GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR

Tarix: 27-03-2019, 01:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 4 776
Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


Bəybala Hüseynov: “Oğlumun işə qəbulu üçün generala 200 min ABŞ dolları pul verdim”

Bir neçə gün öncə Bakı şəhəri, T.Məmmədov küçəsi, ev-18, mənzil-11 yaşayan, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçmiş əməkdaşı Emin Hüseynovun atası Hüseynov Bəybala Qaraş oğlu adlı valideyn mənimlə görüşərək başına gələn ağır bir dəhşətdən, faciədən danışdı. Bildirdi ki, başına gələnlərlə- oğlunun müəmmalı ölümü ilə bağlı ötən 19 ay ərzində aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət etsə də heç bir addım atılmayıb. O, bu üzdən başda dövlət başçısı İlham Əliyev olmaqla bir sıra qurumlara və media orqanlarına yazdığı açıq məktubu ictimailəşdirməyimi xahiş edərək oğlunun zəhərləndirilərək öldürülməsinə aydınlıq gətirilməsində ona yardımçı olmağımı xahiş etdi...
Bəybala Hüseynovun məktubunu ixtisarla diqqətinizə təqdim edirəm;

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


“Əli Nağıyev məni yanına çağırıb dedi ki....”

“Bakı Dövlət Universitetlnin hüquq fäkültəsində ali təhsilini başa vurmuş övladım Emin Hüseynovu münasib bir işə düzəltmək məqsədlə 2014-cü ildə əvvəllər tanıdığım Respublika prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəis müavini Əli Nağıyevlə görüşüb fikirimi ona çatdırdım. Ümumi söhbət əsnasında oğlumun həqiqi hərbi xidmətdə olmadığını da vurğuladım. O halda general Əli Nağıyev dedi kı, “Mən yuxan ilə məsləhətləşib sənə bir söz deyərəm”. Bir-iki ay keçdikdən sonra o, məni yanına çağırıb “İşi danışmışam, 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pul istəyirlər” dedi. O halda bir az tutuldum və pulu necə düzəldəcəyimi fikirləşdim. Həmin an Əli Nağıyev dedi ki, “Fikirləşməyin yeri yoxdur, pul verilməlidir”.

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


Mən ona həmin pulu bir dəfəyə verə bilməyəcəyimi, yarı-yarı düzəldib verəcəyimi dedikdə, o, mənimlə razılaşdı. Çox keçmədi ki, qohum-əqrəbadan, dost-tanışdan borca pul götürüb həmin məbləği generala çatdırdım və “oğlumun işi nə olacaq?” deyə ona sual etdim. O cavabında bildirdi ki, “Oğlun əvvəlcə texniki işçi, bir ildən sonra isə rütbə verilməklə müstəntiq vəzifəsinə işə keçiriləcək”. Bir neçə aydan sonra Emin Hüseynovu Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində karküzar-məsləhətçi vəzifəsinə işə götürdülər...

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


Oğlum Türkiyədə müəmmalı şəkildə zəhərləndirilərək öldürüldü

Ölümündən bir neçə gün qabaq isə iş otağı boşaldılıb...

Bir ildən sonra Əli Nağıyevlə görüşdüm və oğluma rütbə verilməsi məsələsini ondan soruşduqda “Tələsmə, o da düzələr” dedi. Bir neçə gündən sonra o, mənə “Oğluna sağlamlıq arayışı lazımdır” dedi. Belə bir şərti eşidib olduqca pis oldum. O mənə: “Badamdardakı boş torpaq sahələrini al bizə ver (Bəybala Hüseynov Batamdar bələdiyyəsində məsul vəzifədə çalışıb-red.), oğlunun rütbə məsələsini həll edərik və səhər şəxsiyyət vəsiqələrini göndərəcəm, sən torpaq məsələsini həll et” dedi.

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


Həmin gündən sonra generalın telefonuma cavab vermədiyini gördükdə, özümü narahat hiss etməyə başladım. Çox keçmədi ki, Emin Hüseynov ayrı-ayrı şəxslər tərəfindən izlənilməyə başlandı və bunu mən də hiss etdim. Bu arada oğlumu məzuniyyətə Türkiyənin Antalya şəhərinə göndərdilər. Orda o, 18 avqust 2017-ci il tarixdə müəmmalı şəkildə zəhərləndirilərək öldürüldü. Maraqlıdır ki, oğlumun ölümündən bir neçə gün öncə onun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki iş otağında ona aid əşya və sənədlər çıxarılaraq kabinet boşaldılıb. Oğlumun ölümü ilə bağlı video görüntülər var və həmin görüntülərdə görünür ki, oğlum istirahət etdiyi hotelin idman zalında ani müddət ərzində beyin ölümü keçirir və qəflətən yerə yıxılır. Əldə olan video görüntülərdə baş verənlər tam aydın görünür və lazım gələrsə həmin görüntüləri təqdim edə bilərik.

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


Oğlumun beyin ölümü keçirməsini təsdiq edən kompyuter tomoqrafıyanın cavabından, Türkiyə xəstəxanasında verdiyi qanın nəticələrindən və Məhkəmə Tibbi Ekspertiza mütəxəssislərinin vermiş olduqları rəydən aydın olur ki, oğlum xaricdən verilən zəhərli maddənin təsiri nəticəsində zəhərlənir. Yəni onun belə bir yolla öldürülməsini təsdiq edən bir çox ekspert rəyləri var və lazım gələrsə onları da təqdim edə bilərik. Hadisənin baş verdiyi zaman şübhəli məqamların olması da ortaya çıxır...

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


Türkiyədə mənə dedilər ki, bu ölüm dövlət səviyyəsində həyata keçirilən bir ölüm faktıdır

Hadisənin baş verdiyi an Təcili Tibbi Yardım maşınının xəstəni dövlət xəstəxanasına deyil, özəl xəstəxanaya aparması və baş verən hadisənin hüquq-mühafızə orqanlarından gizli saxlanılması, qanın zəhərlənməsinə dair qan nəticələrinin gizlədilməsi, Türkiyə Prokurorluğu tərəfindən qan nəticələrinin təqdim olunmaması, həkimlərin verdikləri şübhəli ifadələr, Türkiyə Prokurorluğunda qan nəticələri təqdim olunduqdan sonra təkrar ifadənin alınmaması, oğlum dünyasını dəyişdikdən sonra “otopsi” götürülmədən saxta ölüm arayışının tərtib olunması, Azərbaycan vətəndaşı olmasına baxmayaraq, baş vermiş ölüm faktı ilə bağlı Türkiyədəki səfırliyimizə məlumat verilmədən onun Azərbaycana gətirilməsi və s. kimi halların varlığı, məhz ciddi şübhəli məqamlardan varlığından xəbər verir.

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


Vəkillərimin araşdırmasına görə Türkiyə Prokurorluğunun bu işi araşdırmaması və onların sözlərinə görə bu məsələnin açılması iki dövlət arasında narazılıq hissinin baş qaldırmasına səbəb ola bilər deyə, bəzi məlumatların sızdırılması, həmçinin Türkiyədə bizə bu işdə kömək etmək istəyən şəxslərin sözlərinə görə onlar Äzərbaycanda yüksək vəzifədə işləyən dostlarından öyrəniblər ki, bu ölüm dövlət səviyyəsində həyata keçirilən bir ölüm faktıdır və sifariş də Azərbaycanın yüksək vəzifəli məmurları tərəfindən verilib.

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


200 000 (iki yüz min) ABŞ dolları məbləğində rüşvəti mən Əli Nağıyevə çatdırmışam

Ümumiyyətlə, bu işin Türkiyədə açılması qeyri-mümkün oldu. Vəkillərim araşdırma işlərinin dayandırılmasını məsləhət görüb bildirdilər ki, “Bu işi təşkil edən vəzifə sahibləri Türkiyə vətəndaşı olmağmıza baxmayaraq, bizə də istənilən halda problem yarada bilərlər”. Doğrudan da bu günə kimi Türkiyə Prokurorluğu dəlil və sübutlarımı təqdim etməyimə baxmayaraq, baş vermiş ölüm faktı ilə bağlı heç bir araşdırma işi aparmadı. Ona görə də, 18 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova bu işdə köməklik göstərilməsi məqsədilə müraciət etdim. Bir daha qeyd edim ki, bu yöndə etmiş olduğum müraciətim hələ də cavabsız qalmaqdadır. Yalnız Baş Prokurorluğun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fərizə xanımın sözlərinə görə, guya ki, bu işlə bağlı Türkiyə Prokurorluğuna rəsmi müraciət göndərilib. Amma əldə etdiyim məlumatlara görə bu məsələ ilə bağlı Türkiyə Prokurorluğuna kömək məqsədi ilə heç bir müraciət ünvanlanmayıb. Mən düşünürdüm ki, dövlətim mənə sahib çıxacaq, günahsız oğlumun şərəfsiz insanlar tərəfindən qətlə yetirilməsi faktı araşdırılacaq və nəticəsi barədə hər kəs xəbərdar olacaq. Amma nədənsə hamı susmaqdadır.

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


Oğlumun qanunsuz olaraq Baş Prokurorluğa işə düzəlməsi və bu məqsədlə 200 000 (iki yüz min) ABŞ dolları məbləğində rüşvəti mən Əli Nağıyevə çatdırmışam. İstənilən halda Baş Prokurorluq öz əməkdaşının zəhərləndirilərək öldürülməsi faktının araşdırılmasında maraqlı olmalı idi. Bu günə kimi oğlumun ölümündən 19 aydan çox vaxt keçib və ötən müddət ərzində adı çəkilən bu quruma qətl hadisəsi ilə bağlı dəfələrlə müraciətlər etsəm də, Baş Prokurorluq heç bir halda öz münasibətini bildirməyib. Belə bir halın mövcudluğu müəyyən ciddi şübhələrin əmələ gəlməsinə səbəb olur.

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


Oğlumun ölümündə “Avanqard Travel” turizm şirkətindən istifadə ediblər

Oğlum hərbi xidmətdə (xəstəliyi ilə əlaqədar) olmayıb, amma onun birinci dərəcəli dövlət qulluğuna, Baş Prokurorluğa işə qəbulu zamanı Baş Prokuror tərəfindən dərkənar qoymuş olduğu ərizəsi və işə qəbulu zamanı hazırlanmış şəxsi işi və s. hal-hazırda prokurorluqda saxlanılır. Yəqin ki, bu da araşdırıla bilər. Ilkin olaraq onun kargüzar-məsləhətçi, bir il sonra isə rütbə verilərək müstəntiq vəzifəsinə keçirilməsi üçün məndən 200 000 (iki yüz min) ABŞ dolları məbləğində rüşvətin alınması, Baş Prokurorluğun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fərizə xanımın sözlərinə görə rəhbərliyin vermiş olduğu göstərişdir. Bu işlə bağlı mənə heç bir məlumatın verilməməsi, heç bir sənədin göstərilməməsi, hansı ki, heç bir istintaq araşdırması aparılmır və belə hallar istintaq sirri deyil, eyni zamanda Baş Prokurorluğun saysız-hesabsız müraciətlərimə biganə qalaraq cavab verməməsi olduqca şübhəli məqamların ortaya çıxmasına əsas verir.

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


Türkiyədə bizə kömək etmək istəyən dostların “Bu ölüm faktı dövlət tərəfındən, yəni yüksək vəzifəli məmurların sifarişidir, odur ki, bu işin başını buraxın” deməsi, məndə yeni-yeni şübhələrin baş qaldırmasına əsas verir. Bunlar da onu söyləməyə əsas verir ki, dostlar haqlı imiş və ona görə də saysız-hesabsız müraciətlərimə bir kimsə cavab vermir. Deməli, oğlumun ölümünü sifariş verənlərin əsas məqsədi birinci dərəcəli dövlət qulluğuna yararsız olduğu halda, məndən işə qəbul zamanı alınmış 200 000 (iki yüz min) ABŞ dolları məbləğində rüşvəti ört-basdır etmək, işə qəbul zamanı qol qoyulmuş qanunsuzluğun izini itirmək olub. Düşünürəm ki, bu iz heç də itən deyil, mən oğlumun ölümünü sifariş və təşkil edənlərin hər birindən bunu soruşacağam.
Oğlumun ölümündə sifarişçilərin istifadə etdikləri şəxslərdən biri də, onlara istirahət üçün turpaketi təşkil edən “Avanqard Travel” turizm şirkətinin direktoru Yeganə Nağıyevadır. Belə ki, adı çəkilən bu xanım heç bir əsas olmadan oğlum istirahətdə olduğu zaman, ona mənbəyi və mənşəyi bəlli olmayan yaxtatur gəzintisi hədiyyə edir və oğlumun zəhərləndirilməsi də həmin anlarda baş verir. Bu günə qədər Y. Nağıyeva bunu nə üçün etdiyini, kimlərin sifarişi olduğunu və kimlər tərəfindən həyata keçirildiyini heç bir halda açıqlamır. O, əsas gətirir ki, “Mən heç kimin adını verə bilmərəm, heç kimə problem yarada bilmərəm və sən bu işi məhkəməyə ver, o halda mən adları məhkəmədə açıqlayacağam” deyir. Bunları təsdiq edən audio-səs yazıları da var. Nə qədər çalışsam da, mən bu günə qədər onun ifadəsini aldıra bilmirəm.

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


Y.Nağıyeva bu işi təşkil edənlərə çox arxayındır və elə düşünür ki, Azərbaycanda cürət edib bu məsələni məhkəməyə verə biləcək bir şəxs yoxdur. Nəinki Y.Nağıyeva, hətta bu işin iştirakçısı olan hər kəs arxayındır ki, bu məsələ ilə bağlı heç kim cürət edib cinayət işi aça bilməz, amma mən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya inanıram. İnanıram ki, onların vermiş olduqları tapşırıqlar əsasında bu məsələ ilə bağlı cinayət işi açılacaq və hər kəs lazımi cəzasını da alacaq”

Respublika baş prokurorluğu əməkdaşının müəmmalı ölümü... - FOTOLAR


P. S. Məncə əlavə şərhə ehtiyac yoxdur. Hamının düşünüb nəticə çıxarmasına, aidiyyatı qururmların isə məsələni araşdırıb ölçü götürməsinə ehtiyac var...

Hüquq müdafiəçisi Oktay Gülalıyev
GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Nağıyevin xalası oğlunun həbs edilməsi tələb edildi

    Əli Nağıyevin xalası oğlunun həbs edilməsi tələb ...

    12-10-2015, 13:38

  • 
  • Daha bir məmur oğlunun əyləncəli həyatı: gecə klubunda çılpaq qızlarla - FOTO

    Daha bir məmur oğlunun əyləncəli həyatı: gecə ...

    12-11-2015, 17:36

  • 
  • “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 pulumu ələ keçirib”

    “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 ...

    21-05-2018, 21:58

  • 
  • Rafil Hüseynovun oğlu gecə klubunda çılpaq qızlarla yaxalandı -FOTO

    Rafil Hüseynovun oğlu gecə klubunda çılpaq ...

    12-11-2015, 12:33

  • 
  • “Həbsdən çıxsam korrupsiyaya qarşı mübarizəni davam etdirəcəm” - MEHMAN HÜSEYNOV

    “Həbsdən çıxsam korrupsiyaya qarşı mübarizəni ...

    7-08-2018, 22:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu