Son günlər xəstəxanalarda insan ölümü ilə bağlı yayılan məlumatlar sözünhəqiqi mənasında ürəy ağrıdıcıdır.
Əlbətdə ki, xoşagəlməz olay birbaşa Səhiyyə Nazirliyini dərindən düşündürməli və təxirəsalınmaz addımlar atılmalıdır. Elə götürək Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasını. Adı hallanan xəstəxana sanki Səhiyyə Nazirliyinin tabeçiliyində deyil, hansısa sahibkarın şəxsi obiyekti kimi fəliyyət göstərir.
Xəstəxanaya müraciət edən xəstələr bildirirlər ki, qəbul şöbəsindən tutmuş palataya kimi bütün tibb bacıları və həkimlər nə qədər pulun olduğunu və yaxınların kim olduğunu maraqlanandan sonra xəstəyə münasibət ya mənfi, ya da müsbət olur. Belə ki, maddi baxımından olduqca aşağı olan xəstələr elə bir halla qarşılaşırlar ki, onu sözlə ifadə etmək olduqca üzəy ağrıdıcıdır.
Əslində, baş həkim Telman İbadovu xəstələr maraqlandırmır, onu ancaq və ancaq gündəlik gələn gəlir maraqlandırır. Bu işdə ən çox adı hallanan şəxs baş həkimin müavini Mahir həkimin olduğu bildirilir. Mahir həkim haqqında kifayət qədər məlumat əldə etmişik. Xəstəxnada söz sahibi kimi tanınan Mahir həkim bütün şöbələrə nəzarət edir.
Yəni, gündəlik gələn gəlir və müəyyən ünvanlara çatdırılma məhz Mahir həkimin başçılığı altında həyata keçirilir. Ən acınaçaqlı məqam ondan ibarətdir ki, insan həyatı üçün böyük təhlükə hesab edilən Ak. Mirqasımov adına Respublika Kilinik Xəstəxanası nazir- müavin arasında "soyuq müharibənin” qurbanınan çevrilib. Bu barədə növbəti yazılarımızda geniş məlumat veriləcək. Hələlik "Respublikaniski” xəstəxananın daxilində baş verən hadisələr haqqında qısa da olsa məlumat verdik.
Növbəti yazılrımızda biləcəksiniz:
1)Səhiyyə naziri və müavin arasında qalmaqala səbəb olan şok olay kim tərəfindən mətbuata ötürülür?
2)”Respublikaniski” xəstəxanada xəstələrin qəniminə çevrilən və eyni zamanda pul yığan kimi ad qazanan baş həkimin müavini Mahir həkimin gündəlik gəliri nə qədərdir?
3)Xəstəxanaya müraciət edən imkansız xəstələr haqsızlıqlarla bağlı nə üçün Səhiyyə Nazirliyinə müraciət etməkdən çəkinir?
4)Doğum şöbəsində gündəlik nə qədər Mahir Həkimə "patent” verilir?/dosye.org/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?