AXCP və Müsavat partiyalarının toplantısı baş tutmayıb
Şəkidə polis iki aparıcı müxalifət partiyasının Xalq Cəbhəsi və Müsavat partiyalarının birgə iclasını qanunsuz olaraq pozub. “Polislər hər iki təşkilatın yerləşdiyi mənzil-qərargaha gələrək dağılışmağı tələb ediblər”, - AXCP Şəki şöbəsinin rəhbəri Alı Abdullayev bildirib. Polislərə onların qanunvericiliyi və ölkə Konstitusiyasını pozduqlarını başa salmaq cəhdləri nəticəsiz qalıb. Qarşıdurmaya yol verməmək üçün toplantı iştirakçıları görüşü saxlayaraq yeri tərk ediblər. “Otaqdan çıxarkən həmin yerin polisin əhatəsində olduğunu gördük. Mənzil-qərargahın yaxınlığında 30-a yaxın adam toplaşmışdı. Onlara İcra Hakimiyyətinin keçmiş nümayəndəsi rəhbərlik edirdi”, - Abdullayev bildirib. Azərbaycanın bölgələrində müxalifət təmsilçilərinin toplantılarına qadağa qoyulması normaya çevrilib. Ötən gün Naxçıvan, Lənkəran, Sabirabad və başqa rayonlarda toplantılar qadağan edilib. Hakimiyyət sərbəst toplaşma azadlığı, siyasi partiyalar haqqında qanunlara əməl edilməsi, həmçinin beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin çağırışlarına məhəl qoymur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?