Çoxsaylı məmur və deputatların mlyardlarla manata bərabər olan obyektlərini ictimailəşdirən araşdırmaçı jurnalist Cavanşir Həsənli, bu dəfə Naftalanın Qaşaltı kəndindən olan deputata məxsus biznes obyektləri haqda açıqlama paylaşıb. Jurnalistin bəhs etdiyi araşdırma yazısını və fotoları GundemXeber.Az-ın çoxsaylı oxucularına təqdim edirik:
''Naftalanın naftalin deputatı Mahir Aslanov ötən il mətbuata açıqlama vermişdi ki, "təmsil etdiyi" rayonda sanatoriya-filan tikdirmir, adında heç bir istirahət mərkəzi, biznes-filan yoxdur.
Çox qırmızı adammış...
Səsi Rumıniyadan gəlir, deyir maaşa baxıram. Oğlu “Maserati” ilə avtoşluq edəndə deyirdi ki, biz zəhmətkeş insanlarıq. İndi sizə təqdim etdiyim sənədlərə baxın. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunan sübutlar deputatın utanmadan mətbuata və ictimaiyyətə yalan dediyini təsdiq edir. Mahir Aslanov ötən il mayın 16-da Naftalanın Şirvan prospekti 4 C ünvanında ümumi sahəsi 10 min kvadrat metrdən artıq 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzinin tikintisinə icazə alıb. Həm də öz adına.
Naftalanda deputatın daha bir müalicə sağlamlıq mərkəzi də var, Kəpəz sanatoriyası.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunan digər bir sənədə görə Mahir Aslanov öz adına 2017-ci il iyulun 18-də Xətai rayonu Nobel prospekti 9 ünvanında 7 mərtəbəli, mansardı olan ofis binasının tikintisinə icazə alıb. Yeri gəlmişkən oğlu Məhəmmədəli Aslanov Xətai rayonu İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.
Amma deputat orada ofis yox, otel tikdirib. İndi həmin ünvanda 95 saylı seçki dairəsi adından şəxsi biznesini təmsil edən Mahir Aslanovun ümumi sahəsi 2249.1 kv.m. olan "Nobel" oteli fəaliyyət göstərir.
Bundan əvvəl isə mətbuat yazıb ki, Bakıdakı HAPPY İNN HOTEL və Kəpəz mebel salonları da deputata məxsusdur. Niyə HAPPY İNN? Çünki deputatımız xalqın əvəzinə çox xoşbəxtdir, mandat, otellər, istirahət mərkəzləri, sərhəd tanımayan biznes, deklarasiyasız sərvət... Bir də deputatımızın səsi Avropadan, konkret desək Rumıniyadan gəlir. Buxarestdə 17 ildən bəri fəaliyyət göstərən NİCO & KAPAZ SRL şirkətinin sahibidir.''
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?