GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ata oğlunun müəmmalı ölümü ilə bağlı ölkə rəhbərliyinə müraciət etdi - VIDEO

Ata oğlunun müəmmalı ölümü ilə bağlı ölkə rəhbərliyinə müraciət etdi - VIDEO

Tarix: 14-12-2018, 16:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 808
Ata oğlunun müəmmalı ölümü ilə bağlı ölkə rəhbərliyinə müraciət etdi - VIDEO


Bir neçə gün bundan əvvəl Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsi, ev-6 ünvanda qeydiyyatda olan Səfərov İkram Qasım oğlu ölkə rəhbəri cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər naziri cənab Ramil Usubova və digər vəzifə sahiblərinə ünvanladığı müraciətin bir surətini də, “Gundemxeber.az” saytının redaksiyasına təqdim edib.

Adı çəkilən şəxs təqdim etdiyi müraciətində qeyd edir ki, “dövlətçiliyimizin qorunmasında və hüquqi dövlətimizin formalaşmasında əbədi liderimiz H.Əliyevin rolu əvəzsiz olmuş və onun siyasi varisi cənab İlham Əliyev və dövlətçiliyimizə sədaqətli olan dövlət məmurlarının bacarığı hesabına, bu gün Azərbaycan Respublikası daha da möhkəmlənmişdir.
Ümummilli liderimiz Heydər Əliyev demişdir ki, “Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran hər bir məmur üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanunidir, qanunun aliliyidir. Ədalətsiz qərar insanların taleyinə təsir edir. Əgər qəbul edilmiş qərar ədalətsizdirsə, insanlar çox böyük əziyyət çəkirlər. Hər bir cinayətin öz cəzası olmalıdır. Bununla bərabər günahsız insanlar heç bir vaxt, ədalətsiz qərarların qurbanları olmamalıdır. Bu məhkəmə sisteminin əsas prinsipləridir və əminəm ki, Azərbaycanda bu sahədə aparılan işlər və görülən tədbirlər qısa müddət ərzində nəticələrini verəcəkdir”.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə islahatları bu gün də cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası mexanizmləri təkmilləşdirilir. Cənab Prezident İlham Əliyev demişdi ki, “Mən hər bir məmurdan tələb edirəm ki, öz vəzifə borcuna vicdanla yanaşsın. Tapşırılan sahədə yaxşı işləsin, insanları narahat edən problemləri aradan qaldırsın. Bütün ərizə və müraciətlərə vaxtı-vaxtında cavab versin”. İstər ümummilli liderimiz Heydər Əliyevin, istərsə də cənab Prezidentimiz İlham Əliyevin müdrik kəlamları, hüquq-mühafizə orqanları əməkdaşlarına örnək olur. Bəzi məmurlar isə həmin kəlamları anlamır və ya verimiş tapşırıqları tam yerinə yetirməkdən imtina edirlər ki, bu da dövlətimizin iqtisadi və siyasi əsaslarının sarsıdılmasına gətirib çıxarır.
İkram Səfərov təqdim etdiyi müraciətində ürəkağrısı ilə qeyd edir ki, “1986-cı il təvəllüdlü övladım Səfərov Səbuhi İkram oğlu 02.11.2018-ci il tarixdə, gecə saat təxminən 23:00-24:00 arası radələrdə öldürülərək Bakı şəhəri, Yasamal rayonu, 31 №-li tam orta məktəbin yanındakı təcili tibbi yardım stansiyasının həyətindəki 6000 kvt-luq gərginlikli elektrik yarımstansiyasının içərisinə atılır. Oğlumun meyitinin həmin yerə atılması ilə o halı sübuta yetirmək istəmişlər ki, guya ki, o, elektrik yarımstansiyasından detal oğurluğu edərkən onu elektrik cərəyanı vurur və belə bir səbəb üzündən də Səbuhi Səfərov dünyasını dəyişir. Həmin fakt üzrə Bakı şəhəri, Yasamal rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə cinayət işi qaldırılmış, cinayət işinin istintaqı prokurorluğun müstəntiqi Tamerlan Sadıqova həvalə edilmiş, sonuncu isə istintaqı sənəd üzrə başlasa da, istintaqı aparmamış, faktiki olaraq dayandırmış, beləliklə baş vermiş cinayət hadisəsinin ört-basdır edilməsinə və mövcud olan faktların aradan qaldırılmasına süni şərait yaratmışdır. Müstəntiqin bizə deməsinə görə, oğlum 6000 kvt-lıq gərginlikli elektrik şitinin yanında kürəyindən elektrik vurmasından ölmüşdür. Qeyd edim ki, oğlum hələ azyaşlı vaxtlarından elektrik cərəyanından qorxmuş, hətta elektrik rozetkasına əlini vurmaqdan da çəkinmiş, belə olan halda o, 6000 kvt gərginlikli elektrik yarımstansiyasının şitinə necə yaxın durardı. Bundan başqa, yəqin ki, Səbuhi Səfərov sürücü işlədiyi “Azərişıq” ASC-ə xəyanət edib ondan oğurluq etməzdi. Daha sonra, o, oğurluq etmək məqsədi ilə hadisə yerinə getmiş olsaydı, o halda ağır çəkidə olan detalları aparmaq üçün mütləq avtomobilini özü ilə aparmalı olardı.
Onu da qeyd etmək lazımdır ki, hadisənin baş verdiyi gün axşam saat 20:00-21:00 radələrində həyat yoldaşım Səfərova Dilşad Oqtay qızı oğlum Səbuhiyə telefon zəngi edərək harada olduğunu ondan soruşmuş, o isə cavabında “Azərişıq” ASC-ə məxsus “UAZ” markalı avtomaşını qaraja qoyub evə gələcəyini demişdi. Oğlum 01.11.2018-ci ildən məzuniyyətə buraxıldığını bildirmiş, lakin gecə evə gəlməmişdir. 03.11.2018-ci il tarixdə şəxsən “Azərişıq” ASC-nin qarajına gedərək oğlum Səbuhinin harada olmasını soruşarkən məlumat vermişlər ki, onu elektrik vurmuşdur. Morqda Səbuhinin meyitinə baxış keçirərkən məlum olmuşdur ki, onun kürək nahiyyəsinin ürək istiqamətində dairəvi qaraltı və hər iki diz oynağında, əsasən sağ diz oynağında aşağıdan yuxarı sıyrıqlar var.
Göründüyü kimi elektrik cərəyanı Səbuhini kürəyindən vurmuş və diz oynağından çıxmışdır. Belə olan halda o nəticəyə gəlmək mümkündür ki, Səbuhiyə zor tətbiq etməklə elektrik şitinə arxası üstə toxundurmaqla öldürmüşlər. Əgər o, elektrik şitinə müdaxilə etmiş olsaydı, o halda onu elektrik cərəyanı arxa tərəfindən deyil, qabaq istiqamətindən vurmuş olardı.
Bundan əlavə, Səbuhinin təxminən 400-500 manat dəyərində ”Ayfon-5” və təxminən 100 manat dəyərində “Nokia” markalı iki ədəd telefonu olmuş və həmin telefonlar hadisə zamanı onun üstündə olmuşdur. 02.11.2018-ci ildə Səbuhiyə son telefon zəngimiz saat təxminən 00:00 radələrində olmuş, artıq onun telefonu söndürülmüş olduğundan cavab verilməmişdir. Deməli, o, 02.11.2018-ci ildə saat 00:00-dək öldürülmüş, telefonu isə ondan oğurlanaraq götürülmüşdür. Araşdırmalar zamanı Səbuhiyə məxsus “Ayfon-5” markalı mobil telefonun oğurlanması və onun sındırılaraq istintaqa təhvil verilməsinə baxmayaraq, istintaq orqanı həmin telefonu oğurlayan şəxsin şəxsiyyətini müəyyən etsə də, onu cinayət məsuliyyətinə cəlb etməmiş, bu barədə zərərçəkmiş kimi biz də məlumatlandırmamışlar.
Bundan başqa, “Ayfon-5” markalı mobil telefonun oğurlanmış şəxsin yaşadığı Bakı şəhəri Yasamal rayonu, A.Şaiq küçəsi, ev-141 saylı ünvan üzrə Natiq adlı sahə müvəkkili həmin telefonu oğurlamış Ziya adlı şəxsin evinə müstəntiqin qeyri-rəsmi istintaq tapşırığına əsasən 15 dəfə gedib-gəlmiş, onu 16 gün evdə oturmağını və bu barədə heç kəsə məlumat verməməyi tapşırmışdır. Müstəntiqin dediyinə görə hadisə yerindən iki ədəd açar, o cümlədən bir ədəd “razvodnoy”, bir ədəd isə “üçkünc” açar tapılmışdır. Hansı ki, həmin açarlardan heç birisi bizdə olmamışdır. Istintaq orqanı tərəfindən həmin açarlarda olan əl-barmaq izləri götürülməmiş, müvafiq ekspertizaya təqdim olunmamışdır. Hansı ki, belə bir faktın müəyyən edilməsi ölüm faktının açılmasında mühüm əhəmiyyət kəsb edir.
Bundan başqa, hadisə yerinə yaxın ərazidə “TŞ” markalı təhlükəsizlik kamerası var ki, istintaq orqanı həmin kameranın görüntülərini əldə edərək istintaqa təqdim etməmişdir.
Eyni zamanda, 03.11.2018-ci ildə səhər saat 09:00 radələrində bir ədəd göy rəngli “Mercedes C klass” markalı avtomobildə iki nəfər cavan oğlan evimizin yaxınlığına gəlirlər və Səbuhinin yaxın dostu olduqlarını, nə kimi hadisənin baş verdiyini Səbuhinin dostu Peymandan soruşurlar və Səbuhinin öldüyünü eşitdikdən sonra çıxıb gedirlər.
Bundan başqa, istintaqa da məlumdur ki, hadisə vaxtı oğlumun yanında olmuş şəxs Səbuhini elektrik cərəyanı vurması haqda təcili tibbi yardım stansiyasına məlumat vermiş və hadisə yerindən də tez qaçıb getmişdir. İstintaq orqanı həmin şəxsin kimliyini müəyyən etməmişdir. Hansı ki, həmin şəxsin görüntüləri təhlükəsizlik kameralarında var.
Bütün bunlar haqda müstəntiq Tamerlan Sadıqova məlumat vermək istədikdə o, istintaqı dayandırmaq, toplanmış və ya toplanacaq sübutları heçə endirmək məqsədilə növbəti dəfə məzuniyyətə çıxmış, cinayət işinin istintaqı formal olaraq başqa müstəntiqə həvalə edilmiş, həmin müstəntiq adını, soyadını deməkdən, cinayət işinin qaldırılması haqqında qərarla, ekspertizanın rəyi ilə tanış olmaqdan və surətlərini verməkdən imtina edərək, ekspertizanın rəyinin hazıra qədər gəlmədiyini bildirmişdir. Hansı ki, ekspertizanın vermiş olduğu rəyi 14 noyabr 2018-ci il tarixdə müstəntiq Tamerlan Sadıqovun otağında şəxsən görmüşəm.
Göründüyü kimi Bakı şəhəri, Yasamal rayon Prokurorluğunun istintaq orqanı Azərbaycan Respublikası CPM-nin 87-ci maddəsi ilə təsbit olunan hüquqlarımı tamamilə pozmuş, oğlumun ölüm faktı ilə əlaqədar istintaqı qeyri-obyektiv və natamam aparmış və ya ümumiyyətlə istintaq aparmamışdır.
Azərbaycan Respublikası CPM-nin 85-ci maddəsinə əsasən müstəntiq qaldırılmış cinayət işi üzrə aşağıda sadalanan istintaq hərəkətlərini aparmaqla öz vəzifəsini icra etməlidir:
-Cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir.
-Müstəntiq bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:
-Törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işinə başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək;
-Şübhəli şəxs tərəfindən cinayət törədilməsini təsdiq edən kifayət qədər sübutlar toplandığı halda, onu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və ona ittiham elan etmək;
-Zərurət olduqda bu Məcəllənin 154-157, 160; 163-172-ci maddələrinin tələblərinə müvafiq olaraq, şübhəli və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsini təmin etmək;
-Cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur və s.
-Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müstəntiq aşağıdakı hüquqları həyata keçirir:
-Şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək, tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə) və digər istintaq hərəkətlərini aparmaq;
-Tutulma, məcburi gətirilmə və digər prosessual məcburiyyət tədbirlərinin aparılmasını müvafiq təhqiqat orqanına tapşırmaq, habelə ondan istintaq və ya digər prosessual hərəkətlərin keçirilməsinə kömək göstərilməsini tələb etmək və s.
Azərbaycan Respublikası CPM-nin 207.1, 207.1.1, 207.1.2 və 207.1.3-cü mad. əsasən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
Törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq.
Zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar isə 20 (iyirmi) gündən, bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək.
Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon Prokurorluğunun istintaq orqanı, o cümlədən işdə şəxsi marağı olan müstəntiq qanunla üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 87-ci maddəsinə əsasən oğlum Səfərov Səbuhi İkram oğlunun ölüm faktı ilə əlaqədar Bakı şəhəri, Yasamal rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə qaldırılmış cinayət işinin istintaqının Yasamal rayon Prokurorluğunun icraatından alınıb, Bakı şəhərinin başqa bir rayon Prokurorluğunun icraatına verilməsi üçün, aidiyyəti üzrə lazımi tapşırıqlarınızı verməyi Sizdən xahiş edirəm.
Yaşanan belə bir olaylar haqda daha ətraflı açıqlamalarımızı dərc etməyə çalışacağıq.




GundemXeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daxili İşlər Naziri cənab Ramil Usubova

    Daxili İşlər Naziri cənab Ramil Usubova ...

    3-06-2015, 12:13

  • 
  • İbrahim Nehrəmlidən Ramil Usubova şikayət - 335 min manatlıq mənimsəmə

    İbrahim Nehrəmlidən Ramil Usubova şikayət - 335 ...

    5-08-2015, 01:08

  • 
  • Vətəndaş İlham Əliyevə müraciət etdi

    Vətəndaş İlham Əliyevə müraciət etdi ...

    24-11-2014, 22:29

  • 
  • PA rəhbəri məmurları İlham Əliyevdən nümunə götürməyə çağırdı

    PA rəhbəri məmurları İlham Əliyevdən nümunə ...

    6-02-2014, 13:30

  • 
  • 7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

    7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının ...

    17-10-2018, 15:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu