Dövlət qəzetlərin müstəqil fəaliyyət göstərmələrinə şərait yaratmalıdır. Bu gün isə, minlərlə insanların informasiya tələbatlarının ödənilməsi üçün, heç bir çap mediası qalmayıb. Heç onlayn mediası da belə bir tələbatı ödəmək iqtidarında deyil.
Hər kəs belə bir tələbatını ödəmək üçün xarici tv-ləri izləmək məcburiyyətində qalır.
Bu da Azərbaycan üçün xoşagəlməz fəsadların baş verməsi ilə nəticələnir. "Görünən dağa nə bələdçi". Reallıq göz önündədir. Ümumiyyətlə, KİVDF-nin fəaliyyətinə son qoyulsa daha yaxşı hal olar. Çünki, adı çəkilən qurumun kim tərəfindən idarə olunduğu, kimə bağlı olduğu hər kəsə bəlli olan məsələdir. KİVDF-dən hansı media qurumunun çapına vəsait ayrılırsa, dolayısı yolla olsa belə, deməli həmin çap mediası istənilən halda adı çəkilən qurumun təsir dairəsinə düşmüş olur. Bu da medianın müstəqil olması haqda düşüncələrdə formalaşan fikiri şübhə altına alır. Daha yaxşı hal olmazmı ki, mediaya müstəqillik verilsin və azad bazar iqtisadiyyatı şəraitində rəqabət hissi yaradılsın.
Hansı mətbu orqan oxucuları tərəfindən daha çox oxunularsa, həmin mətbu orqana ehtiyac yaranarsa, deməli həmin mətbu orqan yaşayacaq və xalq tərəfindən də seviləcək. Digər tərəfdən, "reket jurnalistka"nın qarşısı alınar və peşəkarların daha çox üzə çıxmalarına, tanınmalarına da səbəb olar. Bir sözlə, media "işarə verən barmağın" təsirindən xilas olmalıdır ki, cəmiyyətdə layiq olduğu yerini tuta bilsin.
Bəli, media hər zaman həyatımızın "görünən üzü" olub. Biz çalışmalıyıq ki, müstəqil medianın itirilmiş nüfuzunu özünə qaytaraq. Çünki, bunu zamanın özü tələb edir. Əgər, bu gün belə bir addımımızı atmasaq, hansı sağlam cəmiyyət quruculuğundan, demokratik dəyərlərin varlığından danışa bilərik. Odur ki, gəlin birlikdə düşünək, birlikdə də belə bir bəladan xilas olmağa çalışaq. Hər şeydən öncə bu Vətən bizimdirsə, biz bu vətənin müstəqil mediasını ayağa qaldırmağa çalışmalıyıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?