“Təranə Paşayeva məktəbi rüşvət və korrupsiya mənbəyinə çevirib”
Avropa.info-ya Bakı şəhəri Yasamal rayonu 153 saylı orta məktəbin psixalogiya müəlliməsi Gülnarə Ağayeva tərəfindən məktub daxil olub. Məktubda məktəbin drektoru, deputat Qənirə Paşayevanın əmisi qızı Təranə Paşayeva korrupsiyada ittiham edilir. Məktubun bir hissəsini diqqətinizə çatdırırıq:" Nəzərinizə çatdırıram ki, mən 1991-ci ildən Yasamal rayonundakı 153 saylı orta məktəbdə müəllimə işləyirəm. Son bir neçə ildə direktor təyin olunan Təranə Paşayeva məktəbi rüşvət və korrupsiya mənbəyinə çevirib. Müəllimlərdən gizli yolla gəlir əldə etməsi artıq faktdır. Dərs saatlarının kəsilməsi hesabına xeyli pul yığır. Hətta vəzyiyət o həddə çatıb ki, dərs saatlarını müəllimlərə açıq-aşkar pulla satır. Onun əlində adı iş cədvəlində olan, faktiki isə işə gəlməyən «işçilərin» bankomat kartları var. Onu da nəzərərinizə çatdırmağı özümə borc bilirəm ki, Heydər Əliyev Fondunun köməyi ilə məktəb üçün verilən ləvazimatlar direktorun göstərişi ilə şagirdlərə 2-5 manat arasında satılıb. Həmin avadanlıqların çoxu hazırda diqqətsizlik və qayğısızlıqdan yararsız vəziyyətə düşüb. Bütün bu diqqətsizlik və qayğısızlığın səbəbi direktor Təranə Paşayeva ilə yanaşı, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mətanət xanımdır. Hər ikisi məktəbdə rüşvətxorluqla məşğul olduqlarından şagirdlərin təlim-tərbiyəsi, nizam-intizamı arxa plana keçib. İş o yerə çatıb ki, direktor Təranə xanım tez-tez belə bir ifadə işlədir: «Məktəbdə pul sel kimi əlimə gəlir». Belə neqativ halların sayı-hesabı yoxdur. Qarşısını alan isə tapılmır. Nəticədə bir çox müəllimlərin, o cümlədən mənim də müəllim kimi hüquqlarım pozulur. Özüm də belə qanunsuzluqlara, şagirdlərin təhsildən yayınmasına bir müəllim kimi dözə bilmirəm. Bütün bu qanunsuzluqlar barədə mətbuatda çıxışlar etdim. Qəzetlərdə dərc edilən neqativ halları aradan qaldırmaq əvəzinə direktor Təranə Paşayeva iclas çağıraraq məni təhqir etmiş, həmçinin şərəf və ləyaqətimi alçaltmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq xahiş edirəm ki, Yasamal rayonundakı 153 saylı orta məktəbin direktoru Təranə Paşayevanın fəaliyyəti, işlədiyi müddətdə istintaq qrupu tərəfindən ciddi araşdırılsın və işinə hüquqi qiymət verilsin.” Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?