GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hər yoldan keçəndən məktub göndərmək olarmı?-POÇT SAXTAKARLIĞI (FOTOFAKT)

Hər yoldan keçəndən məktub göndərmək olarmı?-POÇT SAXTAKARLIĞI (FOTOFAKT)

Tarix: 19-09-2018, 16:04 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 504
Hər yoldan keçəndən məktub göndərmək olarmı?-POÇT SAXTAKARLIĞI (FOTOFAKT)


Bu günlərdə Sumqayıt şəhəri, Nərimanov küçəsi, Yataqxana-13, ev-28, mənzil-11 ünvanda yaşayan Axundova Xatirə Abdulməcid qızı tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Şabran rayon prokurorluğuna və digər dövlət qurumlarına ünvanlanan şikayət məktubunun bir surəti də “Gündəm Xəbər”in redaksiyasına daxil olub.

Adı çəkilən xanım redaksiyamıza ünvanladığı ərizəsində qeyd edir ki, “26.05.2018-ci il tarixdə “Azərpoct” MMC-yə ərizə ilə müraciət etdim və 11.07.2018-ci il tarixdə “Azərpoçt”–un baş direktorunun müavini Sübhan Kazımovdan cavab məktubu aldım. Şikayət məktubuma verilən cavabda Şabran rayon Ağalıq kənd poçt şöbəsinin direktoru Nailə Adıgözəlovaya şiddətli töhmət verilməsi haqda yazılı məlumat verilmişdi. Onu bildirim ki, mən belə bir cavabla heç cür razılaşa bilmərəm. Çünki, mən Nailə Adıgözəlovanın günahı ucbatından məhkəmələrdə sürünməklə bərabər, mənə maddi və mənəvi ziyan da dəymişdir. Bu xanım məndən üzr istəmək əvəzinə, üstəlik kənd sakinləri vasitəsilə mənə hədə-qorxu da göndərir. Bu da onun nəticəsidir ki, o, bu gün də iş başındadır və toxunulmazdır, kiminsə də himayəsindədir. Adi bir töhmətlə canını qurtaran bu xanım, bu gün də istədiyini edir.

Hər yoldan keçəndən məktub göndərmək olarmı?-POÇT SAXTAKARLIĞI (FOTOFAKT)


Bir faktı qeyd edim ki, 21 iyun 2018-ci il tarixdə Daşlıyataq kənd sakini Quliyev Fuad Yusif oğluna Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş məhkəmə bildirişini, o, yenə də eyni qaydada yol sakinlərindən birinə vermiş və həmin şəxsə bildiriş çatdırılmadığından, məhkəmə üç övlad atası ilə bağlı həbs qətimkan tədbiri seçərək onu həbs etmişdir. Nailə Adıgözəlovanın günahı ucbatından 3 azyaşlı övlad başsız qalmışdır. O halda sual oluna bilər ki, Şabran rayon poçtunun rəisi kəndə poçtalyon tapa bilmirsə, səbəb nədir ki, kimlərinsə taleyi ilə oynayır? Bağlayın poçt şöbəsini! Yəqin ki, 65 yaşlı qadın gündəlik 4 km-lik məsafəni qət edə bilməz. Ağalıq kəndinə poçtalyon, yoxsa rəis lazımdır? Cənablar, biz daş dövründəmi yaşayırıq? Mən artıq Şabran rayon poçt şöbəsindən şikayət vermək məcburuyyətində qalmışam. Poçt əməkdaşlarının məsuliyyətsizliyi ucbatından mən yenə də məhkəmələrə ayaq döyməli olacağam? Mən kənd sakinlərinin bir məktubunu SİZƏ TƏQDİM EDİRƏM. Qoy “Azərpoçt”un baş direktorunun müavini Sübhan Kazımov, yenə də vətəndaşların şikayət ərizələrini oxuyub “xanımın çulunu” bir töhmətlə sudan çıxartsın. Amma mən məhkəmə ilə bərabər, birbaşa Prezident Aparatına şikayət etmək zorunda qalmışam.

Hər yoldan keçəndən məktub göndərmək olarmı?-POÇT SAXTAKARLIĞI (FOTOFAKT)


Bir də onu xatırladıram ki, mən atamdan qalan əmlakın bölünməsi ilə bağlı 2015–ci ildə Şabran rayon Məhkəməsinə müraciət etmişdim. Rayon məhkəməsi mənim iddia tələbimi təmin etdi. Buna baxmayaraq, mən 2016-cı ildə yenidən Şabran rayon Məhkəməsinə müraciət edib həmin qətnaməyə izah verilməsini xahiş etdim. 12 iyul 2016-cı il tarixdə izahla bağlı qərardad çıxarıldı. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edib, mənə ayrılan torpaq sahəsinə aid Çıxarışı əldə edə bildim. Buna baxmayaraq, bir ildən sonra qardaşım Adil təkrar şikayət vermək qərarına gəldi. O, çıxarılmış qərardaddan 10 (on) gün müddətində şikayət verməli olduğu halda, şikayətin verilmə vaxtından ilyarım vaxt keçmişdi. Buna görə də onlar Şabran rayonu Ağalıq kəndi poçt şöbəsinin rəisi N.Adıgözəlova ilə “dil taparaq” ondan yazılı şəkildə bir ərizə-məlumat alırlar və həmin ərizə-məlumatı N.Adıgözəlovanın özü hansı marağı çərçivəsində Şabran rayon Məhkəməsinə göndərir. O, məktub-ərizədə yazaraq bildirir: “Daşlıyataq kəndi Ağalıq poçt şöbəsindən təqribən 4 km aralı məsafədə yerləşir. Həmin poçta daxil olan məktublar poçtolyon olmadığından, məktubları kənd sakinləri vasitəsi ilə sahiblərinə çatdırırıq. (Sual: O halda kəndə poçt məntəqəsi və onun rəisi kimə və nəyə lazımdır? Dövlətin pulu niyə göyə sovurulur?) Məhkəmənin göndərdiyi məktub isə, onun sahibi Axundov Adil Abdulməcid oğluna 21.09.2016–cı il tarixdə kənd sakinləri vasitəsi ilə göndərilir.

Hər yoldan keçəndən məktub göndərmək olarmı?-POÇT SAXTAKARLIĞI (FOTOFAKT)


Hörmətli “Gündəm Xəbər”! Görəsən poçt rəisinin özbaşına belə bir məktubu məhkəməyə göndərməsinə qanun ixtiyar verirmi? Bildiyimə görə ən azından o, belə bir məktubu məhkəmə sorğusu əsasında göndərə bilərdi.. Bir də ki, məhkəmənin göndərdiyi məktublar yoldan keçənlərə verilirsə, buna nə ad vermək olar. Сavabını siz deyin.!!! Mən şəxsən belə bir sualın cavabını tapa bilmirəm. Bəs o halda dövlətin pulları niyə havaya sovrulur? N.Adıgözəlova maaşı niyə alır? Məgər yoldan keçən hər kəsə məktub verməklə iş icra olunurmu? Məni maraqlandıran hal, adı çəkilən xanımın məktubu məhkəməyə ötürməsidir. N.Adıgözəlova yazdığı məlumatda öz–özünü ifşa edir və məhkəmədən göndərilən məktubları yoldan ötənlərə verdiyini də təsdiqləyir. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafari, çox keçmir ki, poçt rəisinin məktubunu əsas götürərək, qanunu qüvvəyə minmiş məhkəmə qərardadını ləğv edir. Bəli, adı çəkilən xanımın tamahı ucbatından mən ziyana düşdüm və bu gün də məhkəmələrdə sürünməkdəyəm. Hətta, Sumqayıt Apellyasiya Məhkəməsində özümü yandırmaq istəsəm də, polislərin müdaxiləsi intihara etdiyim cəhdin qarşısını ala bildi.
Digər bir məsələ haqqında da danışmaq istəyirəm. Məhkəmənin 12 iyul 2016–cı il tarixli qərardadı poçt xəbərnaməsinə əsasən 30 iyul 2016-cı il tarixdə sahibinə verilib. Bunula bağlı imza da var. Amma, poçt rəisinin sonradan məhkəməyə göndərdiyi ərizə-məlumata əsasən, guya məktub 21 sentyabr 2016–cı ildə çatdırılıb. Yəni, guya təxminən 51 gün sonra çatdırılıb. Görəsən 4 km-lik məsafəyə məktub 51 günə çatır? Bəlkə də kənd sakinləri gedib Almaniyanı gəzir və xanımın verdiyi məktubu sahibinə sonra çatdırır? Bəs 30 iyul 2016-cı il tarixli məhkəmə göndərişini kim imzalayıb? Buyurun, bacarırsınızsa özünüz ayrıd edin! Onu da bildirim ki, hər iki məktubu Ağalıq poçt şöbəsinin rəisi N.Adıgızəlova verib. Bu şəxs bir məktubu 30 iyul 2016-cı il tarixdə( şəxsin məktubu alması barədə), digərini isə 21 sentyabr 2016–cı il tarixdə yazır və həmin məlumatlar bir-birini də təkzib edir. Hələ möhürün üstündə qələmlə düzəliş də edir.
Sizcə belə bir saxtakar poçt rəisi təkrar vəzifəsini daşıya bilərmi? Kim əmin ola bilər ki, adı çəkilən bu xanım bir də belə səhvə yol verməyəcək? Bəlkə bir velosiped alıb hansısa 60-65 yaşlı xanıma verəsiniz ki, bu 4 km-lik məsafəni qət et. Yəqin ki, o halda sakinlərin məktubları vaxtında sahiblərinə çatdırılar və hər yoldan ötüb-keçən də narahat olmaz. Əslində N.Adıgözəlovanın əməlində saxtakarlıq və rüşvətxorluq amilləri var. Bilmirəm o, belə bir addımının qarşılığında qarşı tərəfdən nə qədər pul alıb, yalnız onu deyə bilərəm ki, bir–birinə zidd olan, özünü ifşa edən məktubu yazmaqla o, həmin ərizə-məlumatı məhkəməyə təmənnasız göndərməyib. Məhz, onun belə bir addımlarına görə mən dəfələrlə stress keçirmişəm, məhkəmələrdə sürünmüşəm, bu gün də özümü intihar etmək istəyindəyəm.

Ceyhun Abdullayev
GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın poçt sistemi çökdü

    Azərbaycanın poçt sistemi çökdü ...

    10-01-2014, 17:28

  • 
  • “Azərpoçt”da “göbələyəbənzər” poçt şöbələri maxinasiyası

    “Azərpoçt”da “göbələyəbənzər” poçt şöbələri ...

    14-05-2014, 10:33

  • 
  • “Azərpoçt”un vəzifəliləri məhkəmədə

    “Azərpoçt”un vəzifəliləri məhkəmədə ...

    5-08-2014, 12:04

  • 
  • “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 pulumu ələ keçirib”

    “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 ...

    21-05-2018, 21:58

  • 
  • Bakıda silahlı şəxslər poçt şöbəsinə basqın etdi

    Bakıda silahlı şəxslər poçt şöbəsinə basqın etdi ...

    20-06-2013, 12:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu