GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakıda qanunsuz parkinqlər: Vergidən yayınma yoxsa, qohumbazlıq?

Bakıda qanunsuz parkinqlər: Vergidən yayınma yoxsa, qohumbazlıq?

Tarix: 13-03-2019, 13:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 751
Bakıda qanunsuz parkinqlər: Vergidən yayınma yoxsa, qohumbazlıq?


Şakir Bayramov 5 ildir ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində maşınlara nəzarət edir. Hər səhər saat 8-də işə gəlib, axşam 9-da evinə yollanır. Qışın sazağında, yayın istisində küçədə dayanmağın müqabilində ayda cəmi 325 manat maaş alır. Deyir ki, bu, işsiz qalmaqdan yaxşıdır:

“Bir də görürsən, sürücü pul vermək istəmir, deyir ki, pul istəyirsənsə, əvəzində qəbz ver. Aparatlar aylardır işləmir deyə mən də elə adamlardan pul ala bilmirəm. 325 manat maaşla ailə saxlamaq olmur. Amma bu yaşda başqa nə işləyə bilərəm ki? O gün biri də hansısa jurnalistə müsahibə vermişdi, səhəri işdən çıxartdılar. Ondan sonra bizə tapşırıldı ki, sizdən maaşla, ya da ödənişlə bağlı nəsə soruşsalar, heç nə deməyin”.

GundemXeber.Az bildirir ki, Şakir Bayramov rəsmi olaraq “İsgəndər ASA Parkinq” MMC-nin nəzarətçisidir. Amma aylıq maaşını Bakı Şəhər İcra Hakimiyyətinin ona təqdim etdiyi kartla alır.
Şirkətdən ona bildiriblər ki, yaxın vaxtlarda maaşı, iş formasını da İsgəndər ASA Holdinqdən alacaq.
O, işlərinin tezlikdə qaydaya düşəcəyinə inanır. Aylardır park edən maşınların ödəniş etməsi üçün qurulmuş aparatlar işləməsə də, Şakir Bayramov sürücülərdən pul almağa davam edir.

“Bura birbaşa prezidentin özünə tabe olan obyektdir”

Səbail rayonundakı Lev Tolstoy və Rəsul Rza küçələrinin kəsişməsində yerləşən avtodayanacaqda işləyən, adını söyləmək istəməyən şəxs isə, ümumiyyətlə, heç bir quruma tabe olmadığını deyir:
“Bura birbaşa prezidentin özünə tabe olan obyektdir. Təkcə bura deyil, bunun kimi bir neçə obyekt var, hansı ki, problemli, yəni tikintisi yarımçıq qalmış boş sahələrdir. Biz də parkinq kimi işlədib, çörəkpulu qazanırıq. Elə-belə heç kim işləyə bilməz, Vergilər Nazirliyi, Sosial

Müdafiə Fondu var. Buranı illərdir mən işlədirəm, VÖEN-im də var, vergimi vaxtı vaxtında ödəyirəm”.
Təkcə Səbail rayonunda iki belə parkinq xidməti göstərən obyekt var. Tərlan Əliyarbəyov küçəsində yerləşən hasarlanmış boş ərazi parkinq kimi xidmət göstərir. Müşahidə zamanı məlum olub ki, sözügedən ərazidə fəaliyyət göstərən şəxslər, sürücülərə əksər halda qəbz verilmir. Sürücü qəbz tələb etdikdə isə ona, sadəcə olaraq, ödənişlə bağlı heç bir rəsmiliyi olmayan kağız təqdim olunur.

“Mən vergimi lazımi qurumlara ödəyirəm”

Parkinq kimi istifadə olunan ərazini sahibindən kirayə götürdüyünü bildirən Xalid Cəbrayılov hər ay Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon Bələdiyyəsinin hər birinə 100 manat “vergi” ödədiyini deyir:
“Ayda 1000 və ya 500 maşının saxlamasından asılı olmayaraq, hər ay 200 manat vergimi ödəyirəm. Buranın digər parkinqlərdən əsas fərqi standart qiymətin olmasıdır. 10 dəqiqəlik, yaxud 10 saatlıq dayanma haqqı sadəcə bir manatdır”.

''İsgəndər Asa Holdinq''in rəhbəri, İlham Əliyevin kürəkəni Səməd qurbanovun əmisi Asəf Qurbanov
Bu parkinqlər "İsgəndər ASA Holdinq" Şirkətlər Qrupu Asəf Qurbanova məxsusdur.
Bu holdinqin tərkibinə 6 digər alt şirkətlər də daxildir. Onlardan biri də "İsgərdər ASA Parkinq" MMC-dir ki, Bakıdakı bəzi parkinqlər onlara məxsusdur.

“Bu pulları yığıb kimə verirlər, hara gedir?”

Sürücü Hafiz Mirzəyev isə qanuni hesab olunan, hazırda Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibinə daxil olan parkinq xidmətindən narazıdır. Sürücü hesab edir ki, ödədiyi pullar lazımi yerə gedib çatmır:
“Mənə maraqlıdır ki, burada pul yığan adamlara niyə heç kim nəzarət eləmir. O da gəlib deyir ki, burada saxlama, orada saxla. Köməklik, düzəliş eləyir, adamın da üzü gəlmir pul verməməyə. Şəxsən televiziyada qulaq asmışam ki, bu adamlar burada qeyri-qanuni fəaliyyət göstərir. Niyə bu adamlara müdaxilə etmirlər? Bu pulları yığıb kimə verirlər, hara gedir? Ödənişli olmasına qarşı deyiləm. Ancaq bu pulların hesabına heç olmasa bizə şərait yaradılsın ki, biz bu zülmü hər dəfə çəkməyək. Hər gün əsəb keçiririk. Ya yer olmur, ya yolları bağlayırlar, ya da, ümumiyyətlə, maşını yerindən tərpətmək olmur”.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, 2018-ci ilin aprelindən etibarən Bakıda olan parkinqlər bu qurumun nəzarətindən çıxarılaraq, Bakı Nəqliyyat Agentliyinə verilib.

“Bakı şəhərində fəaliyyət göstərən yerüstü parkinqlər qanunsuzdur”

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə İcra Hakimiyyəti nümayəndəsinin dediklərini təkzib edib:
“2018-ci ilin aprelin 2-də prezidentin fərmanı ilə parkinq yerlərinə nəzarət BNA-ya həvalə edilməli idi. Ancaq bir ilə yaxındır ki, sözügedən parkinqlər bizə təhvil verilməyib. Hazırda BNA-nın nəzarətində olan iki yeraltı parkinq var. Bunlardan biri Hökumət Evinin qarşısında, digəri isə Mirzağa Əliyev küçəsində - Qış Parkı adlanan ərazidə yerləşir. Bakı şəhərində fəaliyyət göstərən yerüstü parkinqlər qanunsuzdur və BNA-ya heç bir aidiyyatı yoxdur. Həmin parkinqlərdən yığılan pullar da qeyri-qanunidir. Bu pulların kimlər tərəfindən yığılması və hara xərclənməsi barədə məlumatımız yoxdur. İcra Hakimiyyətinin parkinqlərə nəzarətin BNA-ya məxsus olması barədə iddiasını qəbul etmirik. Çünki həmin parkinqlərə nəzarət bizə verilməyib”.

“Bu xidmət haqqı leqallaşdırılmalıdır”

Hüquqşünas Ələsgər Məmmədli vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə görə, hər hansı bir formada parkinq xidməti qəbz vermədən fəaliyyət göstərə bilməz:
”Ərazinin mülkiyyəti istər icra hakimiyyətində, istər özəl şəxsdə, istərsə də icarədə olsun, strukturun mahiyyətindən asılı olmayaraq qanunvericiliyə görə bu xidmət haqqı leqallaşdırılmalıdır- qəbz qarşılığı olmalıdır. Əgər bu, qəbz verilmədən baş verirsə, deməli, birmənalı olaraq burada vergidən yayınma və ciddi şəkildə qanunsuz sahibkarlıq fəaliyyəti baş verir. Bununla bağlı hökmən ölçü götürülməlidir. İstər Vergilər Nazirliyinin müvafiq strukturları, istərsə də, bu sahəyə nəzarət edən İcra Hakimiyyəti strukturları tərəfindən nəzarət olunmalıdır. Çünki “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”-yə görə, bununla bağlı yerli icra hakimiyyətlərinin müəyyən tənzimləmə və nəzarət funksiyaları var. Eyni zamanda, 2018-ci ildən etibarən Bakı Nəqliyyat Agentliyinin nəzarət hüququ var və bu qurum qanunsuz parkinqləri və bununla bağlı cəza mexanizmini geniş tətbiq edir. Belə ki, BNA-nın birbaşa protokollar tətbiq etmə və cərimə yazma hüququ var”.

“Parkinqlə bağlı ödənişin hər hansı bir qəbz qarşılığı yoxdursa, qanunsuzdur”

Hüquqşünas hesab edir ki, həmin şəxslər qanunsuz fəaliyyət, o cümlədən, vergidən yayınmaqla qanunsuz kommersiya fəaliyyəti ilə məşğul olurlar:
“Bu məsələnin hüquqi müstəvidə həlli üçün media və ya sürücülər tərəfindən şikayətlər olmalıdır, ictimailəşməlidir. Beləliklə, vergidənyayınma ilə bağlı konkret olaraq hüquq-mühafizə orqanlarına faktlar təqdim etməlidirlər. Hüquq-mühafizə orqanları da tez bir zamanda baş verən qanunsuzluqların qarşısını almalıdırlar. BNA-ya bütün parkinqlərin təhvil-təslim edilməməsi onların nəzarət funksiyasını əllərindən alır. Qanun qüvvəyə minib, nəzarət funksiyası qüvvədədir, müvafiq sərəncamla bağlı səlahiyyətlər BNA-ya keçdiyi üçün atrıq bu qurum nəzarət funksiyasını həyata keçirməlidir. Parkinq ərazisinin hansısa MMC-yə və ya digər quruma aid olması onun qanunsuz fəaliyyət göstərməsini leqitimləşdirmir. Bu baxımdan baş verənlər ciddi hüquq pozuntusudur”.
Meydan TV dəfələrlə “İsgəndər ASA Parkinq” MMC ilə əlaqə saxlamağa cəhd etsə də, münasibət öyrənə bilməyib. Şirkətdən bu barədə danışmaq istəməyiblər.//MEYDAN.TV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşlədiyi şirkətdən maaşını ala bilməyən sürücü özünü yandırdı – Bakıda dəhşətli hadisə

    İşlədiyi şirkətdən maaşını ala bilməyən sürücü ...

    5-03-2018, 18:37

  • 
  • Azərbaycanda bu dövlət məmuru ayda 65 min AZN rəsmi maaş alır

    Azərbaycanda bu dövlət məmuru ayda 65 min AZN ...

    11-07-2017, 16:07

  • 
  • İcra başçısı Şəmkirdə fəhlə üsyanı yetişdirir

    İcra başçısı Şəmkirdə fəhlə üsyanı yetişdirir ...

    20-05-2014, 10:35

  • 
  • “Benzin bahalaşandan belimiz sınıb...”

    “Benzin bahalaşandan belimiz sınıb...” ...

    5-12-2013, 16:48

  • 
  • Azərsun”da 4 milyonluq şok yeyinti

    Azərsun”da 4 milyonluq şok yeyinti ...

    20-02-2014, 23:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu