Sabunçu rayonundakı 170 saylı orta məktəbdə baş verən neqativ hallarla bağlı 2015-ci ildə tənqidi məqalə dərc etmiş “Gündəm Xəbər”, “Yeni Kirpi” qəzeti və daha bir neçə mətbu orqanı, məktəbin sabiq direktoru Nuranə Mirzəyeva tərəfindən mülki iddia əsasında Yasamal rayon Məhkəməsinə verilmişdir.
Mirzəyeva Nuranə İdris qızı məhkəmədən şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsini tələb etdiyi halda, özü qarşı tərəfin şərəf və ləyaqətini aşağılayaraq, iddiasında jurnalistləri «reket» adlandırmış, onları rüşvət tələb etmək kimi ağır cinayətdə ittiham etmişdir. Bununla da iddia ərizəsində heç bir hüquqi əsasa söykənməyən, həqiqətə uyğun olmayan şər və böhtan xarakterli məlumat vermişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 1750 saylı 22 fevral 2018-ci il tarixli məhkəmə-linqvistik ekspertizası rəyinə əsasən, “Gündəm Xəbər”, “Yeni Kirpi” qəzetində və digər mətbu qurumlarda dərc olunmuş «170 nömrəli məktəbdə talançılıq» başlıqlı məqalədə Mirzəyeva Nuranə İdris qızının şərəfini, ləyaqətini ləkələyən, şəxsi və ailə həyatının sirrini, ailə toxunulmazlığını pozan məlumatlar müəyyən eduilmədiyini aşkar etmişdir. «Reket jurnalist» sözü aid olduğu şəxs barəsində böhtan olaraq bildirildikdə, şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən söz hesab edilir. Həmin məqalə AMEA-nın Dilçilik İnstitutunun mötəbər professor-müəllim heyətinin 16 nəfər üzvündən təşkil olunmuş komissiyası tərəfindən də araşdırılmış və yazıda şərəf və ləyaqətin alçaldılması halına yol verilmədiyi barədə rəy verilmişdir.
N.Mirzəyeva məhkəmədə tək özünün deyil, həm də Təhsil Nazirliyinin, 170 saylı məktəbin kollektivinin, şagirdlərin və onların valideynlərinin, habelə oxucuların adından çıxış edərək, onlardan da üzr istənilməsini redaksiyadan tələb etmişdi. Amma belə bir hüququnun olmadığı, yəni adları çəkilən kollektivlər və cəmiyyət zümrələri N.Mirzəyevaya onların adından çıxış etmək üçün vəkalətnamə vermədiklərindən, iddiasının həmin hissələri təmin olunmamışdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23.1-ci maddəsində fiziki şəxs, onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkləyən şəxsi və ya ailə həyatı sirrini, və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Odur ki, N.Mirzəyeva özü fiziki şəxs kimi “Gündəm Xəbər”, “Yeni Kirpi” qəzetinin və digər mətbu qurumların təsisçisi və baş redaktorını “reketçilikdə” suçlayaraq, onların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirmişdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?