GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ziya Məmmədovun oğlunun başı üzərində qara buludlar... - GƏLİŞMƏ

Ziya Məmmədovun oğlunun başı üzərində qara buludlar... - GƏLİŞMƏ

Tarix: 9-10-2018, 12:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 532
Ziya Məmmədovun oğlunun başı üzərində qara buludlar... - GƏLİŞMƏ


Son günlər Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin adı yenidən mətbuatın gündəmindədir. Yerli mətbuatda onun haqqında məlumatları Bakıdan çıxmaq yasağı qoyulan bacısı tirajlayır.

GundemXeber.Az bildirir ki, C.Hacıyevin bacısı bu günlərdə iddia edib ki, qardaşı ona yeni ittiham verilməsinə etiraz edərək aclıq aksiyası keçirir, amma onunla vəkilləri görüşə bilmir, üstəlik doğmaları ilə telefonla danışmaq yasağı qoyulub. Penitensiar Xidmət isə bu iddiaları təkzib edir.

Qeyd edək ki, rəsmi şəkildə C.Hacıyevə hansı maddələrlə yeni ittiham verildiyi açıqlanmayıb, amma bacısının iddiasına görə, söhbət Beynəlxalq Bankın Moskva filialındakı külli-miqdarda yeyintilərdən gedir. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından az qala 15 milyard manata yaxın pullar kreditlər adı altında müxtəlif layihələrə, kağız üzərində offşor şirkətlərin hesablarına yönəldilib və geri qayıtmayıb.

Bu arada isə C.Hacıyevə birbaşa aid olan sensasion xəbər yayılıb. Bu dəfə isə Britaniyada... Virtualaz.org “Banksta” adlı Telegram-kanala istinadən məlumat verir ki, çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində məhkəmə həbsdəki bankirin xanımı Zamirə Hacıyevanın Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini müsadirə etmək barədə qərar çıxarıb. Belə ki, məhkəmə prosesində Z.Hacıyevanın vəkilləri həmin daşınmaz əmlakın qanuni şəkildə əldə edilmiş gəlirlər hesabına alındığını sübut edə bilməyiblər. Britaniyanın mütəşəkkil cinayətkarlıqla mübarizə Ofisi artıq bəyan edib ki, Z.Hacıyeva ərinin Beynəlxalq Bankından çıxardığı pullar hesabına özünə Londonda iki daşınmaz əmlak alıb. Bundan əvvəlki məhkəmə dinləmələrində bildirilirdi ki, bankir xanımı Londonda kraliçalarsayağı həyat tərzi keçirib. O, özəl təyyarədən istifadə edib, bir dəfə isə Londondakı “Harrods” univermağından 16 milyon funt sterlinq məbləğində alış-veriş həyata keçirib. Dinləmələrdə başqa fakt da açıqlanıb: bankir xanımı 150 min funt sterlinqə brilyant alıb. Bildirilir ki, o, əmlakın müsadirəsinə dair çıxarılmış hökmdən verdiyi apelyasiyanı ötən həftə London Yüksək Məhkəməsində uduzub.

“Yeni Müsavat” bildirir ki, bu barədə ilk dəfə bu ilin iyununda məşhur “Daily Mail” qəzeti yazmışdı. Orada Z.Hacıyevanın vəkili Ceyms Lyuisin də mövqeyi var idi. Vəkil Milli Cinayət Agentliyini (“National Crime Agency”) müdafiə etdiyi şəxsin (Z.Hacıyeva) əri (C.Hacıyev) haqqında həqiqətə uyğun olmayan mövqedə günahlandırmışdı. Vəkil bildirirdi ki, qadının əri doğrudan da uğurlu iş adamı olub, amma ölkəsində “ədalətsiz məhkəmə hökmü nəticəsində həbsxanadadır”. Vəkil iddia edirdi ki, qadının əri nə qədər ki, həbsxanadadır, əmlakın qanuni gəlirlə əldə edilməsini sübut edə bilməz. Bunun üçün onun ərinin azadlıqda olması lazımdır.

Qeyd edək ki, Azərbaycanda Zamirə Hacıyeva barəsində həbs qərarı 2016-cı ilin iyunun 1-də çıxarılıb və o, beynəlxalq axtarışa verilib. Cahangir Hacıyevin həyat yoldaşının barəsində həbs-qətimkan tədbirini Nərimanov Rayon Məhkəməsi çıxarıb. Z.Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 179.1.2 və 179.1.3 maddələri ilə ittiham irəli sürülüb. C.Hacıyevin arvadı 2009-2015-ci illərdə plastik kartlarla Azərbaycan ərazisində və bir çox xarici ölkələrdə olan bankomatlardan Beynəlxalq Bankdan 13.5 milyon dollar, 2.8 milyon avro və 4 milyon manat (o vaxtkı məzənnə ilə cəmi 18 milyon manat) çıxarıb.

Bu pullar C.Hacıyevin arvadı və ailə üzvləri üçün təyyarə biletlərinin, qızıl-zinət əşyalarının alınmasına, təhsil haqlarının ödənilməsinə, Avropanın dəbdəbəli istirahət mərkəzlərində dincəlməyə, gözəllik salonlarında göstərilən xidmətlərə, restoranlara və digər şəxsi məqsədlərə xərclənib.

Z.Hacıyeva barədə məhkəmə qərarından o da məlum olurdu ki, bankir arvadı xeyli müddət əvvəl – 15 noyabr 2014-cü ildən Bakını tərk edib və bir daha Azərbaycana qayıtmayıb.

C.Hacıyevin məhkəmə prosesinin birində (2016-ci il 3 oktyabr) sabiq bankirin vəkili Aqil Layıcov bu işlə bağlı sensasion açıqlama vermişdi. Vəkil bildirmişdi ki, Zamirə Hacıyevanın ölkəyə gətirilməsi üçün xüsusi əməliyyat qrupu Londona göndərilib. A.Layıcov iddia etmişdi ki, əməliyyat qrupu Zamirə Hacıyevanı Britaniya hökumətindən alıb gətirə bilməyib. Məlumata görə, Azərbaycanla Birləşmiş Krallıq arasında hüquqi yardımlaşma barədə rəsmi əməkdaşlıq müqaviləsi yoxdur və bu səbəbdən də Z.Hacıyevanın həbsi və ekstradisiyası mümkün olmur.

Bu, Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində xarici vətəndaşlar tərəfindən korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsinə dair ilk qərardır. Amma son olmaya bilər. Çünki adları korrupsiyada hallanan bəzi azərbaycanlı oliqarxların və iş adamlarının da Londonda dəyəri milyonları aşan malikanələrinin olması sirr deyil. Britaniyanın Cinayətkarlığa qarşı Mübarizə Agentliyi yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var. Həmçinin digər beynəlxalq hesabatlarda Z.Hacıyevanın qızının həyat yoldaşı, sabiq MTN şefi Eldar Mahmudovun oğlu Anar Mahmudovun da adına rast gəlinir.

Ötən ilin yanvarında isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun da Londonda dəyəri milyonlarla dollar olan mənzil aldığı xəbəri yayılmışdı. Xəbərdə deyilirdi ki, Londonun mərkəzində tikilmiş çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri də Anar Məmmədovdur. İndi onlar üçün də təhlükə yaxınlaşmaqdadır...
/musavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beynəlxalq Bankda təftiş – Cahangir Hacıyevə zərər ödətdirmək istəyirlər

    Beynəlxalq Bankda təftiş – Cahangir Hacıyevə ...

    1-05-2015, 11:31

  • 
  • Cahangir Hacıyevin BACISINDAN AÇIQLAMA

    Cahangir Hacıyevin BACISINDAN AÇIQLAMA ...

    3-10-2017, 17:46

  • 
  • Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət etdi

    Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət ...

    14-02-2018, 12:56

  • 
  • Cahangir Hacıyevin bacısı SOS siqnalı çalır

    Cahangir Hacıyevin bacısı SOS siqnalı çalır ...

    17-03-2018, 15:44

  • 
  • Cahangir Hacıyevə yeni ittiham və həbsdə aclıq keçirir iddiası

    Cahangir Hacıyevə yeni ittiham və həbsdə aclıq ...

    19-09-2018, 12:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu