“Uzun müddət idi ki, bu qədər adam meydana toplaşmırdı. Camaatın canından xof çıxır və insanların Qarabağ məhəbbətinin azalmadığını göstərir”.
GundemXeber.Az bildirir ki, bu sözləri AzEuroNews.com-a Qarabağ Komitəsinin üzvü, keçmiş daxili işlər naziri İsgəndər Həmidov bildirib. İ.Həmidovun sözlərinə görə, mitinqdə iştirakçıların sayı əhəmiyyətli deyil, məqsəd Qarabağ problemini gündəmə daşımaqdır.
Sabiq nazir hesab edir ki, torpaqların azad olunmasının həlli yolu hərbdən keçir: “Qarşılıqlı güzəşt bizə heç nə vermir. Xalq Qarabağın azad olunmasını aprel hadisələrində göstərib”.
İ.Həmidov ötən mitinqdə istefa şüarları səsləndirdiyi üçün komitədə narazılıq yaranması xəbərlərinə də münasibət bildirib:
“Elə bir narazılıq olmayıb. Hər kəs öz fikrini deyə bilər, kiminsə xoşuna gəlməz, normal haldır. Mənə kimsə etirazını bildirməyib, sizdən eşidirəm”.
Komitə üzvü növbəti mitinqdə Müsavat, Milli Şura və digər qüvvələrin də iştirak edəcəyinə ümidlidir.
Onun sözlərinə görə, bu xalqın mitinqidir və hər kəs iştirak etməlidir. Xatırladaq ki, növbəti mitinq noyabrın 24-nə təyin olunub. Amma meriyaya məktub göndərilməyib.
Sorğu
Yeni dizaynımız necədir?