Bu günlərdə adının çəkilməsini istəmədiyimiz, heç bir ictimai fikirin formalaşmasına təsir imkanı olmayan, hətta “yaradıcı kollektiv”indən başqa bir kimsənin tanımadığı troll saytlardan biri, Bəybala Hüseynovgilin üz-üzə qaldıqları problemin varlığına toxunub.
Belə ki, həmin saytda qeyd olunub ki, guya Bəybala Hüseynov qonşusu və baş məsləhətçisi Cavanşir adlı şəxslə yaşanmış problemlə bağlı müzakirə aparıb və sonda da bəzi məsələlərlə bağlı fikirlərini səsləndirib. Biz adının çəkilməsini istəmədiyimiz həmin saytda dərc olunan açıqlamanın nöqtə vergülünə toxunmadan, onu olduğu kimi çoxsaylı oxucularımıza təqdim edirik. Daha yaxşı hal olar ki, bu açıqlamanı hər kəsin özü oxusun və dərc olunmuş fikirlərə münasibət bildirməyə də çalışsın. Yəni, saytda qeyd olunub: “jurnalistlərin zibilinə düşmüşəm, məni zibilə saldılar. Bilsəydim belə olacaq, oturardım yerimdə. İndi geriyə yol yoxdur, mənə həyan duran Sahib də yaxın durmur (nəzərdə Vergilər nazirinin müavini Sahib Ələkbərovu tutur- red.), Rafaellə Şəmsəddin qəti cavab vermirlər. (Milli Məclisin deputatları Rafael Hüseynov və Şəmsəddin Hacıyevi nəzərdə tutur –red.). Onların fişkasına gedib aləmi qatdım biri-birinə! Dünən bir dəstə jurnalist oğlumun Badamdar qəbiristanlığında (qəbiristanlıq yox, mavzoley-red.) qəbrinin şəkili çəkiblər. Görəsən nə etmək istəyirlər? Hələ bir neçəsi də düşüb başqa işlərimi qurtdalayırlar. Badamdarda bir oğraş var, Rafiq, onun arvadıdır, nəyidir bilmirəm, Seva məndən şikayət etmişdi, çağırıb 70.000 manatımı aldılar. Bilirəm hamısını onlar edir. Deyəsən bütün zibillərimin üstü açılacaq. Cavanşir, sən də mənə kömək etməkdən geri dursan batdım. Jurnalistlərə, hüquq müdafiəçilərinə bir ətək pul vermişəm. Hələ Qurban Məmmədovun Azərfreedomuna etdiyim yardımı demirəm, lap sökülmüşəm. Bələdiyyənin sədri bu eşşək otaran da mənə zəng vurub ağzına gələni danışır. Oraya qoyulmasına 60.000 manat pulum çıxıb. İndi mənimlə xoruz-xoruz danışır. Hakimiyyətin redaktoru Füzuli də mənə atdı. Hamısı oğraşdırlar.” Bəybalanın bərk narahatlığını görən Cavanşir tanışlarına zəng vurararq deyib ki, “bu qəhbə bizi satacaq, onun barəsində nəsə etmək lazımdır. Əlidən, Kamrandan nə bilirsiz verin, qoy yazsın, onsuz da bunu qayıracaqlar. Biraz pulun alaq, rədd olsun.” Bu cür açıqlamaları oxuduqca açıq-aydın görünür ki, adının çəkilməsini istəmədiyimiz sayt rəhbəri, verilmiş sifarişi yerinə yetirir və yaşanmış problemlə bağlı ictimai fikiri başqa səmtə yönəltməyə çalışır. Belə bir halın varlığı onu sübut edir ki, həmin KİV nümayəndəsi “qulbeçə” rolunu oynayır və “nökərçilik ənənələri”ni yaşadır. Əgər bu belə olmasaydı, o halda sayt rəhbəri ən azından əsl həqiqətləri üzə çıxartmağa çalışardı və Bəybala Hüseynovla əlaqə saxlayıb, baş vermiş faciə ilə bağlı lazımi məlumatları ondan soruşardı. Deməli, bu cür açıqlamaları dərc edib yaymaqda sayt rəhbərinin başqa maraqları olduğundan, o, əsl həqiqətlərin aşkara çıxarılmasında maraqlı görünmür.
Bəli, haqqı unudub nahaqqı təbliğ etmək, həmişə yaltaqlara, ikiüzlülərə xas olub. Bir ata gənc oğlunun müəmmalı ölümü ilə bağlı fəryad edir, oğlunun ölümündə şübhəli bildiyi məqamları üzə çıxartmaq istəyir, amma bəzi “media nümayəndəsi” “ağasının” vermiş olduğu sifarişi yerinə yetirir. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, baş vermiş faciəvi olayla bağlı Bəybala Hüseynov yüksək çinli vəzifə sahiblərindən bəzilərini “ittiham edir”, hətta oğlunun ölümündə bəzi qruplaşma üzvlərinin iştirak etdiyini də iddia edir. Yəni, qruplaşma üzvləri dedikdə hakimiyyətdaxili qruplaşmanın varlığı nəzərdə tutulur ki, vaxtilə ABŞ-nın ölkəmizdəki səfirlərindən (sabiq) biri, belə bir qruplaşmanın olması haqda fikir səsləndirmişdir. Belə ki, sabiq səfir qeyd etmişdi ki, “Azərbaycanda monolit hakimiyyət yoxdur və qruplaşma üzvləri hakimiyyətdə təmsil olunsalar da, onlar bir-birinin əleyhinə mediada açıqlamalar dərc etdirir”. Səfirin belə bir müsahibəsindən sonra siyasi hakimiyyətin rəhbərliyi narahatçılığını ifadə edib, məmurlara öz narazılığını bildirmişdi. Bu yöndə aparılmış araşdırmalar zamanı bəlli oldu ki, hakimiyyətdaxili qrplaşma üzvlərinin bir-birinə qarşı mediada açıqlamalar dərc etdirməsində “rupor rolunu” sən demə ləgv olunmuş MTN həyata keçirirmiş. MTN-nin ləğvindən sonra tam əksəriyyətdə belə bir fikir formalaşdı ki, artıq qruplaşma üzvləri yoxdur və hər şey arxa planda qaldı. Yəni, ictimai fikirdə belə bir rəy formalaşmışdı. Elə ki, neçə illər bundan öncə MTN-də müavin vəzifəsini daşımış Əli Nağıyev, bir neçə gün bundan əvvəl DTX-nə rəis təyin olundu, deməli bu şəxsin illər uzunu əldə etmiş olduğu təcrübədən adı çəkilən qurumda istifadə olunacağı heç də şübhə doğurmur.
Diqqəti cəlb edən hal o oldu ki, yaşanan problemlərə kölgə salmaq məqsədilə DTX rəhbərinə yaxın saytlardan biri söylənilənləri təsdiq edən açıqlamasını yaydı. Yəni, sayt rəhbərinin yaydığı açıqlamada qeyd olunur: “Prezidentin Əli Nağıyevlə bağlı çoxdandır gözlənilən sərəncamı bir məsələyə də aydınlıq gətirmiş oldu. Məlum oldu ki, 2 aydan artıqdır müəyyən dairələrin korrupsioner bir bələdiyyə sədrinin dilindən cənab Nağıyevə qarşı apardıqları böhtan kampaniyası təsadüfi olmayıb. İstisna deyil ki, bu və digər təxribatlar Prezidentin məlum sərəncamının qarşısını almağa xidmət edib… Prezidentin “stavkası”… Nəhayət, Prezident Əliyevin dünənki sərəncamları hakimiyyətdaxili qruplaşmalar arasında balans siyasətinin də davam edəcəyindən xəbər verdi. Cənab Əliyev köhnə, lakin təcrübəli və etibarlı komandaya “stavka”nı davam etdirir.'' Hərhalda xoşagəlməz fikirlərin saytlar vasitəsi ilə tirajlanması dövlətçiliyimizə baş ucalığı gətirməz. Buna görə də, hər bir vəzifə sahibi diqqətli olmalı və troll saytların üzərindən əlini çəkməlidir. Bu günlərdə adının çəkilməsini istəmədiyimiz saytların birində dərc olunmuş açıqlamada səslənən fikirləri əsas tutaraq Bəybala Hüseynovla əlaqə saxladıq. O, telefon zəngimizə cavabında bildirdi ki, “Bilirsiniz, o saytın yazdığının hamısı şər-böhtandır. Bildirirəm ki, mənim Cavanşir adlı şəxslə söylənilənlərlə bağlı heç bir danışığım olmayıb, oğlumun ölüm faciəsi ilə bağlı hərkəsin də xəbəri var. Eləcə də Cavanşirin. Saytın rəhbəri belə bir fikirləri hardan götürüb, nəyə əsaslanıb yazıb, bunlar məni qətiyyən narahat etmir. Mən oğlumun qanını batırmaq istəyənləri bir-bir qanun qarşısına çıxardacam. Bu cür əsası olmayan açıqlamanın yayılması, əslində əsl həqiqətlərin aşkara çıxarılmasına deyil, hansısa maraqlara xidmət etmiş olur. Mənim həmin “yazar”a məsləhətim və tövsiyyəm odur ki, başını “çirkli oyunlar”a qatmasın.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?