GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA

Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA

Tarix: 19-08-2019, 16:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 411
Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA


Azərbaycan iqtisadiyyatı üçün formalaşan yeni çağırışlar fonunda qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, bu sahədə müqayisəli üstünlüyə malik sahələrin üzə çıxarılması, yerli sahibkarların prosesdə aktiv iştirakının təmin edilməsi ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Başqa sözlə, yeni iqtisadi konyuktur daha çevik və effektiv yanaşma tələb edir. Hazırda dünyada iqtisadiyyatın ayrı-ayrı sferaları arasında daha təkmil koordinasiya təmin edəcək modellərdən istifadə olunur. Bu məqsədlə Azərbaycanda da müəyyən addımlar atılır.

Bu addımlardan biri isə Sahibkarlığın İnkişafı Fondunun (əvvəlki adı Sahibkarlığa Kömək Millo Fondu idi) yaradılmasıdır. Lakin fond vasitəsilə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi əsas məqsəd olsa da, qurumun indiyədək olan fəaliyyəti, ortada olan nəticə heç də təqdir olunmur. Belə ki, fondun maliyyələşdirməli olduğu layihələr əsasən kənd təsərrüfatı və turizm sahəsini əhatə etsə də, bu istiqamətdəki durum heç də ürəkaçan deyil. Qeyd edilən sahələrdə son 1 ildə aparılan islahatlar da vəziyyətin qaneedici olmadığını deməyə əsas verir.

Fond hansı istiqamətlərə vəsait ayırır?

Məlumat üçün bildirək ki, fondun vəsdaitlərinin istifadəsi istiqamətləri aşağıdakılardır

- startap layihələrin dəstəklənməsi;
- aqroparkların yaradılması;
- ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılması;
- logistik (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı ) və yaşıl market (fermer mağazalarının) mərkəzlərinin yaradılması;
- müasir tələblərə cavab verən meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin (o cümlədən kiçk və orta ölçülü) yaradılması;
- ət kəsimi, ət və süd emalı müəssisələrinin (o cümlədən kiçk və orta ölçülü) yaradılması;
- quşçuluğun inkişafı (quşçuluqda dərin emal sahələrinin yaradılması);
- qarışıq yem istehsalı müəssisələrinin yaradılması;
- müasir istixana komplekslərinin yaradılması;
- intensiv bağçılıq (üzüm, alma, nar, zeytun, badam və. s) və tingçilik təsərrüfatlarının yaradılması;
- texniki bitkiçilik və qərzəkli meyvə istehsalı və emalı müəssisələrinin yaradılması;
- müasir çörək istehsalı müəssisələrinin yaradılması;
- müasir suvarma sistemlərinin və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması;
- informasiya texnologiyalarının və turizmin inkişafı (turizm marşrutları boyunca infrastrukturun inkişafı, mövsümiliyi azaldan, eləcə də kənd turizmi layihələrinin dəstəklənməsi);
- digər sahələrdə (yüngül, kimya, maşınqayırma, qida və s.) müəssisələrin yaradılması;
- idxaləvəzləyici qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması;
- kiçik sahibkarlığın (o cümlədən gənclər, qadınlar, əlillər və məcburi köçkünlər) inkişafı.

Göründüyü kimi, istiqamətlərin böyük qismi kənd təsərrüfatını əhatə edir. Lakin fakt odur ki, Azərbaycan hazırda əksər məhsullar üzrə az və ya çox idxaldan asılı vəziyyətdədir. Bu isə ölkənin ərzaq təminatı üçün ciddi təhlükə hesab edilə bilər. Bu baxımdan qısa müddət ərzində sektorda dərin islahatların aparılması hökumət qarşısında dayanan ən mühüm məsələlərdən biri olmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyinin fəaliyyəti və bu sahəyə ölkə rəhbərliyi səviyyəsində artan diqqət müəyyən ümidlərin yaranmasına səbəb olsa da, indiyədək xərclənən vəsaitlərin taleyi də narahatlıq doğrumaya bilməz.

Ad dəyişdi, iş dəyişmədi

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu 1992-ci ildə yaradılmasına baxmayaraq, aktiv fəaliyyətə 2002-ci ildən başlayıb.
Belə ki, dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış çətinliklərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə mərhum prezident Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydalar”nın təsdiq edilməsi ilə qurumun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması SKMF-in inkişafında dönüş nöqtəsi olub. Bu qaydaların tətbiqi sahibkarlara güzəştli kreditlərin verilməsində olduqca əhəmiyyətli rol oynayıb.

Ötən dövr ərzində Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Dövlət başçısının müvafiq fərmanları (2004, 2005, 2006, 2009 və 2011-ci illərdə) imzalanıb və nəticədə güzəştli kredit vəsaitlərinin daha məqsədli layihələr üzrə yerləşdirilməsi, eləcə də sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərindən səmərəli istifadə edilməsinə əlverişli şərait yaradılıb. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib.

Fond vasitəsilə indiyə qədər xərclənən büdcə vəsaitləri haqqında dəqiq məlumat qurumun rəsmi saytında (www.edf.gov.az) göstərilməsə də, müxtəlif mənbələrdə göstərilən rəqəmlərdə indiyədək 2,5 milyard manata yaxın vəsaitin güzəştli kredit kimi verildiyi qeyd edilir. Rəsmi açıqlamalarda bildirilir ki, təxminən 35 min sahibkara verilən kreditlər hesabına 160 mindən çox yeni iş yeri açılıb. Lakin bu iş yerlərinin nə qədərinin daimi, nə qədərinin müvəqqəti olması ilə bağlı da konkret rəqəmlər yoxdur. Daha çox narazılıq doğuran məqam isə kiçik və orta sahibkarlığın dəstəklənməsində fondun passiv olmasıdır. Təkcə ötən ilin ilk yarım ilində fond vasitəsilə verilən 100 milyon manat kreditin cəmi 6,3 milyonu kiçik, 4,1 milyonu orta həcmli kreditlər təşkil edib. Əvəzində isə iri həcmli layihələrin maliyyələşdirilməsinə 89,6 milyon manat vəsait ayrılıb. 2017-ci ildə ümumilikdə 146 milyon manat kreditayrılıb. Bunun 20,1 milyon manatı kiçik, 8,9 milyon manatı orta, 116,8 milyon manatı isə iri layihələrə verilib. 2016-cı ildə ayrılan 189,4 milyon manat kreditin 22,8 milyon manatını kiçik, 8,8 milyon manatını orta, 157,6 milyon manatını böyük həcmli kreditlər təşkil edib. Araşdırmalar göstərir ki, fondun aktiv fəaliyyətə başladığı 2002-ci ildən bəri rəqəmlər bu cür davam edib. Bu baxımdan fondun əslində iri biznesi dəstəkləyərək kiçik və orta sahibkarlıq mühitində rəqabəti məhv etməsilə bağlı ittihamlar yerindədir.

Sahibkarlığın yox, məmur biznesinin inkişafı fondu?

"Fond yaradılanda orta və kiçik sahibkarlığa dəstək verəcəyi elan olunmuşdu. Əslində bu fondun vəsaiti hesabına yaranmış bir neçə layihələrin istiqamətinə və həcminə baxdıqda kiçik və orta sahibkarlığın inkişafına yardım məsələsi şübhə altına düşür”. Bunu iqtisadçı ekspert Nazim Bəydəmirli məsələ ilə bağlı Qaynarinfo-ya danışarkən bildirdi. Onun sözlərinə görə, fondun maliyyələşdirdiyi və xərclənən vəsaitlərin əhəmiyyətli hissəsini əhatə edən layihələr əslində iri biznesin dəstəklənməsidir: "İqtisadi durumumuzun belə faciəvi olmasının əsl səbəblərindən də biri - bu korrupsiya sxemləri, şişirdilmiş layihələr və məmur sahibkarlığına dövlət dəstəyi olub”.

Fondun fəaliyyətində qeyri-şəffaflığın olduğunu deyən ekspert dövlətin sahibkarlığa dəstəyi mexanizmlərinin daha şəffaf, ünvanlı və vasitəsiz olmalı olduğunu vurğuladı: "Fond yaradılarkən, onun strategiyasında ilkin illərdə sahibkarlığın dövlət büdcəsi vəsaitləri hesabına dəstəklənməsi nəzərdə tutulurdu. İldən-ilə Fonda ayrılan vəsaitlər artırıldı. İlkin illərdə Sahibkarlığa Kömək Milli Fondunun verdiyi kreditlər şəffaf həyata keçirilsə də, sonrakı dövrlərdə monopoliyanın şahidi olduq. Müşahidələr onu deməyə əsas verir ki, Fond da iqtisadiyyatdakı inhisarçılığı qidalandırır. Sahibkarlığa dövlət dəstəyi ideya olaraq çox gözəli idi. Təəssüf ki, onu icra edənlər çox pis vəziyyətə saldılar. Məlumatlar var ki, fond müxtəlif banklarla separat danışıqlara gedir, vəsaitlər verir. Bundan əlavə, Fonda yaxın olan "biznes” adamlarına dövlət büdcəsindən ucuz vəsaitlər verirlər. Bununla həmin pullar başqa sahələrə yönəldilir, real sahələrə istiqamətləndirilmir. Fondun "tələsinə” dümüş sahibkarlara 500-5000 və bəzən daha çox vəsaitlər xərclədib tövsiyə etdikləri biznes mərkəzlərindən biznes-planlarına, layihələrinə müsbət rəy alırlar. Amma bu rəy adi kağız parçasıdır, sahibkara heç bir köməyi dəymir. Müvəkkil banklar onların müraciətlərinə baxıb kredit ayırmır. Beləcə minlərlə sahibkar Fondun dolandırıcılığına məruz qalırlar. Bu o deməkdir ki, bürokratik əngəllər var, pulun mənimsənilməsi prosesi gedir”.

"Sahibkarlığın İnkişafı Fondu ləğv olunmalıdır”

N.Bəydəmirli Sahibkarlığın İnkişafı Fondunun ləğv olunmasının tərəfdarı olduğunu vurğuladı: "Dövlət stimullaşdırıcı tədbir görmək istəyirsə, bunu vergidən azad olunma, prioritet seçdiyi sahədə güzəştlər tətbiq etmək və sair yollarla həyata keçirə bilər. Birbaşa vəsait ayırmaq istəyirsə, o zaman valyuta ehtiyatlarının banklara depozit şəkilində qoyulması daha uyğun variantdır. Ayrıca bir qurumun yaradılmasını qəbul edilməz hesab edirəm. Bu strukturu törəmə qurum adlandırıram. Fond tərəfindən ayrılan vəsaitlərin hansı müəssisələrə verilməsi, onların effektivliyi, şəffaflığı çox ciddi şübhə altındadır”.

N.Bəydəmirlinin sözlərinə görə, fondun ayırdığı vəsaitlərin 90 faizindən çoxu böyük holdinqlərə, məmur sahibkarlığına aid olan iri biznesə ayrılıb: "O zaman da biz qeyd edirdik ki, ictimaiyyətin gözü qarşısında kiçik və orta sahibkarlara 10-15 min verilir, əslində gizlində daha böyük vəsaitlər şəffaflıqdan uzaq şəkildə dağıdılır. Bu qurum məmur sahibkarlığına daha çox xidmət edib. Siz marketlərdən bazarlıq etdikdə aldığınız məhsullarla maraqlansanız özünüz də görəcəksiniz ki, aldığınız 30 adda məhsulun azı 25-i ölkəyə idxal olunub. Burada istehsal olunanların da bir çoxunun xammalı xarici ölkələrdən gətirilir. Bu, adıçəkilən fondun qarşısına qoyulan məqsədə çatmadığını təsdiq edən bir məqamdır. Digər bir tərəfdən, siz götürün dövlət büdcəsinin daxilolmalarında ƏDV-yə baxın – ölkə daxilində ƏDV azalır, idxaldan ƏDV isə artıb. Bu da o deməkdir ki, bizim iqtisadiyyat daha çox idxaldan asılılığa meyllənib. Bunun bir səbəbi də aparılan gömrük siyasətinin iflasa uğramasıdır. Cənab prezident çıxışlarında həmişə qoyulan investisiyaları, ayrılan vəsaitləri dilə gətirir. Mən çox təəssüflə qeyd edirəm ki, o vəsaitləri xərcləyənlər, icraçılar bu və ya digər formada məmur sahibkarlığının daha da vüsət almasına səbəb oldular. Mən hazırda Gədəbəy-Tovuz bölgəsindəyəm, burada da əkin sahələrinin boş qalmasını müşahidə edərək o qənaətə gəlirəm ki, kiçik və orta sahibkarlıq kənd təsərrüfatında da tənəzzüldədir. Bu sahədə bir çox kompleks addımların atılması zəruridir. Hökumət daha çox təşviqedici addımlar atmalıdır. Kiçik və orta sahibkarlıqla məşğul olan insanların pul vəsaitlərinə əlçatanlığında, eyni zamanda dövlət büdcəsindən subsidiya şəklində ayrılan vəsaitlərin ünvana çatmasında maraqlı olmalıdır. Bütün bunların fövqündə isə məmur sahibkarlığı tamamilə ləğv olunmalıdır. Büdcə vəsaitinin müxtəlif yollarla paylanması, büdcə vəsaitləri ilə iqtisadiyyatı canlandırmaq dolayı yolla mümkündür, ancaq birbaşa mümkün deyil. İndiki şəraitdə, mükəmməl mexanizm olmadan nə qədər çox vəsait ayrılsa bir o qədər mənimsənilmə imkanı yüksək olacaq, effekt olmayacaq. Ölkədən çıxarılan vəsaitlərin həcmi də bunu sübut edir, ƏDV ilə bağlı göstəricilər də”.//Qaynarinfo
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə bağlı

    Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə ...

    22-12-2016, 21:44

  • 
  • “Diqlas”dakı sahibkarlara güzəştli kreditlər Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilə bilər

    “Diqlas”dakı sahibkarlara güzəştli kreditlər ...

    29-03-2019, 11:52

  • 
  • Sosial – iqtisadi inkişafda kiçik sahibkarlığın rolu

    Sosial – iqtisadi inkişafda kiçik sahibkarlığın ...

    14-08-2017, 12:09

  • 
  • Daşkəsəndə Gəncə-Qazax iqtisadi rayonundan olan sahibkarlar, fermerlər və iş adamları üçün işgüzar forum keçirildi

    Daşkəsəndə Gəncə-Qazax iqtisadi rayonundan olan ...

    13-10-2017, 15:36

  • 
  • Şahin Məmmədov qanlı toqquşmaya zəmin yaradır

    Şahin Məmmədov qanlı toqquşmaya zəmin yaradır ...

    14-01-2017, 13:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu