GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tanınmış biznesmen AZAL-ı fırıldaqçılıqda ittiham edib

Tanınmış biznesmen AZAL-ı fırıldaqçılıqda ittiham edib

Tarix: 26-07-2018, 15:07 Bölmə :Cəmiyyət Baxış: 519
Tanınmış biznesmen AZAL-ı fırıldaqçılıqda ittiham edib


“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) onlayn qaydada bilet alan bəzi sərnişinlər ciddi problemlərlə üzləşdiklərini bəyan ediblər.

Bəzi sərnişinlər sosial şəbəkələrdə qeyd ediblər ki, onlayn qaydada bilet alsalar da bəzən texniki problemdən səfərlərini reallaşdıra bilmirlər. Azərbaycanın sığorta bazarında tanınmış mütəxəssis, biznesmen Xəyal Məmmədxanlı “Facebook” sosial şəbəkəsində yazıb ki, onlayn qaydada Naxçıvana bilet alsa da aviaşirkətdən asılı olan səbəblərə görə o, səfər edə bilməyib. Onun sözlərinə görə, Naxçıvana uçuş vaxtını düzgün qeyd etsə də Bakıya uçuşun tarixində texniki səhvə yol verib. Xəyal Məmmədxanlı bildirib ki, bu amil onun Naxçıvana getməsinə mane olub və AZAL texniki səhvi nəzərə almayıb. Tanınmış biznesmen AZAL-ı fırıldaqçılıqda ittiham edib.

“28 Mayda yerləşən kassada 90-cı illərdə olduğu kimi növbədə dayanmamaq üçün biletlərimi onlayn aldım, ödənişi də kartla etdim. Bu gün saat 13:10-da J2 253-cü reyslə uçmalı və gecə geri qayıtmalı idim. Hava limanında qeydiyyata yaxınlaşdım, bileti təqdim etdim. Adımın sistemdə olmadığını dedilər. Kassaya yaxınlaşdım, sistemə baxdılar və məlum oldu ki, sistem mənim ilk öncə Naxçıvandan Bakıya gəlməli olduğumu, sonra Bakıdan Naxçıvana uçmalı olduğumu qeyd edib. Halbuki, mənim əlimdəki biletdə sıralama əksinədir. Tutaq ki, mən Naxçıvandan Bakıya uçuş tarixini səhv qeyd etmişəm, 26 iyul yox, 25 iyul yazmışam, axı Bakıdan Naxçıvana uçuş reysi ki, düz qeyd olunub. Mənə cavab verildi ki, siz Naxçıvandan Bakıya gəlmədiyiniz üçün Bakıdan Naxçıvana uça bilməzsiniz. Bununla da mənim Naxçıvanda planlaşdırılan bütün görüşlərim təxirə düşdü və günüm məhv oldu. Elektron müraciət etdim, 25 % cərimə ilə biletin pulunu qaytaracaqlarını dedilər”, – deyə X.Məmmədxanlı vurğulayıb.

O, təyyarə biletinə görə AZAL-a ödədiyi pulun 33 gün ərzində geri qaytarılmasını da düzgün saymadığını bəyan edib.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski “APA-Economics”ə bildirib ki, problem sərnişinin etdiyi səhvdən qaynaqlanır: “Bu, təkcə AZAL-ın qaydası deyil. Əgər sərnişin bir tərəfə uçuşu həyata keçirməyibsə, avtomatik olaraq onun qayıdışı da ləğv edilir. Bu, ikitərəfli biletlər üzrə dünyada qəbul olunmuş qaydadır. AZAL beynəlxalq uçuşlar həyata keçirirsə, deməli onun qaydaları da beynəlxalq səviyyədə olmalıdır. Bu, beynəlxalq qaydalardır və biz bir şirkət olaraq onu tətbiq etməyə məcburuq. Bunu bizdən tələb edirlər”.

Bəzi sərnişinlər onlayn qaydada alınan biletə görə hava limanında qeydiyyat zamanı onlardan ödənişin aparıldığı plastik kartların tələb olunmasından da şikayət edir. P.Kəsəmənski bu qaydanın da beynəlxalq tələblərə uyğun olduğunu deyir: “Onlayn şəkildə bilet alınarkən plastik kartın tələb edilməsi məcburi təhlükəsizlik qaydasıdır. Bu, kibertəhlükəsizlik baxımından bütün aviaşirkətlər və onlayn satışla məşğul olan şirkətlər tərəfindən tətbiq edilir. Çünki, plastik kart oğurlana bilər və bununla bilet almağa cəhd ola bilər. Bu, bütün dünyada tətbiq olunan qaydadır. Əgər qeydiyyatdakı soyad və ad uyğun deyilsə, tamamilə fərqlidirsə, onlar qeydiyyatda olan şəxsdən bu plastik kartın göstərilməsini tələb edə bilər”.|APA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AZAL-da bilet biabırçılığı: bir ay əvvəl bilet aldı, amma...

    AZAL-da bilet biabırçılığı: bir ay əvvəl bilet ...

    30-07-2017, 21:31

  • 
  • Bakıdan Naxçıvana uçan təyyarədə qorxulu anlar yaşandı

    Bakıdan Naxçıvana uçan təyyarədə qorxulu anlar ...

    16-06-2016, 23:13

  • 
  • AZAL-ın keçmiş rəhbərindən sərt tənqid — "Hökumət AZAL-ın qiymət siyasətinə ciddi nəzarət etməlidir"

    AZAL-ın keçmiş rəhbərindən sərt tənqid — ...

    1-07-2017, 13:53

  • 
  • AZAL –ın borcu 650 milyon manatı ötür – Nazir

    AZAL –ın borcu 650 milyon manatı ötür – Nazir ...

    31-05-2016, 23:57

  • 
  • AZAL qeydiyyat qaydalarını sərtləşdirib

    AZAL qeydiyyat qaydalarını sərtləşdirib ...

    5-01-2018, 15:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (277)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu