Artıq bir müddətdir ki, Səbail rayonunun Batamdar bələdiyyəsində yaşanan durumla bağlı vəziyyət bir çox media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilib və öz aktuallığı ilə də, hər kəsin diqqətini cəlb etməkdədir.
Belə ki, “Gündəm Xəbər”in əldə etdiyi məlumata görə, vaxtilə adı çəkilən qurumda vergi şöbəsinə rəhbərlik etmiş Ramiq Mustafa, bu gün yeni “oyun qaydaları”nı oynamaq niyyətindədir. Yəni, adı çəkilən bu şəxs daşıdığı vəzifəsinə “əlvida” dedikdən sonra, həmin vəzifəyə vaxtilə özü ilə gətirdiyi Vidadi Məlikov adlı şəxsi təyin etdirmək istəyir. Məqsədi Badamdar bələdiyyəsindəki təsir imkanlarını saxlamaqdır. Belə ki, o, sədr Həbib Əsədovla əvvəlki saxta işlərini başa çatdırmaq üçün, belə bir variantı ən optimal yol hesab edir.
Redaksiyamıza daxil olan ilginc məlumatlarda o da iddia olunur ki, Badamdar bələdiyyəsinə məxsus 2005-ci, 2006-cı və 2007-ci illərin möhür-ştampından, bu gün də müəyyən məqsədlər üçün istifadə olunur. Yəni, belə bir addımların atılması, bu gün əksəriyyətə bəlli olan məsələdir və köhnə tarixlərə toplanan torpaq pulları kimin cibinə daxil olubsa, deməli məsuliyyət də həmin şəxsin boynundadır. Ötən saylarımızda onu da qeyd etmişdik ki, sədr Həbib Əsədov kompyuterdə işləyən xanıma göstəriş verərək, məhz köhnə tarixlərə müdaxilər edir. Belə bir yolla da o, sənədləri köhnə möhürlə əvvəlki illərə rəsmləşdirir. Əslində belə bir addımlar böyük bir cinayət əməlidir və korrupsiyaya da geniş yollar açır.
Onu da bildirək ki, Ramiq Mustafa illər ərzində əldə etdiyi qeyri-qanuni vəsaitlər hesabına “Nəbioğlu” şirkəti də yarada bilib. Həbib Əsədov isə, bələdiyyənin tərkibində özü üçün yeni komanda yaradıb və o, heç bir əsas olmadan və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ələ keçirdiyi torpaq sahələrini həmin şəxslərdən hər birinin adına, yəni hər nəfərə 6-7 sot torpaq sahəsi verməklə, saxta işlərin ört-basdır etmək niyyətinə düşüb. O halda sual oluna bilər ki, görəsən cənab Vüqar Zeynalov Batamdar bələdiyyəsi sədrinin belə bir əməllərindən xəbəri varmı və o, belə bir mafiyanı zərərsizləşdirə biləcəkmi? “Gündəm Xəbər”in əldə etdiyi məlumatlardan o da bəlli olur ki, icra başçısının obyektiv apardığı araşdırmalar əsasında bir çox maxinasiyaların qarşısı alınıb və bunlardan biri də, uzun illərdən bəri Batamdar bələdiyyəsində “kök atmış” Ramiq Mustafanın daşıdığı vəzifəsinə “stop” deyilməsi oldu. Əldə etdiyimiz məlumatlara görə, Səbailin yeni icra başçısının atdığı addımlar, yerli sakinlər tərəfindən rəğbət hissi ilə qarşılanır.
P.S. Növbəti saylarımızda sədr Həbib Əsədovu şantaj edib fakt qarşısında qoymaqla, nüfuzlu şəxslərin və tanınmış redaksiyaların adından sui-istifadə etməklə, adı çəkilən bələdiyyə ərazisində 10 sota yaxın torpaq sahəsini ələ keçirən “jurnalist”in kimiliyi haqda da, hər kəsi məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Sorğu
Yeni dizaynımız necədir?