Müxalifətçi bloger Orduxan Teymurxan özünün “Facebook” səhifəsində yazıb ki, dünən qardaşı uşaqları saxlanılıblar. Bunu “Azadlıq” radiosu bildirib.
O.Teymurxan 10 ildən çoxdur ki, Azərbaycandan gedib və qohumları ilə əlaqə saxlamır. Mənbənin bildirdiyinə görə, Suraxanı rayon polis idarəsində O.Teymurxanın qohumlarının saxlanılması barədə məlumatı şərh etməkdən boyun qaçırıblar.
Elə bu gün bloger Tural Sadıqlının atası Əlövsət Sadıqlı saxlanılıb. Hələlik Əlövsət Sadıqlının nəyə görə saxlanılması barədə məlumat yoxdur.
Qeyd edək ki, Tural Sadıqlı Azərbaycandan Almaniyaya mühacirət edib. O, sosial şəbəkələrdəki səhifələrində Azərbaycan iqtidarını tənqid edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?