GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ÖLKƏNİ SİLKƏLƏYƏCƏK OLAY, “QATİL” QURBANINI NECƏ XİLAS ETDİ?-VİDEOFAKT

ÖLKƏNİ SİLKƏLƏYƏCƏK OLAY, “QATİL” QURBANINI NECƏ XİLAS ETDİ?-VİDEOFAKT

Tarix: 10-12-2018, 18:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 9 888
ÖLKƏNİ SİLKƏLƏYƏCƏK OLAY, “QATİL” QURBANINI NECƏ XİLAS ETDİ?-VİDEOFAKT


Vüqar Gülüşov: “Şor kanal”ın üstünə gətir və orada qətlə yetir. Sonra mənə zəng et və “iş bitdi” de. O halda mən benzin gətirim, birlikdə meyitin üstünə töküb yandıraq ki, iz itsin. Qorxma, əgər səni həbs etsələr, o halda Bulat Ağabəyov səni qurtaracaq. Sonda sənə əlavə 40 min AZN pul da verəcəyik”.

Bu günlərdə “Gündəm Xəbər”in redaksiyasına Salyan rayonu, Sarvan kənd sakini Əsədov Təbriz Fərəc oğlu tərəfindən tükürpədici müraciət daxil olub. O, təqdim etdiyi müraciətində qeyd edir ki, “Mənim bu müraciətimi ölkə rəhbəri cənb İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya, daxili işlər naziri cənab Ramil Usubova və aidiyyəti üzrə digər dövlət qurumlarına rəhbərlik edən şəxslərə çatdırasınız. Sizin redaksiyaya gəlib verdiyim video-müsahibədə dediklərimin hər biri də düzgündür. Çünki, məni rayonumuzun imkanlı şəxslərindən biri hesab olunan Vüqar Gülüşov, ölümlə nəticələnə biləcək cinayət əməlini törətməyə təhrik etmişdi. Belə ki, adı çəkilən bu şəxs mənə külli miqdarda pul təklif edib, aralarında hansısa səbəblər üzündən ziddiyətli münasibətləri olan Cabbarov Elşən Mürsəl oğlunu öldürməyi sifariş vermişdi. Onu bildirim ki, Vüqar Gülüşov yay aylarında məni Salyan rayonunun Sarvan kəndi ərazisində yerləşən “Şahdağ” kafesinə dəvət etdi və biz bir yerdə oturub söhbətləşdik. O, söhbət etdiyimiz zaman Elşən Cabbarovla münasibəti olmadığını bildirdi və mənə onu öldürməyi təklif etdi. Belə bir işin müqabilində “beh” olaraq 20 min AZN pul təklif etdikdə, ona bu qədər pulu sən hardan əldə etmisən deyə sual etdim. O halda o, “Bu pulları mənə Baş Mil-Muğan İstismarı idarəsinin rəisi Bulat Ağabəyov verib” dedi. Vüqar Gülüşov mənimlə söhbətində planı belə bir formada həyata keçirməyi təklif etdi və bildirdi ki, “Sən Elşən Cabbarovu bir-iki günə yaxınlıqdakı “Şor kanal”ın üstünə gətir və orada qətlə yetir. Sonra mənə zəng et və “iş bitdi” de. O halda mən benzin gətirim, birlikdə meyitin üstünə töküb yandıraq ki, iz itsin. Qorxma, əgər səni həbs etsələr, o halda Bulat Ağabəyov səni qurtaracaq. Sonda sənə əlavə 40 min AZN pul da verəcəyik”.
Çox keçmədi ki, Vüqar Gülüşovun mənə etmiş olduğu belə bir təklifləri Elşən Cabbarova çatdırdım. Çünki kiminsə həyatına qəsd etmək mənim işim deyildi. Bütün bunlarla bağlı Elşən Cabbarov məlumatlı olduqdan sonra, o, məni Bakıya dəvət etdi və bu barədə DİN-nin 102 xidmətinə məlumat verdi. Onu da bildirim ki, bu məsələlərlə bağlı üstüstə Vüqar Gülüşovla dörd dəfə görüşsəm də, ikinci görüşümüzdən sonra bütün məsələləri Elşən Cabbarova çatdırmışdım. Belə bir səbəblər üzündən də, çox keçmədi ki, bizi Xətai rayon Polis İdarəsinin 38-ci polis bölməsinə dəvət edib, hər ikimizin izahatımızı aldılar. Baş verənlərlə bağlı lazımi iş materialları toplanıb Xətai RPİ-nə göndərilsə də, az sonra Xətai rayon Prokurorluğunda da izahat verməyə dəvət etdilər. İzahatı verdikdən sonra Salyana qayıtdım və iki gündən sonra, Araz və adını tam dəqiqləşdirə bilmədiyim başqa bir müstəntiq mənə zəng edib rayona gəldiklərini bildirdilər. Mən həmin şəxslərlə Sarvan kəndi ərazisində yerləşən “Şahdağ” kafesində görüşdüm və müstəntiqlər yanımda Vüqar Gülüşova zəng edib, ondan yanımıza gəlməsini bildirdilər. Vüqar Gülüşov biz olan yerə gələnə kimi həmin şəxslər mənə bildirdilər ki, “Təbriz əgər sən Vüqar Gülüşovun üzünə durub hər şeyi sübut etsən, o halda ona 12 il iş verilə bilər”. Həmin an bir az tərəddüd etdim, çünki mən kiməsə mərdimazarlıq etmək istəmirdim. El-obada “Sən adam tutdurmusan” deyə məni qınayacaqdılar. Bir qədər vaxt keçdikdən sonra Vüqar Gülüşov yanımıza gəldi və hər şeyi boynundan atdı və bir növ dirəniş göstərib belə bir şeylər olmadığını da bildirdi. Araz adlı müstəntiq “Gedək Bakıya, hər ikinizin izahatınızı almalıyam” dedi. Yolboyu Vüqar Gülüşov mənə yalvararaq “Məni tutdurma, tutdursan sənə nə xeyri olacaq? Mən babayam, yaşımın belə bir vaxtında həbsdə qalmağa halım yoxdur. Mən bilirəm ki, kasıb oğlansan, sənin pula ehtiyacın var. Mən Bulat Ağabəyova deyərəm, sənə təzə “Kamaz” markalı nəqliyyat vasitəsi və əlavə 10 min manat pul da verərik. Gedib olub-qalan problemlərini həll edərsən. Sadəcə izahat yaz ver ki, bu Elşən Cabbarovun planı idi. O, məcbur etdi ki, mən belə yazım”. Mən onun sözünə qulaq asıb ifadəmi dəyişdim və Elşənin əleyhinə izahat yazıb verdim. Vüqar Gülüşovla birlikdə Salyana qayıtdıq. Evə gəldikdə valideyinlərim məsələdən xəbər tutdular və əhvalatı onlara olduğu kimi danışmağımı tələb etdilər. Onlar danışdıqlarımı dinlədikdən sonra, atam anamla birlikdə Bakıya gəlir və poçt vasitəsilə DİN-nə teleqram vururlar. Teleqramda Gülüşovun məni cinayətə, həmçinin ifadəmi dəyişməyə təhrik etməsini qeyd etməklə bərabər, qəti şəkildə də etirazlarını bildirirlər. Bir neçə gündən sonra vəkilimlə birlikdə Xətai RPİ-də oldum və birinci ifadəmin düzgün olmasını, ikinci ifadəmin isə Vüqar Gülüşovun təkidi ilə dəyişdirdiyimi bildirdim. Həmin vaxt bildirdilər ki, bu iş DİN-də araşdırılır. Bir dəfə də məni DİN-nə çağırdılar, amma vəkilimi içəri braxmadılar. DİN-də məndən soruşdular ki, “İfadələrindən hansı düzgündür?”. O halda qeyd etdim ki, birinci ifadəm düzgündür. Buna baxmayaraq onlar birinci ifadəmi qəbul etmədilər və Müşfiq adlı müstəntiq mənə hədə-qorxu gələrək, “Bunu da içəri atın” dedi. Həmin vaxt vəkilim məni bayırda gözləyirdi. Düzdür, bir qədər DİN-də qalsam da, çox keçmədi ki, heç bir ifadəm alınmadan məni sərbəst buraxdılar. İndi başa düşürəm ki, mən Baş Mil-Muğan İstismarı idarəsinin rəisi Bulat Ağabəyovun və Vüqar Gülüşovun qurduqları oyunun “qurbanı olmuşam”. Bəli, bunu gec anladım, indi isə hər şeyi açıq danışıram, kiminsə də oyunçusu olmaq istəmirəm. Düzdür, çoxları kimi mənim də pula ehtiyacım var, amma kiminsə əleyhinə yalan ifadə vermək istəmirəm. Belə bir addımı ataramsa, o halda valideyinlərim məni heç cür bağışlamazlar. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim yazdıqlarımı və sizə verdiyim canlı video-müsahibəni ictimailəşdirib, geniş ictimaiyyətin
diqqətinə çatdırasınız”.



P.S. Əsədov Təbriz Fərəc oğlunun iddialarını əsas tutaraq, Vüqar Gülüşovla əlaqə saxladıq və ondan səslənən ittihamlara münasibət bildirməsini də xahiş etdik. Məqsədimiz Təbriz Əsədovun iddiaları əsasında hazırlanmış məqalənin birtərəfli qaydada deyil, məhz qarşı tərəfin mövqeyini öyrənməklə dərcinə nail olmaq idi. Çox keçmədi ki, məqalədə adı çəkilən və vətəndaşı ağır cinayətlər törətməyə təhrik edən, həmçinin daha çox ittiham obyektinə çevrilən Vüqar Gülüşov redaksiyamıza təşrif buyurdu və bir çox məsələlərlə bağlı öz mövqeyini də ifadə etdi. O, bildirdi ki, “barəmdə səslənən ittihamlar tamamilə yalandır. Bulat Ağabəyov mənə heç zaman pul verməyib. Sifariş məsələsinə gəldikdə isə, onu deyə bilərəm ki, Təbriz müstəntiqə verdiyi izahatında sifarişin Elşənlə “Ay işığı” restoranının sahibi Məmməd adlı şəxs tərəfindən verildiyini dedi. Mən, yaxud da bir kimsə onu belə bir izahat yazmağa məcbur etməyib. Heç vaxt ona deməmişəm ki, sən hansısa addımını at, Bulat müəllim sənin təminatlarını ödəyəcək. Ümumiyyətlə, Təbriz Əsədov izahatlarını bir neçə dəfə dəyişib. Bütün bu işlər onun ata-anasının etdikləri şikayətlər əsasında baş tutub. Xətai polisində Təbriz Elşəni söydü və ona bildirdi ki, “Məmmədlə sən məni öyrətdin ki, sən Vüqarın üzünə dur. Elşən ona heçnə deyə bilmədi”.
Onu da bildirək ki, Təbriz Əsədovun iddiaları əsasında əsas ittiham olunan şəxslərdən biri də, Baş Mil-Muğan İstismarı idarəsinin rəisi Bulat Ağabəyov olduğundan, növbəti məqalədə adı çəkilən şəxsin də mövqeyini öyrənməyə çalışacağıq. Çünki, bu mövzu olduqca diqqəti cəlb edən mövzulardan biridir. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İbrahim Nehrəmlidən Ramil Usubova şikayət - 335 min manatlıq mənimsəmə

    İbrahim Nehrəmlidən Ramil Usubova şikayət - 335 ...

    5-08-2015, 01:08

  • 
  • Musiqi məktəbində sensason olay yaşanıb – ŞOK İDDİA

    Musiqi məktəbində sensason olay yaşanıb – ŞOK ...

    20-06-2018, 19:00

  • 
  • Vətəndaş İlham Əliyevə müraciət etdi

    Vətəndaş İlham Əliyevə müraciət etdi ...

    24-11-2014, 22:29

  • 
  • Daxili İşlər Naziri cənab Ramil Usubova

    Daxili İşlər Naziri cənab Ramil Usubova ...

    3-06-2015, 12:13

  • 
  • Şamaxı rayon sakini Baş prokuror Zakir Qaralova MÜRACİƏT ETDİ

    Şamaxı rayon sakini Baş prokuror Zakir Qaralova ...

    6-03-2017, 01:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu