GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » CƏFƏR CƏFƏROV ABEL MƏHƏRRƏMOVUN "YOLU" İLƏ GEDİR - Rektor hansı məmura arxalanır...

CƏFƏR CƏFƏROV ABEL MƏHƏRRƏMOVUN "YOLU" İLƏ GEDİR - Rektor hansı məmura arxalanır...

Tarix: 18-04-2019, 12:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 270
CƏFƏR CƏFƏROV ABEL MƏHƏRRƏMOVUN "YOLU" İLƏ GEDİR - Rektor hansı məmura arxalanır...


Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) rektoru Cəfər Cəfərovun Müxalifet.az saytını məhkəməyə verdiyi artıq dəyərli oxucularımıza bəllidir. O da məlumdur ki, C.Cəfərov “nurçular”la əlaqələrindən bəhs etdiyimiz və ADPU-nun keçmiş əməkdaşlarının şikayətlərini saytımızda dərc etdiyimiz üçün bizdən nə az, nə çox düz 100 min manat təzminat tələb edir. Guya Müxalifet.az saytı onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirib.

Diqqət edək, adam iddia edir ki, onun “nurçular”la əlaqəsi haqda yazdığımız üçün qardaş ölkədən ADPU-ya oxumağa gələn tələbələrin sayı azala, hətta Azərbaycan-Türkiyə münasibətlərinə zərbə dəyə bilər.

Maraqlıdır, vaxtilə Fətullah Gülənin Bakıdakı ən etibarlı adamlarından biri, Qafqaz universitetinin rektoru Əhməd Sanıcla boy-boy şəkillər çəkdirmək, bir çox tədbirlərdə yan-yana əyləşmək, hətta həyat yoldaşını onun rəhbərlik etdiyi universitetə işə düzəltmək və s. “nurçular”la əlaqə deyilsə, bəs nədir? Axı, biz onun heç də “nurçu” olduğunu qeyd etməmişik Müxtəlif saytlarda dərc olunan yazılar və fotolar, eləcə də etibarlı mənbələrdən əldə etdiyimiz informasiyalar əsasında onun “nurçular”la bağlantısını qələmə almışıq. Yəqin dəyərli oxucular da bizim dediklərimizi təsdiqləyər ki, Fətullah Gülənin ən sadiq adamlarından biri ilə müxtəlif məclislərdə, ziyafətlərdə iştirak etmək “nurçular”la əlaqədə olmaqdan daha ciddi “ittiham” hesab olunmalıdır. Halbuki Azərbaycan qanunlarına görə, dövlət əleyhinə hansısa fəaliyyətdə iştirak etməyən “nurçular” belə, cinayətkar hesab oluna bilməz.
Bu baxımdan, Cəfər Cəfərovun məlum ittihamları absurd olmaqla yanaşı, guya onun “nurçular”la əlaqədə olduğunu bilən türkiyəli tələbələrin ADPU-dan üz döndərəcəyi haqda iddiası da gülüncdür.
O ki qaldı rektorun barəsində yazdıqlarımıza görə Azərbaycan-Türkiyə münasibətlərinin zərər görə biləcəyinə, yəqin ki, belə düşünmək üçün ancaq Cəfər Cəfərov məntiqinə sahib olmaq lazımdır...
ADPU-nun keçmiş əməkdaşlarınını şikayətlərini dərc etdiyimizə görə, rektorun bizə qarşı məhkəmə iddiası irəli sürməsi də anlaşılan deyil. Görünür, burada da ya məntiq problemi var, ya da C.Cəfərov əhatəsində olan bir qrup savadsız məsləhətçilərinin girovuna çevrilib. Hər halda, Pedaqoji Universitetə rəhbərlik edən bir şəxs KİV haqqında qanundan az da olsa, məlumatlı olmalı idi. Əgər özünü zəhmətə salıb bu qanunu oxumaq həvəsində olmayıbsa, ən azı ölkə mətbuatının bəzi “uzaqvuran topları” ilə görüşlərinin birində bu haqda informasiya əldə edə bilər. Yox, bu da onun üçün maraqlı deyilsə, onda məhkəmələrdə pis vəziyyətdə qalmamaq üçün öz ətrafına yaltaq, ikiüzlü, riyakar (Təbii ki, bu hər kəsə aid deyil – müəl.) insanları deyil, savadlı kadrları toplamalıdır ki, gülünc vəziyyətə düşməkdən xilas ola bilsin.
Son vaxtlar ADPU-da vəziyyət o həddə çatıb ki, bütün rəhbər heyət məhkəmə çəkişmələri ilə məşğuldur. Cəfər Cəfərovun rektorluğu dönəmində sözügedən ali təhsil ocağı 100 illik “məhkəmə planı”nı çox böyük fəxrlə yerinə yetirə bilib. Bu qısa müddət ərzində ADPU rəhbərliyini məhkəməyə verənlərin, eləcə də onların qarşılıqlı məhkəmə iddialarının sayı onlarladır. Bu səbəbdən, günlərin birində Cəfər Cəfərovun adının Ginnesin rekordlar kitabına düşəcəyini eşitsəniz, heç də təəccüblənməyin. Əslində, onun bu nüfuzlu mükafatı əldə etməyə haqqı da var. Axı rektor təyin olunan gündən rəhbərlik etdiyi universitetdə ancaq çəkişmələr, didişmələr, çarpışmalar, vuruşmalar yaşanır, təhsil məsələsi ikinci, yox, daha sonrakı yerlərdə dayanır. Elə bu səbəbdən də ADPU-da təhsilin səviyyəsi getdikcə aşağı düşməkdə, çox acınacaqlı vəziyyətə gəlib çatmaqdadır.
Cəfər Cəfərovun başı məhkəmə işlərinə qarışdığından, son vaxtlar ADPU-da işə təyin olunanların demək olar ki, böyük əksəriyyəti ya hansısa məmurun, ya da hansısa məhkəmə hakiminin yaxınlarıdır. Çünki haqsız durumda olan rektorun məmurların sifarişi və yaxud qohumunu işə götürdüyü hakimlərin qərəzli, ədalətsiz qərarı ilə “qələbə çalmaq”dan başqa yolu yoxdur. O, yaxşı bilir ki, arxasını həmin şəxslərə söykəməsə, yəni onların savadsız qohumlarını işə götürməsə, bu cür yarıtmaz fəaliyyətlə heç bir ay da rektor vəzifəsində dözüm gətirə bilməz...
Yeri gəlmişkən, ADPU rektoru elə zənn edir ki, bu ölkədə bütün hakimlər sifarişli qərar çıxarmağa məcburdur. Amma son vaxtlar ölkə başçısının iradəsi əsasında məhkəmə-hüquq sistemində çox ciddi islahatlara başlanıldığını nəzərə alsaq, əminliklə deyə bilərik ki, artıq hansısa məmurun məhkəmələrə basqısı, hakimlərin qərarlarına müdaxilə etməsi heç də asan olmayacaq. Prezident İlham Əliyevin bu məsələdə prinsipial mövqeyini ortaya qoyması onu deməyə əsas verir ki, çox yaxında ölkə məhkəmələrində sifarişli, ədalətsiz qərarların çıxarılması mümkün olmayacaq. Bu halda isə hansısa məmurların himayəsinə sığınan cəfər cəfərovların özləri qanunsuz əməllərinə görə ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Yox, Cəfər Cəfərov iddia edirsə ki, onun arxası güclüdür, kimsə ona bata bilməz, o halda rektora keçmiş həmkarlarından birinin - BDU-nun sabiq rektoru Abel Məhərrəmovun taleyini gözünü önündən keçirməyi məsləhət bilərdik. Necə ki, bir vaxtlar A.Məhərrəmov da onun kimi bütün savadsız qohum-əqrabasını başına toplamış, müxtəlif vəzifəli məmurların qohumlarını işlə təmin etmiş, universitetin müəllimləri üçün tikilən binadan ayrı-ayrı məmurlara mənzillər hədiyyə etmiş, eləcə də bütün bunlar haqda yazan jurnalistləri həbsə atdırmış və böyük məbləğdə cərimələtdirmişdi...
İnanırıq ki, ADPU-nun rektoru öz səhvlərindən tez bir zamanda nəticə çıxarmasa, o, nəinki Abel Məhərrəmov kimi Pedaqoji Universitetə uzun illər rəhbərlik edə biləcək, əksinə çox tez bir zamanda vəzifəsini itirməklə yanaşı, qanunsuz əməllərinə görə hakim qarşısında cavab verməli olacaq. Unutmasın ki, keçmiş həmkarı ondan daha arxalı, daha imkanlı və daha nüfuzlu idi. Bu gün isə...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəfər Cəfərovun QARANLIQ DİNİ ƏLAQƏLƏRİ - Və yaxud rektorun “nurçular”a sevgisi hardan qaynaqlanır...

    Cəfər Cəfərovun QARANLIQ DİNİ ƏLAQƏLƏRİ - Və ...

    14-01-2019, 14:56

  • 
  • Nazirlik rektoru yoxlayır

    Nazirlik rektoru yoxlayır ...

    16-04-2015, 12:32

  • 
  • Bakı Dövlət Universitetində istefalar başladı – SABİQ REKTORUN “SAĞ ƏLİ” DƏ UNİVERSİTETDƏN ƏŞYALARINI DAŞIDI

    Bakı Dövlət Universitetində istefalar başladı – ...

    19-11-2018, 16:07

  • 
  • “Nurçular gənclərimizi əlimizdən alırlar” - Hacı Hacıağa Nuri

    “Nurçular gənclərimizi əlimizdən alırlar” - Hacı ...

    28-01-2014, 13:49

  • 
  • ADPU-nun keçmiş əməkdaşından C. Cəfərovun ünvanına sərt ittihamlar

    ADPU-nun keçmiş əməkdaşından C. Cəfərovun ...

    20-11-2017, 16:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu