilib. Bundan başqa Ziya Məmədov yeni dəmiryol deposunun təməlqoyma mərasiminə qatılıb, Heydər Əliyev adına böyük istirahət parkının, iki orta məktəbin və istehsalat obyektlərinin açılışı da müvafiq qurum nümayəndələrinin iştirakı ilə həyata keçrilib. Mənbə xatırladır ki, adıçəkilən tədbirlərin hamısı Prezident İlham Əliyevin iştirakı ilə keçrilməli idi, amma məlum səbəbdən mümkün olmadı. Sonradan dövlət başçısının açılış mərasimlərinə qatılmaq istəməyib. Gəncədə Prezidentin bu addımını Elmar Vəliyevin karyerasının sonu kimi qiymətləndirirlər.
Qaynaq daha sonra bildirib ki, Elmar Vəliyevin Gəncədəki yerli istehsalat obyektlərinə, xüsusən tkinti matierialları istehsal edən müəssisələrə külli miqdarda borcu var. İcra başçısı yerli sahibkarlardan məhsulların alınmasına göstəriş verib. Gərəkən vəsaitin dövlət büdcəsindən ayrıldıqdan sonra ödənəcəyini vəd edib. Amma ölkənin ikinci şəhəri üçün büdcədən və Prezident fondundan əlavə vəsait ayrılmayıb. Nəticədə sabikarlarla icra başçısı arasında gərginlik kuluminasiya həddinə çatıb. İcra başçısı şəhər ətrafındakı torpaq fondunun satılması barədə göstəriş verib. Ev tkintisi üçün nəzərdə tutulan torpaq paylarının 4 sotu 5-8 min manatdan təklif olunur. Toplanan vəsaitin borcunu tələb edən sahibkarlara ödənəcəyi bildirilir.
Mənbə ötən ayın sonunda Gəncə dövlət Universitetinin rektoru Yadigar Əliyevin 1 illik fəaliyyətindən sonra istefaya göndərilməsini də təsadüfi hesab etmir. Onu bu posta E.Vəliyevin təyin etdiyi, universitetə bütünlüklə icra başçısının nəzarət etdiyi bildirilirdi. «İcra başçısının «adamanın» vəzifəsindən götürülməsi onun «vurulacağına» işarə idi»-deyə məlumatlı mənbə vurğulayıb.
Məlumatda daha sonra bildirilir ki, Elmar Vəliyev hazırda məzuniyyətdədir. Onun geri qaytmayacağı barədə Gəncə ictimaiyyətində birmənalı fikir formalaşıb.

Zaur QARA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncənin polis rəisinin gözlənilməz istefasının şok səbəbləri

    Gəncənin polis rəisinin gözlənilməz istefasının ...

    23-01-2013, 10:49

  • 
  • Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ilə gedir

    Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ...

    12-02-2014, 15:14

  • 
  • Gəncənin icra başçısı qəzaya düşdü

    Gəncənin icra başçısı qəzaya düşdü ...

    30-09-2013, 11:40

  • 
  • Gəncənin “Polat Alemdar”ı

    Gəncənin “Polat Alemdar”ı ...

    24-03-2014, 17:14

  • 
  • Gəncənin «Polat Alemdarı»

    Gəncənin «Polat Alemdarı» ...

    25-03-2014, 22:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu