Bir çox sahələrdə olduğu kimi səhiyyə sistemi də problemlərin ağuşunda boğulur.
Bu gün ölkənin bütün xəstəxanalarında rüşvətxorluq, özbaşınalıq hökm sürür. Bəzi baş həkimlərin səriştəsizliyi, pula hərisliyi və qanunlara əhəmiyyət verməməsi isə dəhşətli facilər yaradır və ya bunun üçün zəmin hazırlayır. Elə buna görədir ki, insanlarımız dərdlərini sağaltmaq üçün xarici ölkələrə üz tuturlar. Gundemxeber.Az Mozalan.az-a istinadən xəbər verir ki, belə tibb ocaqlarından biri də Beynəlxalq Rayon Mərkəzi Xəstəxanasıdır. Rayon sakinlərinin verdiyi məlumata görə, xəstəxanada əhaliyə normal normal tibbi xidmət göstərilmir, əvəzində vətəndaşların cibi soyulur. Bunlar isə xəstəxana rəşbərliyindən narazılıqları artırır. Elə bu səbəbdən də adıçəkilən səhiyyə ocağı ilə bağlı müxtəlif mətbuat orqanlarına, eləcə də bir sıra dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir.
Yaxşı cərrahdı, amma...
Beyləqan sakinlərinin sözlərinə görə, xəstəxananın baş həkimi Əli Məmmədov cərrah kimi cərrahdır, amma baş həkim kimi bacarıqsız və idarəçilik fəaliyyəti sıfıra bərabərdir. Məhz idarəçilik təcrübəsi olmadığından xəstələrdən pul çırpışdırmağı özünə qənimət sayan baş həkim dövlətin bu istiqamətdə ayırdığı vəsaiti qayçılamaqla kifayətlənmir. İddia olunur ki, Əli Məmmədov müxtəlif dərman firmaları ilə sövdələşərək xəstələrə firma dərmanlarını sırıyır. Sakinlər bildirir ki, dövlət tərəfindən xəstəxanaya ayrılan müxtəlif adda dəriman pereperatlarını və digər tibb ləvəzimatlarını qardaşına məxsus aptekdə satdırır. Xəstələrinə bahalı dərmanlardan ibarət resept yazan Əli Məmmədovun məqsədi bu yolla daha çox gəlir əldə etməkdir. Belə ki, bütün firmalar bu reseptlərə görə həkimlərə faiz ödəyir. Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Əli Məmmədovun imza atdığı maliyyə maxinasiyaları heç də kiçik kəmiyyətlə ölçülmür. Bunlar ən çox da Vaqif Abdullayevin rayona başçılıq etdiyi dönəmdə olub. Bu prosesin ilkin mərhələsi isə tibbi avadanlıqların alınmasından başlayıb. Həmin maxinasiyalar haqda mətbuat 2 il əvvəl yazmışdı.Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqların alınması üçün 16255 manat pul ayrılıb. Bu işlər də "Araş Medikal" MMC-nin imkanları hesabına qarşılanıb. Avtomobil və digər avadanlıqların satın alınması prosesi isə "Aysu-2" MMC-yə həvalə edilib. Bu yolla da ayrılmış vəsait 17905 manat baş həkimin cibinə keçib. Yəni avtomobil və avadanlıq satın alınması sadəcə sənəd üzərində-formal aparılıb. Əli Məmmədovun eyni şirkət vasitəsilə yumşaq inventarların alınması üçün 13772 manat xərclədiyini vurğulayan məlumatlı şəxsin deməsinə görə, baş həkim bərk inventarların alınması üçün ayrılmış vəsaitə də göz dikib: "Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bu zaman "Paritet" MMC vasitəsilə daha 23820 manat əldə etməyə müvəffəq olub".
Açıq bazar
Beyləqan Rayon Mərkəzi Xəstəxanası müvafiq sənədlərdə dövlət tibb müəssisəsi kimi göstərilsə də, əslində burda pulsuz xidmət almaq qeyri-mümkündür. İstənilən şöbəyə müraciət edən xəstə mütləq əlini cibinə salmalıdır. Burada müayinələrin konkret qiymətləri var. Məsələn, rentgen 20 manat, qan analizi 10 manat, digər analizlər 15 manat, ürək-damar sisteminin yoxlanılması 20 manat, USM 20 manat və s. Cərrahi əməliyyatlar isə 400-1000 manat civarında dəyişir. Məlimatlar bununla yekunlaşmır. Beyləqanda verilən məlumata görə baş həkimin benzin maxinasiyası bir dəfə faciəyə də səbəb olub. Təcili yardım avtomobillərinə ayrılmış benzin satılaraq baş həkimin cibinə gedirmiş. Sürücülər təcili yardım maşınına yanacağı öz hesablarına vururmuşlar. Çağırışların birində təcili yardım maşınında benzin qurtararaq yolda qalıb. Maşında olan ağır xəstə xəstəxanaya vaxtında çatdırılmadığından vəfat edib. Bir neçə il əvvəl isə morqa diri adamın göndərilməsi qalmaqalı yaşanmışdı.
Qara buludlar
2017-ci ilin əvvəlində Beyləqan Rayon Mərkəzi Xəstəxanasında aparılam maliyyə yoxlamaları zamanı ciddi korrupsiya hüququpozmaları aşkarlandı. Beyləqan rayon xəstəxanası bir aydan çox təftiş olundu. Qeyd olunurdu ki, Maliyyə Nazirlyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi tərəfindən Beyləqan rayon Mərkəzi xəstəxanasında aparılan yoxlamalarda baş həkim Əli Məmmədovun ciddi maliyyə pozuntularına yol verdiyi aşkarladılar. Xəstəxanadan adının çəkilməsini istəməyən şəxsin verdiyi məlumata görə, ortaya çıxan maliyyə pozuntuları o qədər böyük olub ki, baş həkim şöbə müdirlərindən və tibb personalından "hərəkətə” gəlməyi tələb etmişdi. Düzdür, dövlətə dəyən maddi ziyan Əli həkim tərəfindən ödənilidi. Ancaq böyük yeyinti faktlarını dəymiş maddi ziyanı ödətməklə bağlamaq olmazdı. İş mütləq Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməli idi.Əgər bu baş versəydi Əli Məmmədov baradə cinayət işi başlanmalı idi. O zaman Əli Məmmədovun hamisi, sabiq icra başçısı Vaqif Abdullayev buna icazə vermədi, bütün gücündən istifadə edərək onu qorudu.
İndi hamisiz qalmış baş həkimin üstünü yenə qara buludlar alıb.
Sorğu
Yeni dizaynımız necədir?