GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hüquq müdafiəçisi hakimin ''qadağalarına blok qoydu''

Hüquq müdafiəçisi hakimin ''qadağalarına blok qoydu''

Tarix: 13-04-2019, 11:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 665
Hüquq müdafiəçisi hakimin ''qadağalarına blok qoydu''


Oqtay Gülalıyev ''Gəncə işi''ilə bağlı məhkəmə prosesində baş verənləri təqdim edir:

''Dünən və bu gün Sabunçu məhkəməsində 2018- ci liin iyul ayında Gəncədə baş vermiş məlum hadisələrlə bağlı təqsirləndirilən 2 qrupun (8+8 nəfərin) məhkəməsi keçirildi. Hər iki məhkəmə prosesində iştirak etdik.

Məhkəmə prosesi çoxsaylı qanun pozuntuları ilə keçirildi. İbtidai istintaq dövründə yol verilən pozuntular məhkəmədə də təkrarlanırdı. Hakimlər və dövlət ittihamçıları nəyin bahasına olursa olsun ittiham aktını təsdiq etməyə çalışırdılar. Bu isə təqsirləndirilən şəxslərin, onların vəkillərinin və valideynlərinin haqlı narazılığına səbəb olurdu. Məhkmənin ən vacib və dəhşətli səhnələrindən biri təqsirləndirilən şəxslərin həbs olunan zaman Gəncədə və Bakıda "bandotdel"- də məruz qaldıqları ağır işgəncələri bildirmələri idi. Valideynlər işgəncələrə ağlamaqla və bunu edənlərə qarğışla qarşılıq verir, hakimlər isə danışanları dayandırmaq, başqa yerə istiqamətləndirmək, özlərini heç nə eşitmirmiş kimi aparmaları və işgəncə hallarını ört- basdır etməklə reaksiya verirdilər. Hətta işgəncəyə məruz qalan Rauf Bayramov adlı təqsirləndirilən şəxs 9 ay ötməsinə baxmayaraq bədənində işgəncənin izlərini göstərmək istədi, hakim imkan vermədi. Demək olar ki, bütün təqsirləndiriln şəxslər öz ifadələrində ağır və dəhşətli işgəncələrə, qeyri- insani münasibətə məruz qaldıqlarını bildirdilər. Amma çox dəhşətli və acınacaqlı haldır ki, bu faktları hakimlər və ittihamçılar gözməzlikdən gəlirdi...

Hüquq müdafiəçisi hakimin ''qadağalarına blok qoydu''


Hüseynzadə Oqtay Nazim oğlunun və digərlərinin təqsirlndirildiyi qrupda olan şəxslər Cinayət Məcəlləsinin nə az, nə çox- 23 ağır maddəsi ilə ittiham olunur. Onlar adam öldürməkdən tutmuş silah gəzdirmə, narkotika, hakimiyyətin zorla əl keçirilməsi (!?), konstitusiya qurluşunun zorla dəyişdirilməsi, terror, quldurluq, hədə- qorxu ilə tələb etmə, xuliqanlıq və s. maddələrlə ittiham olunurlar. İttihamlar o qədər absurd və ağlasığmazdır ki, vəkillərin sualları qarşısında aciz qalan dövlət ittihamçısı bəzən "Biz bu maddələrlə bunları ittiham etmirik" deyə vəziyyətdən çıxmaq istəyirdi. Maraqlıdır ki, 23 maddə ilə ittiham olunan bir çox şəxslər hadisə zamanı nəinki meydanda, 10 iyulda ümumiyyətlə Gəncədə olmayıblar (!?). Onların bir "əsas günahı" qətldə ittiham olunan Rəşad Böyükkişiyevin onlarla nə zamansa münasibətinin olması, salam verməsi və onların yanından ötüb keçməsidir (ifadə təqsirləndiriln şəxslərin vəkillərinin və valideynlərinin fikrindən götürülüb- red.)

Çox maraqlıdır ki, ittiham tərəfi məhkəməyə təqsirəlndirilən şəxslərdən istintaq zamanı işgəncə ilə alınmış etirafedici ifadələrdən və yalançı şahid ifadələrindən başqa hər hansı dəlil, sübut təqdim etmir. Dəfələrlə vəsatət verilsə də şəhər kamerasının görüntüləri məhkəmədə nümayiş olunmur.

Hakimlər və ittihamçılar bəzi təqsirləndirilən şəxslərə davamlı təzyiq göstərməsi vəkillərin narazılığına və etirazına səbəb oldu. Vəkillərdən Xaliq Hüseynov vəsatət verərək ədalətli məhkəmə araşdırmasına imkan vermədiyi və bundan əvvəlki qrupda iştirakına görə 2 hakimin- Faiq Mahmudov və Xəqani Səmədovun prosesdən kənarlaşdırılmasını tələb etdi. Vəsatəti qəbul etməyən hakim vəkilə 5 dəfə rəsmi xəbərdarlıq etdi (!?)

Elmir Hüseynzadə və digərlərinin ittiham olunduğu qrupun məhkəmə prosesinə sədrlik edən hakim "burda çıxışların və müzakirələrin mətbuatda, sosial şəbəkələrdə dərc olunması yol verilməzdir" deyərək qanunsuzluqları ört- basdır etməyə çalışırdı. Hadisə görüntülərinin məhkəmədə nümayiş olunmasına imkan verməyən yenə həmin hakim "bu sübutların bizim üçün heç bir əhəmiyyəti və hüquqi qüvvəsi yoxdur" deyərək əslində "Gəncə işi" ilə bağlı ittiham tərəfinin tərtib etdiyi saxta ittiham aktının artıq məhkəmədə təsdiq olunduğunun elan etdi. Bununla da o, həm də İlham Əliyevin bu yaxınlarda "məhkəmələrdə islahatların dərinləşməsi" barədə fərmanına da fatihə vermiş oldu...

"Gəncə işi" ilə bağlı Sabunçu məhkəməsində aparılan tragikomediyaya son verilməli, həbsdə olan şəxslər azadlığa buraxılmalıdır...''
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bacısını boğan qardaşın məhkəməsi qapalı keçirildi

    Bacısını boğan qardaşın məhkəməsi qapalı keçirildi ...

    26-04-2017, 18:01

  • 
  • Leyla Şıxliniskayanın işçiləri özünü günahsız hesab edir- mənimsəmə işi

    Leyla Şıxliniskayanın işçiləri özünü günahsız ...

    24-11-2017, 11:21

  • 
  • Bəraət və cəza

    Bəraət və cəza ...

    13-04-2016, 01:16

  • 
  • Məhkəmə "Bank Respublika"nın sabiq inkassatorunun vəsatətini təmin etməyib

    Məhkəmə "Bank Respublika"nın sabiq ...

    2-10-2018, 12:16

  • 
  • ANS-in saytlara qarşı ilk məhkəmə prosesi keçirildi

    ANS-in saytlara qarşı ilk məhkəmə prosesi ...

    24-02-2014, 13:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu