GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Badamdar bələdiyyəsində Həbib Əsədov sayağı “kadr siyasəti”

Badamdar bələdiyyəsində Həbib Əsədov sayağı “kadr siyasəti”

Tarix: 3-03-2014, 17:21 Bölmə :Ölkə Baxış: 1 866
Badamdar bələdiyyəsində Həbib Əsədov sayağı “kadr siyasəti”
Badamdar bələdiyyəsində ölkə qanunları işləmir

Dünyanın aparıcı dövlətlərində yerli özünüidarəetmə orqanı kimi fəaliyyət göstərən bələdiyyələr əhatə etdikləri ərazinin sosial-iqtisadi problemlərinin həllində, abadlıq və quruculuq işlərində müstəsna rol oynayırlar. İlk öncə Azərbaycanda da bələdiyyə strukturu formalaşarkən bizdə də bunun belə olacağını proqnozlaşdıranların arzuları elə ilk mərhələdəcə puç oldu. Çünki Azərbaycanda bələdiyyə sistemi formalaşandan dərhal sonra icra hakimiyyətlərinin yedək şöbəsinə çevrilməklə daha çox torpaq alqı-satqısı ilə məşğul olan bir quruma çevrildilər. Bələdiyyələr daha çox torpaq alveri ilə məşğul olan, vətəndaşların problemlərinin həllində yardımçı olmaq əvəzinə daha çox onlara əlavə problemlər yaradan bir orqan kimi demək olar ki, fəaliyyətsiz vəziyyətdədir. Amma, “fəaliyyətsizlik” heç də bütün sahələrdə özünü göstərmir. Əgər bələdiyyələr vətəndaşların problemlərinin həllində gözə görünmürsə də, torpaq alqı-satqısında, evtikintisində “haqq almaqda” çox operativlik göstərirlər.
Belə “operativ” bələdiyyələrdən biri də Badamdar bələdiyyəsidir. Bu bələdiyyənin fəaliyyətini araşdırsaq bir çox qaranlıq mətləblərin üzə çıxdığının şahidi olarıq. Çünki, Həbib Əsədovun rəhbərlik etdiyi Badamdar bələdiyyəsinin iş prinsipi məhz şəxsi maraqların təmin olunmasına, bələdiyyə sədrinin xüsusi qanunlarının həyata keçirilməsinə əsaslanır.
Həbib Əsəsdov Badamdar bələdiyyəsinin sədri seçiləndən sonra ona “sədaqətli” şəxsləri ətrafına toplayaraq özünə xas idarəetmə strukturu formlaşdırmışdır. Bələdiyyələr əslində seçki yolu ilə formalaşdığı üçün yerli əhalinin problemlərinin həllinə çalışmalı olduğu halda H.Əsədov özünü bu vəzifənin mütləq sahibi hesab edərək bildiyini edir.
Mən Badamdar bələdiyyəsinin “parlaq fəaliyyəti” ilə yaxından tanış olmaq imkanını 2013-cü ilin fevralında əldə etdim. Bələdiyyələr yeni yaradılmış struktur olduğu üçün ölkəmizdə bu sahədə ixtisaslı kadrlar azlıq təşkil edirlər. Mən Qafqaz Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi fakultəsinin məzunu kimi bu sahədə azsaylı kadrlardan biriyəm. Öz ixtisasımüzrə dəfələrlə işlə təmin olunmaq arzusuyla Badamdar bələdiyyəsinə dəfələrlə müraciət etsəm də, Həbib Əsədov tərəfindən süni maneələr yaradılmaqla get-gələ salınırdım. Lakin sonradan Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadəyə etdiyim müraciətdən sonra onun tövsiyyəsi ilə Həbib Əsədov məni işlə təmin etmək məcburiyyətində qaldı. Uzun çək-çevirdən sonra Badamdar bələdiyyəsində hüquqşünas təyin olunsam da, elə o gündən burada rəhbərlik tərəfindən əməlli-başlı ögeylik hiss etdim. Çünki mən Həbib Əsədovun “komandası”nın üzvü deyildim.
Elə bu səbəbdən də mən bələdiyyədə mənimlə “arzuolunmaz qonaq” kimi rəftar edilirdi. H.Əsədov və ətrafındakı şəxslər məni bələdiyyənin heç bir işinə yaxın buraxmır, bütün işləri “bağlı qapılar” arxasında həll edirdilər. Bələdiyyənin hüquqşünası olsam da, bu təşkilatın məhkəmə işlərinin böyük əksəriyyəti mənim iştirakım olmadan aparılırdı. Çünki bu proseslərin iştirakçısı olsaydım, H.Əsədov tərəfindən hüququ tapdalanmış yüzlərlə vətəndaşın problemləri ilə daha yaxından tanış olardım. Buna görə də H.Əsədov məhkəmə proseslərinə daha çox özünə sərf edən qeyri-peşəkar şəxləri cəlb etməklə qanunsuz əməllərini pərdələmək istəyirdi. Bilavasitə iştirak etdiyim azsaylı məhkəmə proseslərində qəbul olunmuş qərarlar isə H.Əsədov tərəfindən yerinə yetirilmir, vətəndaşlar əsassız olaraq süründürməçiliklə üzləşirdilər. Çünki, onun Badamdarda yaratdığı “mütləq hakimlik” sisteminə heç bir məhkəmə instansiyası “dur” demək iqtidarında deyil. H.Əsədovun eyni ərazini bir neçə şəxsə satması faktları üzrə aparılan məhkəmə araşdırılması nəticəsində qəbul olunan qərarlar da yerinə yetirilmir. Belə “şübhəli” işləri pərdələmək üçün H.Əsədov özündən əvvəlki bələdiyyə sədri Bəybala Hüseynovun adından “gen-bol” istifadə etməklə öz əməllərini pərdələyir. Belə ki, hər hansı qeyri-qanuni bir əməli “ört basdır” etmək üçün bunun guya B.Hüseynovun dövründə baş verdiyini bildirməklə məsuliyyətdən yaxa qurtarmağa çalışan H.Əsədov öz “şanlı” əməllərini davam etdirir. Belə “ötür-ötür” oyunlarının qurbanlarından biri də Orucov Qafar Səfər oğludur. Belə ki, ona məxsus torpaq sahəsi sonradan başqa şəxsə satılmış, məhkəmə prosesində isə Badamdar bələdiyyəsi məsuliyyətdən yaxa qurtarmaq üçün işi yenə də B.Hüseynovun “boynuna yıxmışdır”. İddiaçının haqlı tələbinin təmin olunması haqqında məhkəmə qərarı olsa da, Badamdar bələdiyyəsinin sədri Həbib Əsədov yenə də öz bildiyini etməkdədir. Göstərdiyim bu fakt Badamdar bələdiyyəsində baş verən qanunsuzluqların mində biri belə deyildir. Lakin, nə qədər məhkəmə qərarları olsa da, hələ də Badamdar ərazisində yalnız H.Əsədovun qəbul etdiyi qərarlar işləyir.
Bu gün Badamdar bələdiyyəsi bütünlüklə H.Əsədovun xüsusi mülkiyyətindədir. Əgər belə olmasaydı H.Əsədov öz xüsusi maşınının kreditini də bələdiyyə büdcəsi hesabına ödəməzdi. Onun şəxsi “KİA” markalı avtomobilinin aylıq kreditləri isə Badamdarın zəhmətkeş sakinlərinin ödədiyi vergilər əsasında formalaşan bələdiyyə büdcəsindən silinir.
Təbii ki, bütün bu qanunsuzluqları həyata keçirmək üçün H.Əsədova mənim kimi ixtisaslı bir kadr lazım deyildi. Ona görə də, işə başladığım ilk gündən məni necə kənarlaşdırmaq haqqında düşünən bələdiyyə sədri bütün mövcud imkanlarını işə salmışdı. Şəxsən Mehdi Səlimzadənin tövsiyyəsi ilə işə qəbul olunsam da, Həbib Əsədov buna da əhəmiyyət verməyərək öz şəxsi monopoliyasını heç kiminlə bölüşmək istəməyərək nəhayət ki, 2013-cü ilin oktyabrına kimi məni qeyri-qanuni olaraq işdən azad etdi. Bunu isə guya bələdiyyənin əmək haqqı ödəməyəimkanı olmadığı ilə əsaslandıran H.Əsədov nədənsə öz şəxsi avtomobilinin kreditini ödəmək üçün bələdiyyənin haradan pul tapdığını “sirr” olaraq saxlayır. Bələdiyyənin bu “imkansızlığı”nı nəzərə alaraq mən maaşsız işləməyə razı olduğumu bildirsəm də, H.Əsədov bunu heç bir vəchlə qəbul etmədi. Amma maraqlıdır ki, sonradan bilavasitə Səbael rayon İcra Hakimiyyəti tərəfindən “xüsusi” tapşırılmış bir şəxsi vergi müfəttişi vəzifəsinə qəbul edən H.Əsədov ona əmək haqqı verməyə vəsait tapdı. Bu isə bir daha sübut edir ki, mənim işdən azad olunmağımda bilavasitə bələdiyyə sədri H.Əsədovun “xüsusi” maraqları var. Əgər belə olmasaydı, H.Əsədov ölkə başçısının yürütdüyü siyasətə zidd getməzdi. Çünki, dövlət başçısı İlham Əliyev dəfələrlə bütün sahələrdə gənc ixtisaslı mütəxəssislərin önə çəkilməsinin vacibliyini vurğuladığı halda Badamdar bələdiyyəsinin sədri gəncləri işdən azad edərək “xüsusi tapşırıq” əsasında başqalarını işə qəbul etməzdi.
H.Əsədovun fəaliyyəti bir daha sübut edir ki, o, Badamdar bələdiyyəsinin idarəetməsindəki “mütləq monarxiyası”nı heç kiminlə bölüşmək istəmir. Əgər belə olmasaydı o, sırf ixtisasım üzrə bu təşkilatda çalışsam da, məni heç bir əsas olmadan işdən azad etməzdi. Bununla o, heç Bələdiyyələrlə iş üzrə Dövlət Mərkəzini, onun sədri Mehdi Səlimzadəni də qəbul etmədiyini göstərmiş oldu.
Mən Göyçay rayonunda anadan olmuşam. Göyçay narı süfrələr bəzəyi, ağız dadıdır. Amma nədənsə onun dadını tez unudanlar da tapılır. Nar mövzusu və Badamdar bələdiyyəsinin qanunsuz əməllərinin davamını növbəti saylarımızda oxuyacaqsınız.

Rəşad Hüseynov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Badamdar bələdiyyəsinin sədri Həbib Əsədovun “Benzin pulu əməliyyatı» gizlinləri

    Badamdar bələdiyyəsinin sədri Həbib Əsədovun ...

    16-03-2014, 12:44

  • 
  • Badamdarı “dara çəkən” Həbib Əsədov - FOTOLAR

    Badamdarı “dara çəkən” Həbib Əsədov - FOTOLAR ...

    4-04-2014, 10:33

  • 
  • Bələdiyyələr nə işlə məşğul olur

    Bələdiyyələr nə işlə məşğul olur ...

    26-03-2014, 23:43

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Sumqayıt bələdiyyəsində qanunsuzluq

    Sumqayıt bələdiyyəsində qanunsuzluq ...

    18-07-2013, 17:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu