GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əhməd Əhmədzadənin qurumunda olan nöqsanlar: ASC-nin rəhbəri isə illərdir susur

Əhməd Əhmədzadənin qurumunda olan nöqsanlar: ASC-nin rəhbəri isə illərdir susur

Tarix: 10-10-2018, 15:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 415
Əhməd Əhmədzadənin qurumunda olan nöqsanlar: ASC-nin rəhbəri isə illərdir susur


Ölkədə əhalinin içməli suya olan tələbat və təminatındakı çətinliklər qədər suvarma suyu ilə bağlı problemlər də həll olunmamış qalır. Xüsusilə, regionlarda su problemi özünü daha qabarıq göstərir. Yay aylarında bölgələrdən suvarma suyunun çatışmazlığı ilə bağlı saysız-hesabsız xəbərlər gəlir. Ölkənin su təchizatına iki qurum - “Azərsu” ASC, həmçinin Meliorasiya və Su Təsərrüfatı ASC də cavabdehdir. Narazılıqların miqyasından görünən odur ki, hər iki qurum işinin öhdəsindən gələ bilmir.

Meliorasiya və Su Təsərrüfatı ASC isə ümumiyyətlə, region əhalisini susuzluqla sınağa çəkir. Yuxrıda qeyd etdiyimiz kimi, bu problem, xüsusilə, yay aylarında qabarıq görünür və təkcə bu il regionlardan olan müxtəlif şikayətlərlə bağlı xeyli sayda yazı dərc etmişik. Problemlər ildən-ilə azalmaq əvəzinə artır. Cavabdeh qurumlar isə yarıtmaz fəaliyyətlərilə gündəmdən düşmür, əksinə, problemlər ildən-ilə miras kimi ötürülür.

Yoxlamalar zamanı isə məlum olur ki, qurumlar əhalini su ilə təmin etmək əvəzinə büdcə vəsaitlərini mənimsəməklə və yaxud səmərəsiz xərcləməklə məşğul olublar. Məsələn, son iki ildə ərzində “Azərsu” ASC-yə 60 milyon manatdan artıq vəsait ayrılıb. Amma görülən işlərin səmərəliliyinin ayrılan vəsaitə adekvat olduğunu demək çətindir.

Meliorasiya və Su Təsərrüfatı ASC-də isə vəziyyət daha acınacaqlıdır. Hesablama Palatasının apardığı yoxlamalardan sonra qurumda külli miqdarda yeyinti faktlarının olduğu məlum olub. Hesablama Palatası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Dünya Bankının krediti hesabına həyata keçirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II” layihəsi üzrə vəsaitlərdən istifadə ilə bağlı auditin nəticələrini açıqlayıb. Audit 2015-2017-ci illərdə görülən işləri əhatə edib. Araşdırma zamanı məlum olub ki, tikintisi başa çatmış bəzi şəbəkə və obyektlərin "Azərsu” ASC-yə təhvil-təslim işləri müvafiq qaydada rəsmiləşdirilməyib, Lerik, Masallı və İsmayıllı rayonları üzrə su və kanalizasiya şəbəkəsinin qurulması nəticəsində torpaq kateqoriyalarının təyinatının dəyişilməsinə yol verilib.

Meliorasiya və Su Təsərrüfatı ASC-də ötən il də aparılan yoxlamalar zamanı büdcə vəsaitlərinin səmərəsiz xərcləndiyi, yeyinti hallarına yol verildiyi bir daha təsdiqlənib. Hesablama Palatasının 2018-ci ilin fevral ayında yaydığı hesabatda Meliorasiya və Su Təsərrüfatı ASC-də nöqsanlar aşkarlandığı göstərilirdi. Belə ki, Hesablama Palatasının yaydığı məlumatda qurumun layihədə göstərilənlərdən daha az və keyfiyyətsiz işlər gördüyü məlum olurdu. Müvafiq sərəncamlarla artezian quyularının tikintisi üçün ayrılan vəsaitlər hesabına ASC tərəfindən cəmi 55 quyu qazılıb. Subartezian quyularının hər biri üzrə orta göstəricidə 25-30 hektar torpaq səhəsinin suvarılması planlaşdırıldığı halda, gözlənti özünü doğrultmayıb. 2015-ci ildə təhvil verilən 302 subartezian və artezian quyusundan 55 ədədinin 1-10 hektar, 34 ədədinin 11-15 hektar, 42 ədədinin 16-20 hektar, 66 ədədinin 21-25 hektar, 105 ədədinin isə 26 hektardan artıq torpaq sahəsini suvarması nəzərdə tutulub. Bunun nəticəsi olaraq, 2015-ci ildə təhvil verilən quyuların 65,2 faizi, 2016-cı ildə isə 61,9 faizi layihə gücündən aşağı olmaqla az torpaq sahəsinin suvarılmasını təmin edib.

Hesablama Palatasının yaydığı son məlumatda da göstərilir ki, layihənin əhəmiyyətliliyini, məqsədini özündə ehtiva edən sosial-ekoloji və texniki hədəflərin icra səviyyəsilə bağlı vəziyyət qənaətbəx deyil. Layihə müddətinin dövrü olaraq (əlavə iş həcmlərinin artması və tikinti işlərinin yubadılması, təhvil-təslim işlərinin zəif təşkil olunması və s.) uzadılmasına baxmayaraq, tam təmin edilməsi mümkün olmayıb, həmçinin bağlanmış müqavilələrdə digər xərclərin ümumi layihə dəyərinin 13-17 faizini təşkil etməsi mal-material vahidlərinin qiymətinin ayrı-ayrı layihələrdə əhəmiyyətli dərəcədə fərqlənməsinə səbəb olub.

Rəqəmlərdən görünən odur ki, Meliorasiya və Su Təsərrüfatı ASC dövlət hesabına Dünya Bankından götürülən krediti nəzərdə tutulan istiqamətə xərcləməyib. Bu da onu deməyə əsas verir ki, qurumun yarıtmaz fəaliyyəti və səmərəsiz xərcləri dövlət büdcəsi üçün əlavə yükə çevrilib. Nəticədə problemlər olduğu kimi qalacaq, üstəlik, əhali hələ bir müddət də susuzluğa dözməli olacaq. Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə isə illərdir ki, susur, rəhbərlik etdiyi quruma ünvanlanan ittihamların statistik təsdiqinə münasibət bildirməkdənsə, deyilənləri, yazılanları və iradları seyr etməyi üstün tutur. Nəzərə alsaq ki, hesabatı yayan dövlət qurumudur və sözügedən sənəd birbaşa faktlara əsaslanır, onda Ə.Əhmədzadənin bununla bağlı hesabat verməyə məcbur olduğunu xatırlatmağa ehtiyac qalmaz.

Aşkarlanan nöqsanlar kifayət qədər ciddidir və bunun qurumun rəhbəri Əhməd Əhmədzadənin sonunu gətirəcəyi ehtimalı da az deyil. Ümumiyyətlə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin ləğv olunması məsələsi uzun zamandır ki, gündəmdədir.

Hələ 2016-cı ildən bu qurumun ləğv olunaraq, aidiyyatı üzrə səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyi və “Azərsu” ASC arasında bölüşdürüləcəyi gözlənilirdi. Amma gözləntilər özünü doğrultmadı. Hökumətdə aparılan islahatlar da Əhməd Əhmədzadə və qurumundan hələlik yan keçib, amma bu, heç də struktur islahatının arxivə göndərildiyi anlamına gəlməz. Yoxlama nəticələrinin təhlili Ə.Əhmədzadənin kreslosunun laxladığını söyləməyə əsas verir. Əhali şikayətçidir, su çatışmazlığı kənd təsərrüfatı məhsullarının istehsalına olduqca mənfi təsir göstərir, nəticədə həm də qiymət bahalaşır, büdcə vəsaitləri səmərəsiz xərclənir, yeyintiyə yol verilir. Bütün bunlar Əhməd Əhmədzadə və rəhbərlik etdiyi qurum haqqında yekun qərarın yaxınlaşdığını söyləməyə əsas verir./cebhe.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhmədzadənin  Göyçaydakı kadrının transformator maxinasiyası

    Əhmədzadənin Göyçaydakı kadrının transformator ...

    8-02-2017, 01:16

  • 
  • Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı

    Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı ...

    1-05-2014, 10:12

  • 
  • Əhməd Əhmədzadə Belarusdan 88 ekskavatoru necə aldı...

    Əhməd Əhmədzadə Belarusdan 88 ekskavatoru necə ...

    9-01-2014, 16:50

  • 
  • Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan sulayır

    Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan ...

    29-01-2014, 12:29

  • 
  • Hafiz Əzimzadənin qaranlıq oyunları

    Hafiz Əzimzadənin qaranlıq oyunları ...

    22-05-2014, 10:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu