GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tovuz rayonunda özbaşınalıq baş alıb gedir - Qarabağ qazisi prezidentə müraciət etdi

Tovuz rayonunda özbaşınalıq baş alıb gedir - Qarabağ qazisi prezidentə müraciət etdi

Tarix: 10-06-2019, 13:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 349
Tovuz rayonunda özbaşınalıq baş alıb gedir - Qarabağ qazisi prezidentə müraciət etdi


Tovuz rayonu, Vahidli kənd sakini, II qrup Qarabağ qazisi Abdullayev Elbrus Sakit oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq məktubla müraciət edib. Gundemxeber.Az Qarabağ əlilinin müraciətini olduğu kimi dərc edir:

Cənab Prezident! 1996-cı ildə həqiqi hərbi xidmət zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən quraşdırılmış minaya düşərək sol baldırımın 1/3-ni itirmişəm. Hazırda II qrup Qarabağ qazisi kimi Sizin tanıdığınız imtiyazlardan istifadə etməklə bərabər, biz qazilərə göstərdiyiniz qayğıdan yararlanıram. 3 övladım və yaşlı ata-anamla Tovuz rayonu Vahidli kəndində 2 otaqlı mənzildə yaşayıram. Mənzil şəraitimin yaxşılaşdırılması üçün fərdi ev tikintisi növbəsinə durmaq məqsədilə 2014-cü ildə Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Lazım olan bütün sənədlər təqdim edilib, lakin bu günə qədər adım növbəyə yazılan Qarabağ qazilərinin siyahısında yoxdur. Rayon İH deyir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizdən siyahı istəməlidir, nazirlik isə deyir ki, siyahını RİH göndərməlidir. Beləcə ötür-ötür oyunu quraraq illərdir məni süründürürlər.

Möhtərəm Prezident! Tovuz rayonunda özbaşınalıq, laqeydlik hökm sürür. Mən bunu tam məsuliyyətimlə deyirəm, çünki özüm də bu vəziyyətin qurbanına çevrilmişəm. Bizim kəndimizdə torpaq islahatları aparılan zaman qanun pozuntularına yol verildiyi üçün islahatların nəticəsi ləğv edilib. Kənd əhalisi suvarılan və suvarılmayan sahələri qarşılıqlı razılaşma əsasında bölərək istifadə edir. Mənim atam Abdullayev Sakit də özünün və ayrı təsərrüfat olduğum üçün mənim də payıma düşən 60 sot ərazidən həmkəndlimiz Məmmədov Mayıl Ənvər oğlunun müvəqqəti istifadə etməsi üçün razılıq verdi. Təxminən 18 ilə yaxın bir müddət ərzində M.Məmmədov ərazidən istifadə etdi, suvarılan sahə olduğu üçün orda gah taxıl əkdi, gah yonca, gah da biçənək kimi istifadə etdi. Qeyd edim ki, M.Məmmədovun heyvanı yoxdur. Orda becərdiyi taxılı da, yonca və otu da satır. Ərazini başqa kəndin adamlarına icarəyə verir. Və bütün bunlardan dövlətə bir qəpik vergi ödəmir. Biz isə bu 18 ildə kəndin suvarılmayan ərazilərindən ot biçməklə mal-heyvanımızın qışlığını təmin etmişik. Hazırda atam yaşlandığı üçün mənə bu işlərdə köməyi dəymir, mənim isə ayağımın protez olması səbəbindən əmək qabiliyyətim tam deyil. Bütün bunlar ailəmizin həmin əraziyə ehtiyacını gündəmə gətirdi. Bir neçə il M.Məmmədova ərazini xoşluqla bizə qaytarmasını təklif etdik, lakin qulaqardına vurdu, hər dəfə bir bəhanə ilə növbəti ilə saxladı. Bu il isə mən xüsusi razılıq almadan öz payımıza düşəndən də az – cəmi 48 sot - ərazini suvarıb biçinə hazırladım. Lakin M.Məmmədov oranı mənə xoşluqla verməyəcəyini dedi. Halbuki o 48 sotu çıxdıqdan sonra ona 1 hektar 30 sotdan çox yer qalırdı. İyun ayının 3-də Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun qəbulunda oldum və həm mənzil növbəsi, həm də yaranmış torpaq mübahisəsi ilə bağlı məlumat verib məsələnin həll olunmasını xahiş etdim. M.Məmmədov hər iki məsələ haqda müvafiq şəxslərə göstəriş verdi. Mənzil məsələsi birinci müavin Rəşad Zeynalova, yaranmış torpaq mübahisəsi isə başmının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımova həvalə edildi. Biz artıq məsələnin obyektiv həll olunacağına ümid edərkən, dost-tanış N.Qasımovla Mayıl Məmmədovun dost olduqlarını dedi və prosesin əksinə olacağını bildirdi. Təəssüf ki, elə də oldu. Rayon rəhbərliyi "dovşana qaç, tazıya tut” prinsipi ilə hərəkət edərək məni qəbuldan arxayın yola salıb, o tərəfdən Mayıl Məmmədova "get ərazini biç” göstərişi verib. Qəbuldan 1 gün sonra yazdan bəri suvarıb yetirdiyim biçənək Mayıl Məmmədov tərəfindən biçilərək yenidən mənimsənildi. N.Qasımov bacımla telefon danışığında deyib ki, Mayıl Məmmədov sənin qardaşının əlilliyinin saxta olduğunu deyir. Belə çıxır ki, dövlət məmuru 23 ildir dövlətin Qarabağ əlili kimi tanıdığı, qayğı göstərdiyi, şəxsən sizin sərəncamlarınızla avtomobillə, sosial qayğılarla təmin edilən bir adama atılan iftiraya əsaslanıb onun haqqını tapdalamağı asan iş bilir. Bu, həmin Niftalı Qasımovdur ki, vaxtilə rayonda İslahat komissiyasının sədr müavini olub. Həmkəndlim M.Məmmədov yazı-pozu bacardığı, indiyə qədər kənddə, rayonda vəzifə tutan adamlar haqda mərkəzə çoxlu şikayətlər ünvanladığı üçün görünür, N.Qasımov da İslahat komissiyasına olarkən yol verdiyi pozuntuların üstünün açılacağından qorxur və ona görə də onun haqsız mövqeyini müdafiə edir. Çox təəssüflə qeyd edim ki, rayon rəhbərliyi də diqqətinə çatdırılmasına baxmayaraq, bütün bunlara göz yumur.

Mən dünyanın gəlişindən-gedişindən az-çox başı çıxan bir adam kimi deyirəm: bunun yeganə adı təxribatdır! Ölkədə Qarabağ əlillərinə, şəhid ailələrinə, müharibə veteranlarına diqqətin, qayğının artdığı bir vaxtda bu cür hadisələrin baş verməsi ancaq və ancaq təxribatdır, dövləti və hakimiyyəti gözdən salmaqdır. Mənim atam da Qarabağ müharibəsi veteranıdır. Müharibə başlayanda müəllimliyini atıb Vətənin keşiyində dayanıb. Evin tək oğlu ola-ola öz xahişimlə ordu sıralarına qoşulmuşam. Bizim kimi insanların hesabına qızğın döyüşlərin getməsinə baxmayaraq, düşmən Tovuz rayonundan bir qarış torpaq ala bilməyib. İndi belə çıxır ki, bizim qanımız tökülən torpağa haqqımız çatmır.

Cənab Prezident! Bizim ümidimiz yenə sizədir. Əminik ki, məsələ diqqətinizə çatsa obyektiv araşdırılmasına göstəriş verəcəksiniz. Əks halda, ailəmi də götürüb ölkədən getməkdən başqa çarəm qalmır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuz rayonunda iki nəfər minaya düşdüyü deyilir

    Tovuz rayonunda iki nəfər minaya düşdüyü deyilir ...

    7-08-2018, 14:02

  • 
  • Qarabağ qazisi Zaur Həsənov torpağa tapşırıldı

    Qarabağ qazisi Zaur Həsənov torpağa tapşırıldı ...

    29-12-2013, 15:02

  • 
  • Özünü yandıran Qarabağ qazisi öldü

    Özünü yandıran Qarabağ qazisi öldü ...

    28-12-2013, 22:59

  • 
  • Daha bir Qarabağ qazisindən şok etiraz

    Daha bir Qarabağ qazisindən şok etiraz ...

    4-01-2014, 14:56

  • 
  • Qarabağ qazisi komaya düşüb

    Qarabağ qazisi komaya düşüb ...

    25-10-2018, 15:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu