Hakimiyyət vətəndaşlarımıza qarşı bolşevik münasibətini davam etdirir; "bizim kimi düşünmürsənsə bizdən deyilsən, bizə düşmənsən". Mirşahinin dilindən səsləndirdikləri tapşırıqları icra etməyə başlayıblar...
Fərqli düşünən insanların ailə üzvlərinə qarşı son günlər təzyiqlərin yeni dalğası start götürüb. Astarada müxalif jurnalist Elçin İbrahimlinin bacısı qızı dayısının müxalif mövqeyinə görə icra başçısı Qəzənfər Ağayevin göstərişi ilə işlədiyi təhsil müəssisəsində işdən çıxarılır. Almaniyada siyasi mühacir həyatı yaşayan, DAS üzvü Sabuhi Ismayilovun anası Leyla İsmayılova direktor müavini olduğu və 1990-cı ildən çalışdığı Bakı şəhəri 285 nömrəli məktəbdən 70C maddəsi ilə (əmək funksiyasını yerinə yetirməmək) vəzifəsindən və təhsil sistemindən kənarlaşdırılıb. Təbii ki, səbəb S. İsmayılovun Avropadakı fəaliyyəti, hakimiyyət əleyhinə təşkil etdiyi aksiyalar və tənqidi çıxışlarıdır...
YAP hakimiyyəti bu dəfə daha səmimi olub. Leyla İsmayılovanı işdən çıxarmaq üçün öncə partiyanın yığıncağını keçirib və orda Səbuhi İsmayılovun fəaliyyətini (!?) müzakirəyə çıxarıb. Maraqlıdır ki, mövzu gündəliyə də belə salınıb ; "Partiya üzvü Leyla İsmayılovanın oğlu Səbuhi İsmayılovun Almaniyada müxalif qüvvələrə qoşulması haqqında". Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. YAP- ın Suraxanı rayon təşkilatının iclasında rəsmən bildirilib kİ, Səbuhi İsmayılov Almaniyada müxalif qüvvələrə qoşulub hakimiyyət əleyhinə təbliğat aparır.
Belə hallar məktəbimizin adına ləkə gətirir. Leyla İsmayılova bir ana kimi oğluna təsir etməlidir. Belələrinə aramızda yer olmamalıdır (!?) və s. Totalitar düşüncə tərzini hakimiyyətin siyasətinə çevirən YAP başqa ciddi qanun pozuntusuna imza ataraq YAP Suraxanı rayon təşkilatının 285 saylı orta məktəb üzrə ərazi ilk özəyini yaradaraq (!?) iclası da adı çəkilən məktəbin konfrans zalında keçirib (!?). Halbu ki, qanunvericiliyə görə siyasi partiyaların dövlət müəssisələrində yaradılması və fəaliyyət göstərməsi qadağandır. Yaxın günlərdə həmin iclasın yazılı protokolunu sosial şəbəkələrdə dərc etməyə çalışacam. Görün ölkəni və xalqı hansı zehniyyətə malik insanlar və partiya idarə edir.
Leyla İsmayılova onun uzun müddət çalışdığı orta məktəbdə heç bir əsas olmadan, yalnız oğlunun siyasi baxışlarına görə işdən çıxarılmasına görə artıq məhkəməyə müraciət hazırlayıb. Biz onun, eləcə də haqqı- hüququ tapdanan şəxsləri bolşevik təfəkkürlərdən müdafiə etmək üçün gərəkən addımları atacayıq.
Səlahiyyət sahibləri də bu ölkənin, dövlətin adına bu qədər utanc gətirdiklərinin fərqində olsun. Bəyənmədiyimiz Sover dövründə qohumu qohuma görə cəzalandırmırdılar. Hətta həmin qohum cinayət etsə belə. YAP rejimi Sovet dövrünə və həmin dövrün aparıcı partiyası olan Kommunist partiyasına rəhmət oxutdurur. Görünür doğurdan da zalımın sonu yaxınlaşdıqca zülmü artır...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?