“Vidadi İsayev rayonda milyard manatlarla var-dövlət əldə etməklə bərabər, dünya ədəbiyyatının “Günəşi” hesab olunan dahi Nizamiyə də “qənim kəsildi”
Bu günlərdə əslən Bərdə şəhərindən olan və uzun illər ərzində müəllimlik fəaliyyəti ilə məşğul olub bu sahədə zirvələr fəth etmiş, eyni zamanda təsisçisi və baş redaktoru olduğu “Məktəb” qəzetinin mütəmadi nəşrini həyata keçirməklə Azərbaycan jurnalistikasında silinməz izlər buraxmış, daim qəlbində Vətən, xalq sevgisini yaşatmış, hər zaman ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirmiş, dəyərli fikirləri, müxtəlif məsələ və problemlər haqda praqmatik baxışları ilə bir çoxlarına nümunə olmuş Cəbrayıl Əliyev “Gündəm Xəbər”in redaksiyasına müraciət təqdim edib. Adı çəkilən bu şəxs çoxsaylı sakinlər adından təqdim etmiş olduğu müraciətdə, məhz sakini olduğu Bərdədə yaşananları, RİH-nin başçısı Vidadi İsayevin ötən illər ərzində həyata keçirdiyi yarıtmaz idarəçilik səbəbindən, bu gün rayonun hansı duruma düşdüyünü qeyd edir. O, eyni zamanda həmin müraciətin dərc olunub yayılmasını da xahiş edir. Müraciət müəllifi yazır: “Möhtərəm Prezident! Məlumunuz olsun ki, vaxtilə mərhum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən həm ona, həm də Sizə bərdəlilərin xüsusi hörməti olub və bu gün də var. Onu da diqqətinizə çatdırım ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsa oğlu İsayev zamanında Heydər Əliyevə xəyanətlər edib, hal-hazırda da Sizə qarşı oxşar addımlarını atmaqdadır. Bu şəxsin qol qoyduğu çoxsaylı qanunsuzluqlarla bağlı Bərdə ziyalıları, yerli sakinləri dəfələrlə sosial mediada, ayrı-ayrı mətbu orqanlarda açıqlamalar dərc etmişlər ki, icra başçısı ilə bağlı lazımi tədbirlərinizi görəsiniz. Bizim qənaətimiz belədir ki, Vidadi İsayev bu günə kimi atdığı addımlarına (əslində törətdiyi cinayət əməllərinə görə) görə ömürlük həbs olunmalıdır. Onlardan bir neçəsini qeyd edirik: 1. O, heç bir məhkəmə qərarı olmadan şəhid ailəsinə məxsus yaşayış evini sökdürmüş və ailəyə dəyən zərəri də ödəməmişdir (Dilqəmgilin ailəsi). 2. Bərdə şəhərində şəhidlərin adını daşıyan Guşəni dağıtmış və onların şəkillərini gecə saatlarında zibilxanaya basdırmışdır. 3. Əslən Bərdədən olan kadrları işlərindən kənarlaşdırmış və ayrı-ayrı rayonlardan özü kimi əqidə sahibi olanlara Bərdədə vəzifə vermişdir. 4. Siz ziyalıları nadanlardan qoruduğunuz halda, Vidadi İsayev Bərdənin şairəsi, Rayon Təhsil Şöbəsinin müdiri Rəhilə İsmayılovanı zinhara gətirərək ölümünə səbəb oldu (Buna bütün bərdəlilər şahiddirlər). 5. İcra başçısı bərdəliləri saya salmır, qəbul günlərində qəbula gəlmir. Digər günlərdə də müraciət edən şəxsləri qəbul etmir. 6. Bu şəxs 2011-ci ilin mart ayından indiyə kimi bir dəfə də olsun belə, Bərdənin tanınmış dövlət xadimlərinin dəfn mərasimində iştirak etməyib. 7. Vidadi İsayev şəhər ərazisindəki çoxillik çinar ağaclarının 50-dən çoxunu gecə kəsdirmiş və ərazidən də çıxartdıra bilmişdir. 8. Rayon ərazisində arxeoloji qazıntı işləri aparılan əraziləri o, zir-zibillə, torpaqla doldurtdurub. 9. Hər bir rayonda “20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılmış abidə var. Bərdədəki abidə digər rayonlardakından möhtəşəm idi. İcra başçısı həmin abidəni gecə sökdürdü, abidənin mərmərini, dəmir parçalarını və digər hissələrini gecə saatlarında itbata saldırdı. 10. Bərdədə bir Mədəniyyət sarayı var idi ki, həmin sarayda 97 otaq, idman salonu, tamaşıçılar üçün birinci mərtəbədə 1200 (min iki yüz) nəfərlik, ikinci mərtəbədə isə 500 (beş yüz) nəfərlik tamaşa salonu, hər salonun böyük səhnələri, salonlarda qiymətli çılçıraqlar, səhnələrdə qiymətli stollar və stullar var idi. İcra başçısı həmin sarayı sökdürməzdən əvvəl, 97 otaqda olan qiymətli mebelləri gecələr daşıtdırır. Sarayda qiyməti təqribən 70.000 (yetmiş min) manat olan bilyard stolu, qiymətli çilçıraqlar, hansı ki, hər biri təqribən 80000 (səksən min), 40000 (qırx min) manat dəyərində idi ki, bunların hamısını gecə saatlarında yox etdirib. 97 otaqdakı mebelləri ələ keçirir. 11. Bundan əlavə, rayonda Nizami adına klub da var idi. O, həmin klubu da sökdürdü, materiallarını, içərisindəki avadanlıqlarını gecə Bərdədən çıxartdırdı. 12. Rayonda 9 №-li Betonzavod növbəlilik prinsipi əsasında fəaliyyət göstərirdi ki, hər növbədə təqribən üç min fəhlə çalışırdı. Vidadi İsayev həmin zavodu sökdürdü və avadanlıqlarını isə gecə saatlarında yox etdirdi. Mədəniyyət sarayının sökülməsi on ay, zavodun sökülməsi isə bir il iki ay çəkdi. Zavod olduqca nəhəng zavod idi. 13. İcra başçısı tez-tez “yuxular görür” və yuxuda gördüklərini də həyata keçirir. O, bir gün yuxuda görür ki, diş həkimlərində qızıl küpsi var. Yuxudan oyanan kimi baş həkimə zəng vurub “rayonda 73 diş həkimi var, onlardan dördünə toxunma, digərlərinin fəaliyyətini dayandır” deyə tapşırığını verir. Baş həkim kimdir ki, başçının sözünü yerə salsın. O, 10 mart 2017-ci ildə tapşırıq verib altmış doqquz həkimin fəaliyyətini dayandıra bilir. Bir aydan sonra isə, Vidadi İsayev hər həkimdən beş-on min “haqq-hesab” aldıqdan sonra, fəaliyyət göstərmələrinə icazə verir. 14. Bərdədə icra başçısının zülmü rayon ziyalılarını boğaza yığıb. O, müəllimləri, həkimləri, kitabxanaçıları və s. kimi peşə sahiblərini süpürgəçi kimi küçələrdə işlədir. 15. Rayonun rəhbəri çoxlu sayda sahibkarların mağaza yerlərini (kupçalı ola-ola) dədə malı kimi satıb. Bu barədə sosial şəbəkədə, bəzi mətbu orqanlarda açıqlamalar dərc olunub. İcra başçısı daim vurğulayır ki, “Ay yazıqlar, kimdir xalqın səsini eşidən, görmürsünüzmü hər yerdə özbaşınalıqdır. Bir də ki, Bərdə mənimdir, mən nə edərəm, özüm də bilərəm”. 16. Vidadi İsayev açıq-aşkar şəkildə bərdəliləri üsyana sürükləyir. O, abidələri sökdürür, tikinti yerlərinin izlərini itirməyə çalışır. Heydər Əliyev və Rüstəm Səfərəliyevin adı ilə bağlı bütün əraziləri məhv edib. Bu barədə də sosial şəbəkədə, bəzi mətbu orqanlarda açıqlamalar dərc olunub. 17. İcra başçısı qorxmadan, çəkinmədən hey deyir: “O qədər yazın ki, barmaqlarınız qabar olsun. qardaşlar, bacılar bilmirsinizmi ki, Bərdəni mənə satıblar, mən də Bərdəni satışa çıxartmışam. Gözünüz önündə yüz hektarlarla münbit torpaq sahələrini kəndlərdə, on hektarlarla torpaq sahələrin şəhərdə satıram. Alanlar gəlsin, onlara da verim. Bilirsiniz ki, hər kvadrat metri min manatdır”. 18. Bərdədə ki, zavodlardan dəmir yola relslər uzanırdı. O, həmin dəmir relsləri də sökdürüb “itbata saldırdı”. 19. Vidadi İsayev iki böyük binanı “həbs etdirib”, onlardan biri stadionun yaxınlığındakı “Qarabağ restoranı”nı, digəri isə Mərkəzi Rayon Xəstəxanasına məxsus hasarın yanındakı binadır. 20. Vidadi İsayev bu xalqa düşmən olan vəzifə sahibidir. O, bu rayonda milyard manatlarla var-dövlət əldə etməklə bərabər, dünya ədəbiyyatının “Günəşi” hesab olunan dahi Nizamiyə də “qənim kəsildi”. Yəni, Vidadi İsayev Bərdə rayon İcra Hakimiyyətinə başçı təyin olunduqdan az sonra, Nizami küçəsinin adını dəyişdirtdi, heykəlini götürdüb hardasa gizlətdirdi, bu şəxsin adını daşıyan klubu sökdürdü, onun adına olan məktəbin (üç mərtəbəli idi) üstünü, tavanını, pəncərələrini, qapılarını sökdürüb gecə saatlarında onları rayondan harasa daşıtdırdı. Vaxtilə o, atdığı addımlara haqq qazandırmaq üçün “Mən məktəbi əsaslı şəkildə təmir etdirəcəyəm” deyirdi, indi isə bəyan edir ki, “Mən heç zaman elə söz deməmişəm”. 21. Bərdəlilər artıq belə bir qənaətə gəliblər ki, Vidadi İsayevin yolu cəzaçəkmə müəssisəsindən keçməsə, o halda onlar heç vaxt dinclik tapmayacaqlar. 22. Mərhum prezidentimiz Heydər Əliyev vaxtilə Bərdə haqqında belə demişdi: “Biz təkcə respublikada deyil, bütün şərqdə aləmində milli mədəniyyət mərkəzi olduğu üçün Bərdə ilə fəxr edirik. Düzü mən qədim Bərdəni çox sevir və bərdəlilərə böyük hörmət bəsləyirəm. İstəyirəm ki, Azərbaycanın qədim paytaxtı Nizamilər, Nüşabələrin Bərdəsi qısa müddətdə müasir şəhərə çevrilsin”. Yüzlərlə bərdəli adından:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?