GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR

Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR

Tarix: 27-03-2019, 10:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 041
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR


Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsən oğlu Həsənov da Çexiyaya böyük vəsait çıxarıb. Hələ Tovuz gömrüyünə təzə rəis təyin olunan vaxtlarından. Zarafat deyil, adam ölkənin əsas giriş qapılarından birinə, Gürcüstanla sərhəddəki Sınıq-körpü gömrük-keçid məntəqəsinə nəzarət edib. Burda adamların əlindən iki kilo kolbasanı belə alıb Xramçaya tolazlayan, gündəlik dolanışıq üçün Gürcüstana gedib ərzaq və ya xırdavat gətirən adamları soyan gömrükçülərlə az rastlaşmamısınız.

Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR


Vəzir Həsənov o zamanlar Çexiyada xəyallarını gerçəkləşdirirdi. Şirkətlər, mülklər, nəhəng biznes layihələri…
Bildiyimə görə adam hacıdır, amma baxın, necə bir hacıdır.
2008-ci il yanvarın 8-də cənab gömrük rəisi Vəzir Həsənov Çexiya – Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, professor Azər Fəzi oğlu Kərimova etibarnamə verir ki, onun adına Çexiyada mal-mülk alsın, şirkət açsın. AR-I 04C332 nömrəli etibarnamə ilə Xanlar şəhəri Rəsulzadə küşəsi 97 ünvanında qeydiyyatda olan, 02.06.1963-cü il təvəllüdlü Vəzir Həsənov qeyd edir: “Bakı şəh. M.Hadi küşəsi ev 63 m. 69-da qeydiyyatda olan 29.12.1951-ci ildə doğulmuş Azərbaycan Respublikasə vətəndaşı Kərimov Azər Fəzi oğluna, Çexiya Respublikasında mənim adıma daşınmaz əmlak, şəxsi müəssisə almaq, ədliyyə orqanlarında dövlət qeydiyyatına alınmasını, təsdiq edilmiş eskiz üzrə cəmiyyətin möhürünün sifariş verilməsini və aınmasını, vergi, sosial müdafiə, statistika, məşğulluq orqanlarında və zəruri olarsa, digər müvafiq orqanlarda uçota alınmasını, cəmiyyətin cari bank hesablarının açılması və digər hüquqi əhəmiyyətli hərəkətlərin edilməsini, bütün bunlarla bağlı məni məni bütün dövlət orqanlarında, istimai və özəl təşkilatlarda və idarələrdə, eləcə də fiziki şəxslər qarşısında təmsil etməyi, əmlak alınması ilə əlaqədar müqavilə bağlamağı, müqavilə bağlanması üçün tələb olunan sənədləri almağı , müqaviləni aidiyyatı idarələrə verməyi, hüquqmüəyyənedici sənədləri almağı etibar edirəm”.

Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR


Etibarnamə 3 illiyinə verilib və Bakı şəhəri 30 saylı dövlət notariat kontorunda N.Səmədov tərəfindən təsdiqlənib.

Azər Kərimov 1987-1994-cü illərdə Çexoslovakiyada oxuyub, hazırda Çexiya Universitetlərində dərs deyir, çex dilini mükəmməl bilir.

Azər Kərimova eyni məzmunlu daha iki etibarnamə Vəzir Həsənovun oğlu Muraz Həsənovun və qardaşı Həmid Həsənovun adından verilir.
Bu etibarnamələr əsasında cənab professor 2008-ci il martın 11-də Çexiyanın füsunkar Cənubi Bohemiya bölgəsinin Brno şəhərində Muraz99 s.r.o. şirkətini qeydiyyatdan keçirir. Şirkət Vəzir (50%), Muraz (30%) və Həmid (20%) Həsənovların adına rəsmiləşdirilir. 2015-ci ildən Muraz Həsənov şirkətin şəriksiz təsisçisidir.
İlkin nizamnamə kapitalı: 200.000 kron.
Şəhadətnamə nömrəsi: CZ 28280580.
Hüquqi ünvanı: č.p. 406, 664 67 Syrovice.
Fəaliyyət sahəsi: inşaat, daşınmaz əmlak alışı və icarəsi, ticarət.

Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR


Bu şirkət üzərindən Həsənovlar mülkiyyət və Çexiyada daimi yaşamaq imkanı əldə edirlər. Amma bu onlara azlıq edir və 2011-ci ildə Həsənovlar Çexiyada daha bir şirkət alırlar. Söhbət Azcom s.r.o.-dan gedir. Şirkət 2004-cü il martın 31-də Brno regional ədliyyəsində nizamnamə kapitalı 200 min kron olmaqla qeydiyyatdan keçirilib (qeydiyyat şəhadətnaməsinin nömrəsi: (CZ 26924668).

Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR


Hüquqi forması: Məhdud Məsuliyyətli Cəmiyyət.
O zaman şirkət Azərbaycan vətəndaşı, 18 oktyabr 1979-cu il təvəllüdlü Naqif Fəzizadəyə və onun çex həyat yoldaşı Miluşe Fəzizadəyə (əvvəlki soyadı Naytova) məxsus olub. 2011-ci ci il oktyabrın 13-də Vəzir Həsənov professor Azər Kərimovun vasitəşiliyi ilə Azcom şirkətinin 75 fazilik hissəsini Fəzizadələrdən satın alır. Sənədlərə görə şirkətin 25 faizlik hissəsi , Xanlar rayonu Rəsulzadə küçəsi 97 ünvanında qeydiyyatda olan, 2 iyun 1963-cü il təvəllüdlü Vəzir Həsənovun, 25 faizi onun16 sentyabr 1988-ci il təvəllüdlü oğlu Muraz Həsənovun (o zaman 23 yaşı vardı), digər 25 faizi isə gömrük rəisinin 1964-cü il təvəllüdlü qardaşı Həmid Həsənovun adına keçir.

Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR


Maraqlıdır ki, sənədlərdə Həsənov qardaşlarının qeydiyyat yeri Azərbaycan pasportu əsasında deyil, Çexiyada aldıqları mülkə qeydiyyat əsasında aparılıb (ünvan Ričany, Zahradní 546, 66482).
Azcom s.r.o. geniş sferada fəaliyyət göstərib, ilk əvvəl daşınmaz əmlakın alışı, icarəsi, qeyri-yaşayış sahələrinin idarəçiliyi, inşaat, təmir və layihələndirmə ilə məşğul olub. 2006-cı ildən ticarət, 2009-cu ildən isə istehsal və xidmət sahələrində də fəaliiyət göstərməyə başlayır. Dövriyyəsi 50 milyon çex kronu, yaxud 1.81 milyon avro göstərilir.

Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR


Növbəti ilin mayında isə Həsənovlar və Fəzizadə şirkəti bütünlüklə 1980-ci ci il təvəllüdlü Çexiya vətəndaşı DUMITRU TABUREANU-ya sataraq şirkəti tərk edirlər.
Şirkətin 2011-12-ci cillərdə Vəzir Həsənovun Brnoda Zábrdovice, Příkop 834/8 ünvanındakı ofisində fəaliyyət göstərib. Bura Brnonun məşhur Beynəlxalq Biznes Mərkəzidir və Qubanın icra hakimi Ziyəddin Əliyevin Çexiyadakı şirkətinin ofisi də burada yerləşir.
Bu şirkət də onlara azlıq edir və Azcom s.r.o. alındıqdan cəmi bir ay sonra Vəzir Həsənov sayca üçüncü şirkəti qeydiyyatdan keçirir.

Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR


HASAN & SONS s.r.o., yəni Həsən və oğlanları MMC
2011-ci ilin noyabrın 23-də Praqa Bələdiyyə Məhkəməsində qeydiyyatdan keçən şirkət CZ 29299438 saylı lisenziya alır.
Hüquqi ünvanı: Praha - Kamýk, U Kamýku 1001/6, PSČ 142 00.
Nizamnamə kapitalı: 200.000 kron.
Fəaliyyət sferası: binaların inşası, dizayn, əmlak alqısı kirayəsi, ticarət və istehsal.
2011-2014-cü illərdə şirkət Vəzir Həsənovun qardaşının adına rəsmiləşdirilir. Daha sonra Vəzir Həsənovun və onun digər ailə üzvü 1974-cü il doöumlu Həcər Həsənovanın da adları şirkətin təsisçiləri sırasına daxil edilir.
Şirkətin illik dövriyyəsi 2 milyon avroya yaxın göstərilir.

Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR


Bu hamısı deyil. Vəzir və Həmid Həsənovlar hər biri 2015-ci ilin mayında Çexiyanın Equa Bankından girov müqabilində 14 il müddətinə 225 milyon kron (10 milyon dollar) kredit götürürlər.
Girov olaraq nəyin qoyulduğu bəlli deyil.
Əsas layihələrdən biri kimi HASAN & SONS s.r.o. ZR Grubu ilə birlikdə Brnoda 64 bağçalı evdən ibarət yaşayış kompleksinin tikintisini həyata keçirib. Amma o evləri alanlar elə peşiman olublar ki...

Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR


Alıcıların forumlarda apardıqları diskussiyalardan bəlli olur ki, hər iki şirkət layihəni sonadək başa çatdırmadan aralarında mübahisə yaradıblar. 64 bağçalı evin hamısı satılıb, ancaq 34-ü ümumiyyətlə tikilməyib. Vəzir Həsənov isə bunu əsas gətirərək ərazini satan partnyorlarından 16 milyon kron tələb edir. Bunun əziyyətini evləri alanlar çəkir, adamlar evlərinə köçə bilmirlər. İş Brno-Venkov bölgə məhkəməsinə çıxıb. Ötən ilin iyulunda məhkəmə faktiki olaraq hər iki şirkəti iflas elan edib.
Həsənovlara aid 4-cü şirkət - AZ ECO ENERGY, spol. s r.o 2012-ci ilin noyabrın 22-də qeydiyyatdan keçib.
Qeydiyyat şəhadətnaməsi: CZ 29378052.
Hüquqi ünvan: Praha - Kamýk, U Kamýku 1001/6, PSČ 142 00.
Nizamnamə kapitalı: 200 000 kron.
Həmid Həsənov şirkətdə 50 faizlik paya malikdir. İlqar Mürsəlov və Sahib Əliyev adlı şəxslər isə hər biri 25 % paya sahibdirlər.

Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR
Ölkədən böyük vəsait çıxaran məmur ifşa olundu-FOTOLAR


Cavanşir Həsənli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuz Gömrük İdarəsində tabesizlik

    Tovuz Gömrük İdarəsində tabesizlik ...

    18-01-2014, 11:15

  • 
  • “Sınıq körpü”də “sındırılan” dövlət – GÖMRÜK BİABIRÇILIĞININ SİRLƏRİ

    “Sınıq körpü”də “sındırılan” dövlət – GÖMRÜK ...

    13-01-2017, 20:30

  • 
  • «Sınıq körpü»də əhaliyə divan tutulur

    «Sınıq körpü»də əhaliyə divan tutulur ...

    25-12-2012, 12:14

  • 
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11

  • 
  • Azərbaycandan gizli yolla gümüş əşyaların çıxarılmasının qarşısı alınıb

    Azərbaycandan gizli yolla gümüş əşyaların ...

    1-07-2017, 13:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu