Siyasətçi Əli Əliyev öz facebook səhifəsində maraqlı bir faktı təqdim edib.
Əli bəyin təqdimatında Spiker Oktay Əsədovun ailəsinə məxsus obyektin Kreml tərəfindən aşkarlanması faktı ''Gündəm Xəbər''in oxucuları üçün maraqlı olacağını nəzərə alıb həmin statusu təqdim edirik: ''Müstəqil hakimiyyət qolu olmalı Parlamentin sədri Oqtay Əsədovun ailəsinə məxsus Moskvadakı obyektdə polis "oblava" keçirib. Əlbəttə ki, ölkə rəhbərlərindən olan Oqtay müəllim rəsmi mövqe bildirməli, məlumatın həqiqət olub-olmadığı haqda açıqlama verməli, doğrudursa, obyektin alınma mənşəyini göstərməlidir. Məsələnin mənim üçün maraqlı tərəfi, nəyə görə məhz indi əməliyyatın keçirilməsidir. Əgər məlumat doğrudursa, yəqin ki, həmin biabırçı statusda olan yer, dünən fəaliyyətə başlamayıb. Elədirsə, onda nədən indi bu məlumat dövriyyəyə buraxılır? Nəzərə alsaq ki, xəbər son günlərdə ilk belə fləş deyil, o zaman bu əməliyyatın siyasi olması net şəkildə görünür. Kreml iqtidarımıza bu üsulla aşkar təzyiq edir. Nədən? Nə istəyirlər? Əsas sual budur!''
Sorğu
Yeni dizaynımız necədir?