GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ölüm bir dərd, Naxçıvana aparmaq başqa dərd – AZAL meyit çəkir

Ölüm bir dərd, Naxçıvana aparmaq başqa dərd – AZAL meyit çəkir

Tarix: 18-12-2018, 14:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 503
Ölüm bir dərd, Naxçıvana aparmaq başqa dərd – AZAL meyit çəkir


Bu günlərdə Nazirlər Kabineti “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nı təsdiq edib. Ancaq bu Qaydalarda Naxçıvanla bağlı spesifik hal əksini tapmayıb.

Blokada şəraitində olan Naxçıvan sakinləri ilə söhbətlərdə Bakıdan, respublikanın digər bölgələrindən təyyarə ilə Naxçıvana cənazələrin aparılmasında çətinliklərin olduğu barədə fikirlərin şahidi oluruq. Cənazələrin yük kimi çəkisinin soruşulması, maddi amilin önə çəkilməsi, cənazəni Naxçıvana aparan şəxsə bəzən cənazəni yola sala biləcəyi halda özü üçün təyyarədə biletin olmadığının bildirilməsi kimi ürək ağrıdıcı hallar olur.
Təsəvvür etmək çətin deyil: cənazəni aparırsan, sənədləri təftiş olunur, “neçə kilodu?” soruşulur, ona uyğun vəsait tələb olunur… Daha ciddi problem isə cənazənin yalnız dəmir tabutda qəbul edilməsidir. Dəmir tabutu isə hər zaman tapmaq və ya düzəltdirmək olmur, tapılsa da hər kəsin “cibinə” uyğun deyil: Bəzən ölüm gecə saatlarında baş verir, təcili aparmaq lazımdır. Bu vaxt dəmir tabut tapmaq müşkülə çevrilir. Ölü yiyəsi bilmir ölüsünün hayına qalsın, yoxsa dəmir tabut tapsın, sənədləri-filanı qaydaya salsın?! Əslində, bir saatlıq yolu taxta tabutla da aparmaq olar”.
Problem təkcə bunlarla yekunlaşmır, çox vaxt yaxınların hamısına bilet tapılmır, cənazənin Naxçıvanda qarşılanması, dəfn edilməsi başqa yaxın adamlardan xahiş olunur. Yaxınını itirmiş, sarsılmış, emosional adam üçün bunun necə məşəqqətli hal olduğunu izah etməyə ehtiyac yoxdur.
Nəzərə almaq lazımdır ki, dini rituallara ciddi əməl edən Naxçıvan camaatı rəhmətə gedənlərini əsasən doğulduğu yerdə dəfn edirlər.
Əslən Naxçıvandan olan millət vəkili Fazil Mustafa BakuPost-a açıqlamasında deyib ki, həqiqətən insanlar təyyarə ilə Naxçıvana cənazə apararkən böyük sıxıntı yaşayırlar: “Bu problemin sadəcə, tənzimləmə formasını dəqiq tapmaq lazımdır”.

Deputat hesab edir ki, gələcəkdə Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda Naxçıvanla bağlı müəyyən proseduraların olması da nəzərdə tutula bilər. F. Mustafa bu məsələ müzakirə olunan zaman fikrini bildirməyə də hazırdır.
BakuPost-un “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı sorğuya cavab isə ümumi xarakterlidir:“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları”nın 12.5.1-ci bəndinə müvafiq olaraq «faciəli vəziyyətlə əlaqədar» (yaxın qohumlarının ölümü, tabutun müşayiəti) səfər edən sərnişinlər daşımaya növbədənkənar qəbul oluna bilərlər. Bu zaman aviaşirkət bu hadisənin baş verdiyini təsdiq edən sənədləri tələb etmək hüququna malikdir. Həmin Qaydaların 12.5.2-ci bəndinə əsasən bu kateqoriyadan olan sərnişinlər üçün geri istiqamətdə reysə təxsisetmə ümumi əsaslarla həyata keçirilir. Bundan əlavə qeyd etmək istərdik ki, fəaliyyətimiz boyunca, bu qəbildən olan daşınma zamanı problemlə üzləşməmişik. Avaişirkətin əməkdaşları qaydalar çərçivəsində hərəkət etməklə yanaşı, vəfat edən şəxsin yaxınlarına daha duyarlı və həssas yanaşırlar”.
Картинки по запросу “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Ancaq ölüm qəfil, gözlənilmədən baş verən bir haldır. Bəlkə Bakıda yaşayan şəxsin vəfat etmiş valideyninin, yaxınının cənazəsini yük kimi, yük qiyməti ilə Naxçıvana yola salmaq üçün həmin an yetərli vəsaiti yoxdur?! Nazirlər Kabinetinin təsdiq etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda Naxçıvanla bağlı güzəştlər, tutaq ki, prosesin dövlət büdcəsi hesabına həyata keçirilməsi əksini tapması mümkün ola bilməzdi? Naxçıvana münasibətdə atılacaq bu humanist addım yəqin ki, böyük həcmdə vəsait tələb etməzdi.
BakuPost məsələ ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də münasibətini və təkliflərini də işıqlandırmağa hazırdır. Çünki bu sahədə Dövlət Komitəsi daha məlumatlı və peşəkar mütəxəssislərin çalışdığı bir qurumdur. Elə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın hazırlanmasında da məhz Dövlət Komitəsi əsas qurum kimi çıxış edib…/BakuPost
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıdan Naxçıvana uçan təyyarədə qorxulu anlar yaşandı

    Bakıdan Naxçıvana uçan təyyarədə qorxulu anlar ...

    16-06-2016, 23:13

  • 
  • Bakı-Naxçıvana uçmaq üçün təyyarə çatmır.

    Bakı-Naxçıvana uçmaq üçün təyyarə çatmır. ...

    11-07-2013, 15:36

  • 
  • İranın xarici işlər naziri Naxçıvana gedib

    İranın xarici işlər naziri Naxçıvana gedib ...

    6-04-2018, 17:59

  • 
  • Tanınmış biznesmen AZAL-ı fırıldaqçılıqda ittiham edib

    Tanınmış biznesmen AZAL-ı fırıldaqçılıqda ittiham ...

    26-07-2018, 15:07

  • 
  • Bu gündən Naxçıvana uçuş güzəştlərinin tətbiqinə başlanıldı

    Bu gündən Naxçıvana uçuş güzəştlərinin tətbiqinə ...

    15-11-2014, 11:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu