Gəncədən redaksiyamıza daxil olan məlumata görə, “YAP Gəncə şəhər Dəmir Yol Ərazi PartiyaTəşkilatı”nın qapısı uzun illərdir ki, bağlı qalıb.
Belə ki, təşkilatın qapısının bağlı qalmasına səbəb, Dilbazi Musayav olub. Verilən məlumatda o da qeyd olunur ki, “YAP Gəncə şəhər Dəmiryol Ərazi Partiya Təşkilatı”na bir neçə il bundan öncə, sədr seçilən Dilbazi Musayev gəldiyi birinci gündən həmin təşkilatın qapısını dəmiryolçuların üzünə bağlı saxlamaqla yanaşı, haç vaxt bu qapını açmayıb.
GundemXeber.Az bildirir ki, Dilbazi Musayev eyni zamanda “ADY” QSC-nin İnfrastruktur Departamentinin 6 saylı Yol sahəsinin rəisidir. Məsələnin maraqlı tərəfindən biri isə odur ki, hakim partiyanın şəhərdə olan strateji binasının qapısının bağlı qalmasına Gəncə şəhər rəhbərliyi və deputat Naqif Həmzəyev niyə hələ də heç bir reaksiya vermir?
Sorğu
Yeni dizaynımız necədir?