GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Oqtay Şirəliyevin «reanimasiya biznesi»

Oqtay Şirəliyevin «reanimasiya biznesi»

Tarix: 10-12-2012, 17:33 Bölmə :İqtisadiyyat Baxış: 598
Oqtay Şirəliyevin «reanimasiya biznesi»

Xəstəxanalarda reanimasiya şöbələri satışa çıxarılıb

Səhiyyə sistemindəki özbaşınalıqlarla bağlı məlumatlar dəfələrlə mətbuat səhifələrində işıqlandırılsa da, hələ də bu istiqamətdə hansısa samballı addımın atılmaması sözügedən sahədəki biabırçılıqların daha da geniş vüsət almasına nədən olmaqdadır. Elə bunun nəticəsidir ki, bu gün bütün ölkədə korrupsiya ilə mübarizə aparılsa da, hansısa ağ xalatlının burnu belə qanamayıb.
Halbuki dəfələrlə ölkə miqyasında keçirilən sorğuların nəticələrində və əsas olaraq gündəlik həyatımızda şahidi olduqlarımızda da diqqətə gələni odur ki, səhiyyə sistemi bu gün ən çox korrupsiyaya uğramış istiqamətlərdən biri və bəlkə də birincisidir. Doğrudur, bunu ayrı-ayrı dönəmlərdə müxtəlif dövlət rəsmiləri də etiraf ediblər. Məsələn, keçmiş səhiyyə naziri Əli İnsanov həbsə atılarkən onun ardından danışan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirmişd ki, Azərbaycan səhiyyəsi rüşvət altında inildəyir.
Bəs nə baş verir? Nədən bu boyda korrupsiya ilə mübarizə şousu səhiyyə sistemini öz ağuşuna almır? Ola bilməz ki, Oqtay Şirəliyev nazir postuna yiyələndikdən sonra hər şey gözəlləşib və xəstəxanalar gül-çiçəyə qərq olub. Mümkün deyil ki, bu müddət ərzində Oqtay Şirəliyev dünənə qədər rüşvət alan həkimləri, tibb işçilərini yeni rüşvətsiz həyata alışdırsın.
Təbii ki, Oqtay Şirəliyev səhiyyə naziri olandan sonra tibb sahəsində çox şeylər dəyişdi. Amma daha çox pisə doğru. Artıq səhiyyəyə aid elə bir sahə mövcud deyil ki, inhisarlaşmasın, yəni hansısa məmurun nəzarəti altına keçməsin. Bu gün dərman bazarından tutmuş tibbi xidmət bazarına qədər hər şey məmurlar arasında paylaşdırılıb və bu da əslində korrupsiyanın daha da çiçəklənməsi ilə müşaiyət olunur.
Maraqlı orasıdır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə səhiyyə sistemi ilə bağlı yetərincə şikayətlərin edilməsinə baxmayaraq, bu şikayətlər də məhz Oqtay Şirəliyevin hakimiyyət içindəki nüfuzu səbəbindən diqqət mərkəzinə düşə bilmir. Hətta bu yaxınlarda narkodispanserdə baş verən olay da bunu təsdiqlədi. Yəni Oqtay Şirəliyev bu gün hansısa həkiminin rüşvətə görə həbsdən saxlayacaq qədər qüdrətlidir və bu qüdrət bu gün xəstəxanalarda biabırçı vəziyyətin daha da genişlənməsinə rəvac verir. Redaksiyamıza müraciət edən şikayətçilər ortaya yeni faktları qoyublar. Və bu faktlar mövcud mənzərənin hansı şiddətdə biabırçı olmasını sübutlayır.
Şikayətçilər bildirir ki, əvvəllər xəstəxanalarda ağır xəstələr üçün nəzərdə tutulan reanimasiya şöbələri indi həkimlərin və baş həkimlərin, şöbə müdirlərinin qazanc yerinə çevrilib. Bu barədə şikayətçilərin söylədikləri: «Dünənə qədər əgər ağır xəstələr reanimasiyada yatırdısa, indi palatalarda müalicə olunmalı olan xəstələr də bu şöbədə saxlanılır. Təbii ki, bunun müqabilində pul verilməlidir. Xəstə yaxınları da öz xəstələrinin xüsusi diqqət altında saxlanılması üçün baş həkimlərə və şöbə müdirlərinə pul ödəyirlər». Ayrı-ayrı xəstəxanalarda reanimasiya şəraitinin qiymətinin müxtəlif olduğunu bildirən şikayətçilərin sözlərinə görə, bu rəqəm 500-1000 manat arasında dəyişir: «Hər xəstəxananın öz qiyməti var».
Bu hesab-kitab nəticəsində real reanimasiyalıq xəstələr üçün xəstəxanalarda yerin tapılmadığını bildirən şikayətçilər söyləyirlər ki, bu günlərdə «respublikanski» xəstəxana kimi tanınan tibb müəssiəsinin birinci korpusunda biabırçı bir olay da yaşanılıb: «Belə ki, reanimasiyalıq xəstələrdən biri palata şəraitində saxlanıldığından və ona gərəkən tibbi diqqət ayrılmadığından əslində sağalması mümkün olan xəstələrdən biri dünyasını dəyişib. Onu yalnız son anda, yəni ölümünə dəqiqələr qala reanimasiya şöbəsinə yerləşdirdilər. Xəstə yaxınlarının rayonda olması bu şərait üçün həkimlərə əlverişli fürsət yaradıb».
Bir sözlə, bu gün Oqtay Şirəliyevin xəstəxanalarındakı durumun Əli İnsanovun dönəmi ilə müqayisə olunmayacaq qədər şiddətli formada pisləşdiyini söyləyən şikayətçilər bildirdilər ki, səhiyyə naziri «reanimasiya biznesindən» hər xəstəxanadan orta hesabla bir ay ərzində 20-30 min manat pul yığır.
Bu da sizə daha bir korrupsiya faktı. Hər halda, bu məsələnin müvafiq dövlət qurumları tərəfindən cidiyə alınmasına və ciddi şəkildə araşdırılmasına ehtiyac var. Çünki söhbət insanlarımızın sağlamlığından gedir.

Nasir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli İnsanov bu gün qərar verəcək

    Əli İnsanov bu gün qərar verəcək ...

    23-12-2013, 12:40

  • 
  • ƏLİ İNSANOV HƏMYERLİLƏRİNƏ ÇAĞIRIŞ ETDİ

    ƏLİ İNSANOV HƏMYERLİLƏRİNƏ ÇAĞIRIŞ ETDİ ...

    19-09-2013, 17:10

  • 
  • Oqtay Şirəliyevlə müavini arasında münaqişə son həddə

    Oqtay Şirəliyevlə müavini arasında münaqişə son ...

    26-01-2014, 00:30

  • 
  • Əli İnsanov: "Məni öldürmək istəyirlər"

    Əli İnsanov: "Məni öldürmək istəyirlər" ...

    7-02-2014, 20:49

  • 
  • Əli İnsanov həbsxanadan bəyanat verdi

    Əli İnsanov həbsxanadan bəyanat verdi ...

    23-12-2013, 20:15


Təqvim

«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2022 (63)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu